Məhkəmə qərarları › İş №2(064)-884/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-884/2025

19.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-884/2025 19.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Ərizəçi, Cavabdeh iştirakı ilə, İddiaçı Ərizəçi Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönədilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ərizəçi Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönədilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 13.4, 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ərizəçi Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönədilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edlmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar