Məhkəmə qərarları › İş №2(065)-64/2025

Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №2(065)-64/2025

04.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № 2(065)-64/2025 04.09.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncu ilə arasında bağlanmış barışıq sazişinin – faktiki nikah münasibətlərindən doğulmuş 28 may 2005-ci il təvəllüdlü Murad, 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqların atasının Maraqlı şəxs olması faktının, 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqların ananın yanındı qalmasının, habelə 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq, Ərizəçi ödənilməsinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs 2004-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, faktiki nikah münasibətlərindən 28 may 2005-ci il təvəllüdlü Murad, 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqları doğulmuşdur. Uşaqların atalığı rəsmi qaydada müəyyən edilməmişdir. Hər ikisinin soyadı nikahdan əvvəl müvafiq olaraq «Vəliyev» və «Vəliyeva» olmuşdur. İlk vaxtlap normal ailə münasibətləri olsa da, sonradan münasibətləri pisəlmiş və uzun müddətdir ki, birgə təsərrüfat aparmırlar. Aralarında olan ailə problemləri ilə bağlı Bərdə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Həmin təşkilatda aralarında yuxarıda qeyd olunan məzmunla 20 iyun 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Buna baxmayaraq Maraqlı şəxs barışıq sazişinin icrasından boyun qaçırır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, hər iki ərizə ilə müraciət edərəkə ərizənin təsdiq olunmasını xahiş etmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə ərizə təmin olunmalıdır. İş materiallarında olan “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 28 may 2005-ci il təvəllüdlü Murad, 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 vasitəçiliyi ilə aşağıdakı məzmunda 20 iyun 2025-ci ildə MŞB/MT039-2025-00329 nömrəli barışıq sazişi bağlanmışdır: - Faktiki nikahlarından olan 02 fevral 2008-ci il təvəllüdlü X4 və 18 dekabr 2010-cu il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına tam razılaşaraq öz öhdələrinə götürürlər; - Birgə nikahlarından olan 02 fevral 2008-ci il təvəllüdlü X4 və 18 dekabr 2010-cu il təvəllüdlü X1 görə hər ayın 1-i hər uşaq üçün 100 (yüz) manat olmaqla ümumilikdə, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ikinci tərəfdən alınaraq birinci tərəfin xeyrinə ödənilməsinə tam razılaşaraq öz öhdələrinə götürürlər; - İkinci tərəf faktiki nikahlarından olan 28 may 2005-ci il təvəllüdlü X6, 02 fevral 2008-ci il təvəllüdlü X4 və 18 dekabr 2010-cu il təvəllüdlü X5 adlı övladlarının atası olması faktını etiraf etdi və atalığın müəyyən edilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir”. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Odur ki, barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tuaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 vasitəçiliyi ilə 20 iyun 2025-ci ildə bağlanmış və reyestrdə MŞB/MT039-2025-00329 nömrəsi ilə qeydə alınmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Maraqlı şəxs 28 may 2005-ci il təvəllüdlü Murad, 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqların atası olması faktı müəyyən edilsin. - 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqların Ərizəçi yanında qalması müəyyən edilsin. - 02 fevral 2008-ci il təvəllüdlü Türkan və 18 dekabr 2010-cu il təvəllüdlü Aysun adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq, Ərizəçi ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar