Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1096/2023 06.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı Göygöl rayonu «Ərzaq» KFT-nin direktoru İddiaçı və cavabdeh X2 iştirakı ilə İddiaçı Göygöl rayonu «Ərzaq» KFT-nin cavabdeh X4 və Cavabdeh2 qarşı mülki hüquq pozuntuları tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 06 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y YƏ N E T D İ : Göygöl rayonu «Ərzaq» KFT məhkəmədə X4 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada «Ərzaq» KFT-nin 3 hektar buğda sahəsinə vurduğu 3540 (üç min beş yüz qırx) manat zərərin, məhkəməyə verilən iddia ərizəsi üçün ödədiyi 55 (əlli beş) manat dövlət rüsumunun, cəmi 3595 (üç min beş yüz doxsan beş) manatın alınaraq KFT-na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Göygöl rayonunun Zurnabad kəndinin ərazisində "Ərzaq" X7 yaratmışdır. "Ərzaq" KFT-nin Göygöl rayonunun Zurnabad kəndinin ərazisində 8,1 hektar torpaq sahəsi vardır. Mövcud 8,1 ha torpaq sahəsinin 3 ha. torpaq sahəsinə buğda əkmişdir. 26 may 2023-cü il tarixdə "Ərzaq" KFT-na məxsus Zurnabad kəndində yerləşən 3 ha buğda sahəsində 11 baş iri buynuzlu inək və danaları, 6 baş iri buynuzlu camışlar və balaları otarılmasını görmüşdür. İddiaçı bu iri buynuzlu mal-qaraların taxil sahəsində otlamalarının şəkillərini çəkmişdir. Bu mallar, yəni 11 baş inək, Göygöl rayonunun Gəncǝ qəsəbəsində yaşayan cavabdeh X4, 6 baş camış isə Göygöl rayonunun Murud kəndinin fermasında yaşayan Cavabdeh2 məxsus olmasını müəyyən etmişdir. Ərzaq" KFT-nin buğda sahəsini iri buynuzlu mal-qara ilə otladaraq zərər vuran cavabdeh X6 və Cavabdeh2 ilə iddiaçı söhbət edərək zərərin ödənilməsini tələb etmişdir. Cavabdeh Leyla Cəfərova ona hücum edərək, ona hədə qorxu edərək, heç bir zərəri ödəməyəcəyini, mal-qara ilə zərər vurmasına haqq qazandıraraq yaxşı etdiyini bildirmişdir. Cavabdeh2 isə mal-qarasının zərər vurmasına görə zərəri ödəməyəcəyini bildirmişdir. Onlar bu barədə akt tərtib edərək, baş vermiş hadisəni aktda göstərmiş və imza ilə təsdiq etmişlər. Buna bamayaraq hal-hazırda da mövcud buğda sahəsinə cavabdehlərin mal-qaralarının otlaması ilə zərər vurmaları davam edir. Cavabdehlərin mal-qaraları əvvəlki illərdə də zərər vurmuşdur, bu barədə onlara dəfələrlə iddiaçı xəbərdarlıq etmişdir. İddiaçı məcbur olub 102 çağrış mərkəzinə zəng etmiş, Göygöl rayon PŞ-nin əməkdaşları hadisə yerinə gələrək ona məhkəməyə müraciət olunmasını məsləhət etmişlər. Cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq o, ciddi zərər çəkmiş, həmçinin cavabdehlərin vurduqları zərər onun maddi vəziyyətinə də öz mənfi təsirini göstərmişdir. Özünün bu il ailəsinin dolanışığına ümüd etdiyi gəliri də əlindən çıxmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər "Ərzaq" KFT-na məxsus 3 ha buğda sahəsini iri buynuzlu mal-qara ilǝ otladaraq təsərrüfata zərər vurmuşlar. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X11 Mərkəzinə müraciət edərək 3 hektar buğda sahəsinə vurulan zərərin müəyyən olunması üçün mütəxəssis cəlb olunmasına köməklik edilməsini xahiş etmişdir. Onların xx.xx.2023-ci il tarixli aktına əsasən "Ərzaq" KFT-na aid 3 hektar buğda sahəsinə vurulan zərərin miqdari 3540 (üç min beş yüz qırıx) manat olması müəyyən olunmuşdur. Belə olan halda cavabdehlər birmənalı vurmuş olduğu zərəri ödəməlidirlər. İddiaçı Göygöl rayonu «Ərzaq» KFT-nin direktoru İddiaçı tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, cavabdeh X6 və Cavabdeh2 qarşı mülki hüquq pozuntularına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Göygöl rayonu «Ərzaq» KFT-nin direktoru İddiaçı izahatında iddianı müdafiə etdiyini, əkdiyi taxıl sahəsinə heyvanların gəlməsini və onun sahəsinə ziyan vurulmasını, Cavabdeh2la öz aralarında razılaşmalarını və Cavabdeh2 heyvanlarının artıq ona məxsus sahəyə gəlməmələrini, həmçinin Cavabdeh2 heyvanlarını son vaxtlarda satmasını, təsərrüfatın fəhləsi olan Vüsal Həsənovun xəstə olmasını və ona görə məhkəmə iclasına gələ bilməməsini bildirdi və ona məxsus sahəyə dəymiş ziyanın cavabdeh X1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 izahatında iddianı qəbul etməməsini, belə ki, özünün və heyvanlarının həmin vaxt dağda olmasını, aprel ayının 21-də malheyvanlarının dağdan enməsini, iddia ərizəsinə əlavə olunan şəkillərdəki inəklərin ona məxsus olmamasını, iddiaçıya məxsus sahəyə kəndin bir çox sakininin mal-heyvanlarının daxil olmasını, çünki onun sahəsinin açıq yerdə yerləşməsini, özünə məxsus malların iddiaçının sahəsinə onun dediyi vaxtda yox başqa vaxt girməsini və həmin vaxtda malqaranın tez bir zamanda sahəyə ziyan vurmadan çıxarılmasını bildirdi və göstərdiklərinə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında Zurnabad kəndində yaşamasını, ona zəng olunaraq Leyla Cəfərovanın döyülməsini bildirmələrini, özünün dediyinə əsasən onun təhqir olunmasını və buna görə də Polis şöbəsinə müraciət olunmasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında Leyla Cəfərovanın 11 baş iri buynuzulu mal-qarasının olmasını, ona məxsus mal-qaranın gecə və gündüz taxil sahəsinə girməsini, özünün dəfələrlə ona xəbərdarlıq etməsini, oğlu ilə cavabdeh L.Cəfərovaya məxsus mal-qaranı çıxaran vaxt Leylanın gəlib onu və oğlunu söyüb təhqir etməsini, hətta oğlunu ağacla da vurmağa çalışmasını, Leylanın evi ilə taxıl sahəsinin arasında 300 metr məsafə olmasını, iddiaçı tərəfindən əlavə edilmiş foto şəkillərdən də həmin mal-qaranın L.Cəfərovaya məxsus olmasını, bundan sonra Polis əməkdaşlarına bununla bağlı məlumat verilməsini və polis əməkdaşlarının gələn vaxtı Leylanın malqarasının taxıl sahəsində olmasını bildirdi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib və təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilə bilməz. Belə ki məhkəmədə iş materiallarından, tərəflərin və şahidlərin ifadələrindən və həmçinin iddia ərizəsinə iddiaçının özünün əlavə etdiyi şəkillərdən də müəyyən olunur ki, həmin şəkillərdə olan heyvanlar cavabdeh Leyla Cəfərovaya məxsus deyil. İddiaçı "Ərzaq" KFTna aid 3 hektar buğda sahəsinə cavabdeh X4 məxsus iri buynuzlu mal-qaranın girməsini və bunun nəticəsində L.Cəfərova tərəfindən ona 3540 (üç min beş yüz qırx) manat məbləğində zərərin vurulmasını iddia etsə də, iddiaçı məhkəmə iclasında bunu mötəbər dəlillərlə sübut edə bilməmişdir. Hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda iddiaçının həmin iddiasını əsaslı hesab etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.1 maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1 maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yüzü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatına hüquqi qiymət verərək, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, tərəflər arasında yaranmış mübahisə üzrə cavabdehin iddiaçının buğda sahəsinə vurduğu ziyanı təsdiq edən hər hansı hal aşkar edilmədi və iddiaçı məhkəməyə tələbini əsaslandıran hallara dair heç bir sübut növü təqdim edə bilmədi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1 və 76.2 maddələrinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Göygöl rayonu «Ərzaq» KFT-nin cavabdeh X4 və Cavabdeh2 qarşı mülki hüquq pozuntuları tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1096/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1096/2023
06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver