Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-9/2024 14.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, ilk iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı – ilk iddia üzrə Cavabdeh iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı gedişgəliş yolunun açılması və müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi barədə verdiyi ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı özbaşına inşa edilmiş tövlə və ot üçün çardağın cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə verdiyi qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – İddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən yaşadığı evə gedən yolun sonuncunun hesabına açılması və həmin yoldan istifadə etməsinə maneçilik törədən hərəkətlərin cavabdehə qadağan edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh (bundan sonra – Cavabdeh) cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu tərəfindən Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən, onun istifadəsində olan həyətyanı torpaq sahəsində özbaşına inşa edilmiş tövlənin və ot üçün çardağın sökülməsi, oradan keçən, ona aid olan yolun və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək ona qaytarılması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh məcburi köçkün olmaqla, aidiyyatı dövlət orqanları tərəfindən Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən 38 saylı qış otlaq sahəsindən həyətyanı məqsədilə onların istifadəsinə verilmiş, bir-birinə qonşu olan həyətyanı torpaq sahələrində inşa edilmiş evlərdə yaşayırlar. Cavabdeh onun yaşadığı evə gediş-gəliş yolunu qanunsuz olaraq zəbt etmək və oradan həyətinə giriş darvazası inşa etdirməklə onun yaşadığı evə gedib-gəlməsinə, həyətyanı torpaq sahəsinin hüdudları daxilində malqarası üçün inşa etdirdiyi tövlə və ot üçün çardağa pres yığan tayları (kipləri) xüsusi nəqliyyat vasitəsilə gətirib boşaltmasına, beləliklə də, tövlə və ot üçün çardağdan istifadə etməsinə maneçilik törətmiş, onun bu vəziyyətin aradan qaldırılması ilə bağlı etdiyi tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə da İddiaçılə eyni məzmunda izahat vermişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi və məhkəmə iclaslarında verdiyi izahatlarında tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonu, Şükürbəyli kəndində yaşadığı evin yerləşdiyi və ətrafında olan torpaq sahəsi ona 1992-ci ildə aidiyyatı dövlət orqanları tərəfindən həyətyanı məqsədilə verilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda aidiyyatı dövlət orqanları tərəfindən İddiaçı istifadəsinə verilmiş həyətyanı torpaq sahəsi yerləşir. 1992-ci ildə ona məxsus həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. 1993-cü ildə Füzuli rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikanın müxtəlif yerlərində məcburi köçkün kimi yaşamış, həmin evi isə işğal zamanı dağılmışdır. Buna görə də 2018-ci ildə ona məxsus həmin torpaq sahəsində dövlət vəsaiti hesabına yeni fərdi yaşayış evi inşa edilmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. 2017-ci ilə qədər İddiaçı inşa etdirdiyi tövlə və ot üçün çardaq özünün həyətyanı torpaq sahəsində yerləşmişdir. Sonradan İddiaçı onun həyətyanı torpaq sahəsinə köçməməsindən istifadə edərək, həmin tövlə və ot üçün çardağı sökdürüb onun həyətyanı torpaq sahəsinin hüdudları daxilində tövlə və ot üçün çardaq inşa etdirmiş, həmin tikililərin ətrafındakı torpaq sahəsindən həyətyanı sahə kimi istifadə etməyə başlamış, nəticədə onun həyətyanı torpaq sahəsini zəbt etməklə yanaşı, yaşadığı evə gedən yolu kəsmişdir. Bundan əlavə, İddiaçı həmin tövlədə mal-qara saxladığı üçün oradan gələn kəskin iy-qoxu onu və ailə üzvlərini narahat edir, İddiaçı ot üçün çardağa yığdırdığı kiplər yanarsa, onun yaşadığı evə təhlükə yarana bilər. Buna görə də dəfələrlə İddiaçı onun istifadəsində olan həyətyanı torpaq sahəsində inşa etdirdiyi tövlə və ot üçün çardağı sökdürüb özünün istifadəsində olan həyətyanı torpaq sahəsində inşa etdirməsini tələb etsə də, sonuncu onun tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalıb İddiaçı yaşadığı evə və tövləsinə gedən yoldan aralıda özünün yaşadığı evə öz vəsaiti hesabına yeni yol çəkdirmişdir. Göstərdiklərinə əsasən İddiaçı yaşadığı evə və tövləsinə gedən yolu zəbt etməmiş, sonuncuya bununla bağlı hər hansı maneçilik yaratmamışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini, Cavabdeh isə qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilk iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərinin düzgün həll edilməsi məqsədilə, işin hansı faktiki hallarının müəyyən edilməsi və onlara tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - Cavabdeh 1992-ci ildə Füzuli rayonu, Şükürbəyli kəndində özünə məxsus evdə yaşamış, 1993-cü ildə Füzuli rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar məcburi köçkün düşmüş, işğal zamanı həmin evi dağıdılmışdır. Hazırda Cavabdeh və ailə üzvlərinin yaşadığı, Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən fərdi ev 2018-ci ildə dövlət vəsaiti hesabına inşa edilmişdir (Füzuli rayon İHB-nın Aşağı Seyidəhmədli kənd İƏD üzrə nümayəndəliyinin 20 aprel 2023-cü il tarixli arayışına əsasən). - Füzuli rayonu, Şükürbəyli kəndində İddiaçı və ailə üzvlərinin istifadəsində olan 0,45 ha həyətyanı torpaq sahəsi, onun hüdudu daxilində inşa edilmiş tövlə və ot üçün çardağın yerləşdiyi ərazi, Cavabdeh və ailə üzvlərinin istifadəsində olan 0,30 ha həyətyanı torpaq sahəsi və onun tərəfindən inşa edilmiş darvazanın yerləşdiyi ərazi 38 saylı qış otlaq sahəsində yerləşməklə dövlət mülkiyyətinə aid torpaq sahələridir. Həmin torpaq sahələri müvafiq olaraq İddiaçı, Cavabdeh və onların ailə üzvlərinin istifadəsinə fərdi yaşayış evi tikmək üçün aidiyyəti orqanlar tərəfindən verilmişdir. İddiaçı tərəfindən iddia olunan gedişgəliş yolu Cavabdeh evinə gedən gediş-gəliş yoludur, darvaza isə həmin yolun giriş hissəsində inşa edilmişdir. İddiaçı həyətinə gedən yol naturada mövcuddur və hazırda onun tərəfindən istifadə olunur (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 30 oktyabr 2023-cü il tarixli, 3-21-3-45/2- 7009/2023 nömrəli mütəxəssis rəyi və məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9674 nömrəli rəyinə əsasən). - İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinin ərazisində inşa etdirdiyi tövlə və ot üçün çardağın yalnız sağ yan tərəfi Cavabdeh yaşadığı evə gediş-gəliş yolunun sərhəddinə, ön və sol yan tərəfi isə özünün istifadəsində olan həyətyanı torpaq sahəsinin ərazisinə açılan istiqamətdə yerləşir (mütəxəssis rəyinə əlavə edilmiş, tərəflərin istifadələrində olan həyətyanı torpaq sahələrinin ölçü planına əsasən). Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən ilk və qarşılıqlı iddia tələbləri məhkəmə tərəfindən o halda təmin edilə bilər ki, tərəflər Füzuli rayonu, Şükürbəyli kəndində faktiki sahibliklərində olan həyətyanı torpaq sahələrinə dair subyektiv hüquqlarının olması ilə yanaşı, İddiaçı Cavabdeh tərəfindən inşa edilmiş həyətinə giriş darvazasının onun yaşadığı evə gediş-gəliş yolunun üzərində yerləşməsini, beləliklə də onun yaşadığı evə gediş-gəliş yolunun zəbt edilməsini, Cavabdeh isə İddiaçı tərəfindən inşa edilmiş tövlə və ot üçün çardağın onun istifadəsində olan həyətyanı torpaq sahəsinin hüdudu daxilində yerləşməsi, beləliklə də onun istifadəsində olan həyətyanı torpaq sahəsinin həmin hissədə zəpt edilməsindən ibarət halları ayrı-ayrılıqda sübut etməlidirlər. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iş üzrə müəyyən edilmiş faktiki halların ümumiləşdirilmiş məzmununun ilk və qarşılıqlı iddia tələblərində qeyd olunanların əksinə olaraq,: - İddiaçı həyətinə gediş-gəliş yolunun naturada mövcud olması, hazırda özü tərəfindən istifadə olunması, beləliklə də yaşadığı evə sərbəst şəkildə gedib-gələ bilməsi, ilk iddia tələbində iddia etdiyi gediş-gəliş yolunun isə özünün deyil, Cavabdeh evinə gedən gediş-gəliş yolu olması, sonuncu tərəfindən darvazanın həmin yolun giriş hissəsində inşa edilməsi, - İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinin ərazisində inşa etdirdiyi tövlə və ot üçün çardağın yalnız sağ yan tərəfi Cavabdeh yaşadığı evə gediş-gəliş yolunun sərhəddinə açılan istiqamətdə yerləşsə də, ön və sol yan tərəfi özünün istifadəsində olan həyətyanı torpaq sahəsinin ərazisinə açılan istiqamətdə yerləşdiyinə görə İddiaçı həmin tövlə və ot üçün çardağa ön və ya sol yan tərəfindən kipləri xüsusi nəqliyyat vasitəsilə gətirib boşaltması ilə bağlı özü üçün müvafiq şərait yarada bilmə imkanının olması, - Cavabdeh qarşılıqlı iddia tələbində iddia etdiyi tövlə və ot üçün çardağın isə sonuncunun deyil, İddiaçı və ailə üzvlərinin istifadəsində olan 0,45 ha həyətyanı torpaq sahəsinin hüdudu daxilində inşa etdirməsindən ibarət olması özü-özlüyündə məhkəməyə tərəflərin ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməsi üçün zəruri olması yuxarıda göstərilən halları (faktiki sahibliklərində olan həyətyanı torpaq sahələrinə dair subyektiv hüquqlarının olması halı istisna olmaqla) sübut edə bilmədikləri barədə nəticəyə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 13.İ maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə hesab edir ki, iş materialları ilə Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən, yuxarıda ayrı-ayrılıqda tərəflərin və ailə üzvlərinin istifadəsində olduğu göstərilmiş həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olması, buna baxmayaraq, tərəflərə və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün aidiyyəti orqanlar tərəfindən verilməsi, nəticədə tərəflərin müvafiq olaraq həmin torpaq sahələrinə münasibətdə qanuni sahiblik və istifadə edən şəxs statusunda olmaları müəyyən edildiyinə görə tərəflərin ayrı-ayrılıqda həmin torpaq sahələrinə dair mülkiyyətçi hüquqları qorunmalı, həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsində malqarası üçün inşa etdirdiyi tövlədən təsərrüfat fəaliyyətinin gedişində yarana biləcək qoxu Cavabdeh hüququnu əhəmiyyətsiz dərəcədə pozsa belə, istifadəsində olan həyətyanı torpaq sahəsindən istifadə etməsinə maneçilik yaratmadığına görə İddiaçı Cavabdeh münasibətdə müvafiq qoxu və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan etmək hüququnun olmadığı nəzərə alınmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş üzrə Füzuli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 16(064)-10/2023 nömrəli qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbiri haqqında verdiyi ərizə təmin edilərək, Cavabdeh Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində İddiaçı yaşadığı evə gedən yolda tikili inşa etdirməsi qadağan edilmişdir. Azərbaycan Respublikası MPM-in 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə ilk iddia tələbi təmin edilməməli olduğuna görə Füzuli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 16(064)-10/2023 nömrəli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar olan məsrəflər şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis və ekspert tədqiqatları ilk və qarşılıqlı iddia tələblərinin düzgün həll edilməsi məqsədilə məhkəmə tərəfindən qoyulmuş suallar ətrafında aparıldığına, beləliklə də mütəxəssis və ekspert rəyləri ilk və qarşılıqlı iddia tələbləri ilə bağlı olduğuna görə məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9674 nömrəli rəyi üzrə ödənilməli haqq kimi məhkəmə məsrəfini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı və Cavabdeh hər birindən 25 (iyirmi beş) manat məbləğində pul alınmaqla Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməli, mütəxəssis rəyi üzrə ödənilməli haqq kimi məhkəmə məsrəfini təşkil edən, İddiaçı tərəfindən ödənilmiş 96 (doxsan altı) manat məbləğində pulun yarısını təşkil edən 48 (qırx səkkiz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı verdiyi ilk iddia tələbi və Cavabdeh verdiyi qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə Füzuli Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(064)-9/2024 nömrəli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9674 nömrəli rəyi üzrə ödənilməli haqq kimi məhkəmə məsrəfini təşkil edən 50 (əlli) manat məbləğində pul ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hər birindən 25 (iyirmi beş) manat məbləğində pul alınmaqla X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Mütəxəssis rəyi üzrə ödənilməli haqq kimi məhkəmə məsrəfini təşkil edən, ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 96 (doxsan altı) manat məbləğində pulun yarısını təşkil edən 48 (qırx səkkiz) manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb ilk iddia üzrə İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-9/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-9/2024
14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver