Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1704/2024 27.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu İddiaçı Cavabdeh qarşı “mülkin paylı mülkiyyət qismində bölünməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mülkin paylı mülkiyyət qismində bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı imzaladığı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsinə daşınmaz əmlakın paylı mülkiyyət qismində bölünməsini tələb etmiş olsa da həmin daşınmaz əmlaka dair hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə etməmişdir. Həmçinin iddia tələbinin nədən ibarət olması da aydın deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində göstərilir ki, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinin tələbinə görə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.1-ci maddələrinin tələblərinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçın izah edilməlidir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mülkin paylı mülkiyyət qismində bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Məmmədov Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol 27 dekabr 2024-cü il İş № 2(066)-1704/2024 Göygöl şəhəri Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “mülkin paylı mülkiyyət qismində bölünməsi” tələbinə dair iddia ərizəsinə 27 dekabr 2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət başladı saat 14:25-da. Hakim daxil olmuş ərizənin prosessual qaydalara uyğun verilib- verilməməsini yoxladı və müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 150 və 308-ci maddələrinin tələblərinə riayət olunmamaqla verilib. Hakim ərizənin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab vermədiyini nəzərə alaraq, onun məhkəmə icraatında baxılmağa götürülməsini və işin məhkəmə baxışına hazırlanması üzrə məhkəmə iclasının təyin edilməsini mümkün hesab etmir. Hakim yerində müşavirə edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul etdi. Prosessual hərəkət qurtardı saat 14:28-də Protokol 27 dekabr 2024-cü ildə tərtib edildi. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-1704/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1704/2024
27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver