Məhkəmə qərarları › İş №2(066)-1440/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1440/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1440/2023 27.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmuş X6 və X4 1982-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 22 avqust 1990-cı il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. X2, xx.xx.2014-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində vəfat edib. X3 xx.xx.2022-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində vəfat edib. Əkiz bacıları X13 və X10 xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulublar və bir neçə aydan sonra vəfat ediblər. Valideynləri həmin vaxt onların ölümünün dövlət qeydiyyatına alınması üçün aidiyyatı üzrə dövlət orqanlarına müraciət etməmişlər. Hazırda Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən daşınmaz əmlak üzərində vərəsəlik hüququnun tanınması ilə bağlı sənədləri toplayır, lakin bacıları barəsində ölüm haqqında şəhadətnamələr olmadığına görə vərəsəlik hüququnun tanınması üçün müraciət edə bilmir. O, Maraqlı şəxsnə bacıları barəsində ölüm haqqında təkrar şəhadətnamə almaq üçün müraciət etmiş, lakin qeydiyyat şöbəsi ona xx.xx.2023-cü il tarixli imtina məktubu vermişdir. Yaranmış vəziyyətə görə ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmuş X6 və X4 1982-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində ölmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, ərizənin xahiş edirəm hissəsində bacılarının doğum tarixi tam yazılmamışdır. Odur ki, ərizəsinə xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmuş X6 və X4 xx.xx.1982-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində ölmələri faktının müəyyən edilməsi hissəsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə ərizəçinin tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, ərizəçinin əmisi oğludur. Özü Xoşbulaqda yaşayır. 1982-ci ildə onun əkiz bacıları doğulub və təxminən 1-2 ay sonra hər ikisi ölüblər. Həmin kənd qəbiristanlığında da dəfn olunublar. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahatında göstərdi ki, ərizəçinin bibisi oğludur. Eyni kənddə yaşayırlar. Ərizəçinin ekiz bacıları doğulandan bir müddət sonra vəfat etmişlər. Məhkəmə iş üzrə ərizəçinin və şahid ifadələrini dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarından görünür ki, Daşkəsən rayon Zağalı k/ sovetinin 1980-1982-ci illəri əhatə edən Xoşbulaq kəndinə dair 117 saylı təsərrüfatbaşına kitabının 338 nömrəli şəxsi hesabından Ərizəçi Müzadil oğlunun bacısı X8 və X5 doğumu xx.xx.1982, milliyəti Azərbaycanlı, doğulduğu yer Xoşbulaq kəndidir. X1, anaları X11r. Xüsusi qeyd: vətəndaşın 1982-ci ildə öldüyü qeyd edilib. İş materiallarında olan Maraqlı şəxs 28 sentyabr 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ərizəçinin ölüm haqqında şəhadətnamənin istənilməsi barədə 27 sentyabr 2023-cü il tarixli ərizəsinə baxılmış, X6 və X4 ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Qeyd olunanlara əsasən ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 22 avqust 1990-cı il təvəllüdlü Ərizəçi atası X14, anası isə X11r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 04 mart 2014-cü ildə, X17 isə 25 sentyabr 2022-ci ildə ölmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2016-cı il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuş və Göygöl rayonunun Yeni-Qızılca kəndində qeydiyyatdadır. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4 və 4.1-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə iclasında Ərizəçi Müzadil oğlunun izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi Müzadil oğlunun əkiz bacıları X13 və X10 xx.xx.1982-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşlar və 05 mart 1982-ci ildə həmin kənddə vəfat etmişlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmuş X6 və X4 xx.xx.1982-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində ölmələri faktı müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 28 iyun 1984-cü il təvəllüdlü X9 27 may 1994-cü il tarixdə Göygöl rayonunun Yeni Qızılca kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmuş X6 və X4 xx.xx.1982-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində ölmələri faktı müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar