Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1163/2023 10.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X1 iclas katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə aralarında alimentin ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə el adəti ilə evlənərək ailə həyatı qurmuş və 09 avqust 2021-ci il tarixdə Gəncə "ASAN" xidməti Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il arixdə Elxan adlı uşaqları anadan olmuşdur. Cavabdehla ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan münasibətləri alınmayıb, bir-birinə ailə kimi münasibət yarada bilməmişlər və faktiki olaraq ayrılmışlar. Hazırda da ayrı yaşayırlar. Azyaşlı uşaqları ərizəçinin yanında yaşamasına baxmayaraq Cavabdeh uşağın saxlanılması üçün köməklik etmədiyi üçün ərizəçi aliment ödəməsini ona təklif etmiş, lakin o, münasibət bildirmədiyi üçün ərizəçi mediasiya orqanına müraciət etmişdir. X2 vasitəçiliyi ilə xx.xx.2023-cü il tarixdə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi imzalanıb. Barışıq sazişinə əsasən Cavabdeh birgə nikahlarından doğulmuş Elxanın saxlanılması üçün hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan sazişin bağlanmasından 6 aya yaxın vaxt keçməsinə baxmayaraq E.Abbassov heç bir ödəniş etməmiş və buna cəhd də etməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh izahatında ərizəni qəbul etməsini, ərizəçi İddiaçı ilə mediasiya şurasında barışıq sazişinin öz aralarında razılaşaraq bağlanmasını bildirdi və ona görə də ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə razılığa gəldilər.
2. Tərəflərin birgə nikahılarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşaqları ikinci tərəf İddiaçın himayəsində saxlanılır.
3. Birinci tərəf Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşağı yetkinlik yaşana çatanadək saxlanılması üçün ikinci tərəf İddiaçı hər ay 100 (bir yüz) manat aliment ödəməyi öhdəsinə götürür.
4. Birinci tərəf Cavabdeh özünün tikdirdiyi, lakin sənədləri sərəncam əsasında olan Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evində ikinci tərəf İddiaçı qizına və birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşağına istifadə hüququ verir, onların həmin evdə sərbəst yaşamalarına hər hansı maneə yaratmayacağına öhdəlik götürür.
5. İkinci tərəf İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşağı yetkinlik yaşına çatanadək birinci tərəf, yəni atası Cavabdeh ila görüşüb ünsiyyətdə olmalarına məhdudiyyətsiz şərait yaradacağını öhdəsinə götürür. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə doğulmuşdur. Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 723443 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-543/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, bu qətnamə ilə iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasında 09 avqust 2021-ci il tarixdə 1319 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci ildə Elxan adlı oğlanları doğulmuşdur. Sonradan aralarında yaranan narazılığa görə Göygöl Rayon Məhkəməsinin 2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və faktiki olaraq ayrılmışlar. Azyaşlı uşaq ərizəçinin himayəsində qalmasına baxmayaraq maraqlı şəxs uşağın saxlanması üçün köməklik etməmiş və bundan sonra ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh uşağın saxlanılması üçün köməklik etmədiyi üçün aliment ödəməsini ona təklif etmiş, lakin o, münasibət bildirmədiyi üçün ərizəçi mediasiya orqanına müraciət etmişdir. X2 vasitəçiliyi ilə xx.xx.2023-cü il tarixdə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Cavabdehla birgə nikahlarından doğulmuş Elxanın saxlanması üçün hər ay 100 manat alimenti ödəməyi Cavabdeh öhdəsinə götürmüşdür. Həmin sazişin bağlanmasına baxmayaraq Cavabdeh heç bir ödəniş etməmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə sazişin şərtləri ilə bağlı qeyd edir ki, saziş – “Tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə razılığa gəlmələri, birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşaqları İddiaçın himayəsində saxlanılması, Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşağı yetkinlik yaşana çatanadək saxlanılması üçün İddiaçı hər ay 100 (bir yüz) manat aliment ödəməyi Cavabdeh öhdəsinə götürməsi, Cavabdeh özünün tikdirdiyi, lakin sənədləri sərəncam əsasında olan Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evində İddiaçı qizına və birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşağına istifadə hüququ verməsi və onların həmin evdə sərbəst yaşamalarına hər hansı maneə yaratmayacağına öhdəlik götürməsi, İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Elxan adlı uşağı yetkinlik yaşına çatanadək atası Cavabdeh ilə görüşüb ünsiyyətdə olmalarına məhdudiyyətsiz şərait yaradacağını öz öhdəsinə götürməsi ilə bağlı”– şərtləri ilə bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanunazidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Bundan başqa “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasın Qanununun 8.2-ci maddəsinə əsasən, 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş övladları xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşana çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti “Barışıq Sazişinin” bağlandığı gündən, yəni 21 fevral 2023cü il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qələmdar Abbasov