Məhkəmə qərarları › İş №2(066)-1313/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1313/2025

12.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1313/2025 12.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs ilə X7 arasında MSİH-05590 №-li Barışıq sazişi bağlanmışdır. Məhkəmədə icraat: 2.Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli Barışıq sazişinə əsasən X2 xx.xx.2021-ci il tarixindən atası Maraqlı şəxs razılığı ilə anası Ərizəçi himayəsində saxlanması və Maraqlı şəxs övladı X2 yetkinlik yaşına çatana kimi hər ay sabit pul məbləğində 140 manat aliment pulunu Ərizəçi ödəməsi haqqında öhdəlik götürdüyü hissədə barışıq sazişi təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı qurmuş birgə ailə həyatından xx.xx.2016-cı il təvəllüdlü X8 adlı övladı vardır. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs ilə MŞİH-05590 №-li Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər razılığa gəliblər ki: “bu gün hal-hazırda Ərizəçi azyaşlı qızı X2 xx.xx.2021ci il tarixindən atası Maraqlı şəxs razılığı ilə öz yanında yəni ata evində saxlayır. X1 Günay Mehman qızının öz himayəsində saxlanması və onun böyüməsi, yetkinlik yaşına çatması üçün 175 manat əvəzinə Maraqlı şəxs yenidən ailə həyatı qurduğunu və imkansızlığını nəzərə alaraq ondan hər ay sabit pul məbləğində 140 manat aliment müəyyən edilməsinə və uşağın atası ilə həftə ərzində iki gün onunla vaxt keçirməsinə, qalmasına, indi və gələcəkdə heç bir maneçilik törətməyəcəyinə söz verib və razılığını bildirib. Maraqlı şəxs X2 yetkinlik yaşma çatana kimi hər ay sabit pul məbləğində 140 manat aliment pulunu Ərizəçi ödəyəcəyini bildirib". Lakin Maraqlı şəxs alimenti vaxtlı-vaxtında ödənilməsi barədə sazişlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir. Hesab edir ki, ərizəsi təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: 5.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 6.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 7.Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. 8.İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X9 iştirakı ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, 2.1. Birinci tərəf ikinci tərəfin imkansızlığını nəzərə alaraq “Barışıq sazişi imzalanan günə kimi 150 manat məbləğində vəsait ödəyəcəkdir. Tətbiqi müqavilə üçün 50 manat pul ödəyib. 2.2. ikinci tərəf sayılan Maraqlı şəxs qızı X2 yetkinlik yaşına çatana kimi X4 hər ay sabit pul məbləğində 140 manat aliment ödəyəcəyini, X2 məhkəmə qaydası ilə himayəsindən çıxarılıb X3 himayəsinə verilməsini uşaqla görüşməsini həftə ərzində iki gün öz yanında saxlaması barədə razılığa gəliblər. 9.Göygöl rayon Məhkəməsinin 2(066)-207/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X6 arasında olan Göygöl rayon Qeydiyyat şöbəsində qeyd edilmiş 29 aprel 2016-cı il tarixli 46 saylı nikah akt qeydi pozulmuş, 06 iyul 2016-cı ildə anadan olmuş X2 atası Maraqlı şəxs yanında qalması müəyyən edilmişdir. 10.AZ-İV № 732763 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı ildə doğulmuşdur. Atası-Maraqlı şəxs, anası Ərizəçidır. 11.İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Göygöl rayonunun Çaykənd kəndində qeydiyyatdadır.

12. xx.xx.2022-ci il tarixli Ərizəçi tərəfindən verilmiş ərizədə qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixindən X8 onunla yaşayır. X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs imkansızlığını nəzərə alaraq hər ay ondan sabit pul məbləğində 175 manat aliment yox 140 manat aliment alacağını, uşağın həftədə azı iki gün atası ilə qalmağına onunla xoş gün keçirtməyinə etirazı olmadığını qeyd edib.

13. xx.xx.2022-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş ərizədə X2 öz himayəsindən çıxarılıb Ərizəçi himayəsinə verilməsini, X2 yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 140 manat aliment ödəyəcəyini qeyd etmişdir.

14. Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır.

15. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır.

16. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin olunsun. X7 ilə Maraqlı şəxs arasında 21 yanvar 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində mediator X9 iştirakı ilə bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda hissəvi təsdiq edilsin: 2.2. X2 yetkinlik yaşına çatanadək anası X3 himayəsində qalması, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit məbləğdə alimentin X3 xeyrinə tutulmasına dair Maraqlı şəxs razılıq bildirdi. Qətnamə dərhal icra edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar