Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1487/2025 23.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi: İşin halları:
1. Göygöl rayon 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, barışıq sazişinə əsasən, Ərizəçi ilə Maraqlı şəxs arasında ailə münasibətlərindən irəli gələn aliment tələbi üzrə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər təsdiq etmişlər ki, 1-ci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs öhdəlik götürərək razılığa gəliblər ki, birgə nikahdan olan övladları-xx.xx.2015-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X13 anaları- Əsgərova (Alzamanova) Ruhiyyə Rəşid qızının yanında saxlandıqlarına görə hər bir uşağa görə 40(qırx) manat olmaqla ümumi olaraq 160 (yüz altmış) manat aliment 2025-ci ilin iyul ayından başlayaraq hər ayın sonu Ərizəçi ödəməyi ödəsinə götürmüşdür. “Barışıq Sazişin “8-ci bəndində isə qeyd edilmişdir ki, sazişin könüllü icrasından imtina olunarsa, tərəflərin biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Tərəflər razılaşmışlar ki, onların bir-birinə qarşı başqa tələbləri yoxdur.
Məhkəmə icraatı: 2.Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs ilə aralarında olan mediasiya prosesində birgə nikahdan doğulmuş övladları-xx.xx.2015-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X8 - yetkinlik yaşına çatana kimi hər uşaq üçün 40 manat, cəmi 160 manat sabit pul məbləğində aliment öhdəliyi sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, iddiaçı Əsgərova( Alzamanova) Ruhiyyə Rəşid qızı cavabdeh Maraqlı şəxs ilə 30 noyabr 2014-cü il tarixdə 1 saylı Gəncə Regional "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2619 №-li qeydlə nikahlarını qeyd etdiriblər. Birgə nikahlarından uşaqları - xx.xx.2015-cı il tarixdə X12, xx.xx.2018-ci il tarixdə X7, xx.xx.2020-ci il tarixdə X10 və xx.xx.2022-ci il tarixdə X2 şəhərində anadan olmuşdur. Ailə qurduqları ilk günlərdə mehriban yaşayıblar. Lakin, sonradan cavabdeh Maraqlı şəxs ilə xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmalı olublar. O, iddiaçı Əsgərova (Alzamanova) Ruhiyyə Rəşid qızı cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması uşaqların anada qalması və aliment“ tələbinə dair Göygöl rayon Məhkəməsinə müraciət etmək istəyib. Lakin “nikahın pozulması, uşaqların anada qalması və aliment” tələbinə dair mübahisəyə məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl Azərbaycan Respublikası Ailə Məcəlləsinə əlavə olunmuş 7-1-ci maddəsinə əsasən Göygöl 1-saylı Mediasiya Təşkilatına müracət etməli olub. Göygöl 1 saylı Mediasiya Təşkilatının X1 iştirakı ilə ( Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00463) arayış aldıqdan sonra o, cavabdehə qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edib. Göygöl rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(066)-976/2024 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş cavabdeh Maraqlı şəxs ilə o iddiaçı Əsgərova (Alzamanova) Ruhiyyə Rəşid qızı arasında 30 noyabr 2014-cü il tarixdə 1 saylı Gəncə Regional “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2619 №-li nömrəli aktı ilə qeydə alınmış rəsmi nikahları pozulmuşdur. Bu barədə Göygöl rayon Qeydiyyat şöbəsindən 25 oktyabr 2024-cü il tarixli nikahın pozulması haqqında 135 nömrəli qeydlə AZ-İ № 484545 nömrəli şəhadətnamə də alıb. Bundan başqa Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-976/2024 nömrəli qətnaməsi ilə nikah pozulduqdan sonra birgə nikahlarından olan uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X12,xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X11 anası-X4 yanında saxlanması qət edilmişdir. Lakin, uşaqlara aliment müəyyən edilmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etməli olub. Bununla bağlı əvvəlcə Göygöl 1 saylı Mediasiya təşkilatına müraciət edib. Göygöl 1 saylı Mediasiya Təşkilatının X1 iştirakı ilə bağladıqları 07 iyul 2025-ci il tarixli "Barışıq Sazişi"-nə görə 1-ci tərəf o, Ərizəçi və ikinci tərəf Maraqlı şəxs öhdəlik götürərək razılığa gəliblər ki, birgə nikahdan olan övladları-xx.xx.2015-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022ci il təvəllüdlü X13 anaları- Əsgərova (Alzamanova) Ruhiyyə Rəşid qızının yanında saxlandıqlarına görə hər bir uşağa görə 40(qırx) manat olmaqla ümumi olaraq 160 (yüz altmış) manat aliment 2025-ci ilin iyul ayından başlayaraq hər ayın sonu Ərizəçi ödəməyi ödəsinə götürmüşdür. “Barışıq Sazişin “8-ci bəndində isə qeyd edilmişdir ki, sazişin könüllü icrasından imtina olunarsa, tərəflərin biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 4.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etirazı olmadığını bildirdi.
Tətbiq edilən hüquq: 6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
7.Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun: 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: 8.Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahını və maraqlı şəxsin teleqram vasitəsi ilə mövqeyini nəzərə alıb hesab edir ki, ərizə təmin edilməlidir. 9.Belə ki, Göygöl rayon 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, barışıq sazişinə əsasən, Ərizəçi ilə Maraqlı şəxs arasında ailə münasibətlərindən irəli gələn aliment tələbi üzrə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər təsdiq etmişlər ki, 1-ci tərəf o, Ərizəçi və ikinci tərəf Maraqlı şəxs öhdəlik götürərək razılığa gəliblər ki, birgə nikahdan olan övladları-xx.xx.2015-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X13 anaları- Əsgərova (Alzamanova) Ruhiyyə Rəşid qızının yanında saxlandıqlarına görə hər bir uşağa görə 40(qırx) manat olmaqla ümumi olaraq 160 (yüz altmış) manat aliment 2025-ci ilin iyul ayından başlayaraq hər ayın sonu Ərizəçi ödəməyi ödəsinə götürmüşdür. “Barışıq Sazişin “8-ci bəndində isə qeyd edilmişdir ki, sazişin könüllü icrasından imtina olunarsa, tərəflərin biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 10.AZ-İ № 484545 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X9 arasında olan nikah Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə ilə pozulmuşdur. 11.AA5641506 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2022ci il tarixdə doğulmuşdur. 12.AA6794311 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2020ci il tarixdə doğulmuşdur. 13.AA5641504 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur.
14. “Elektron məhkəmə”informasiya sistemində məlumatdan görünür ki, X12 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. 15.Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilər.
16. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
18. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. edilməlidir.
Nəticə hissə: 19.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. birgə nikahdan olan övladları xx.xx.2015-cı il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X13 anaları Ərizəçi himayəsində qaldıqlarına görə bir uşağa görə 40(qırx) manat olmaqla ümumi olaraq 160 (yüz altmış) manat aliment 2025-ci ilin iyul ayından başlayaraq hər ayın sonu Ərizəçi məxsus olan **********603120 nömrəli kart hesabına ödəniş edəcək” barədə xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə