Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-221/2024 10.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Mülkiyyət hüququnun müdafiəsi, əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənimsənilmiş əşyanın özünün və ya dəyərinin cavabdehdən alınması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Mülkiyyət hüququnun müdafiəsi, əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənimsənilmiş əşyanın özünün və ya dəyərinin cavabdehdən alınması tələbinə dair” iddia qaldıraraq, mülkiyyətində olan torpaq sahəsini bitişik ərazidə Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin pəncərəsinin bağlanması, ona məxsus olan Cavabdeh tərəfindən mənimsilənmiş su çəninin özünün və ya dəyərinin ondan alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasdında iştirak edən İddiaçı iddianı müdafiə edib verdiyi izahatında bildirdi ki, Göygöl rayon Üçtəpə kəndinin ərazisində onun mülkiyyətində olan cəmi 0,055 hektar həyətyanı torpaq sahəsi vardır. O, həmin 0,055 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Cavabdeh onun mülkiyyətində olan cəmi 0,055 hektar həyətyanı torpaq sahəsinin sərhədində qanunsuz tikili tikmiş və pəncərəsidə onun həyətinə açılır. Bu isə onun hüquqlarını pozur. Bundan başqa Cavabdeh ona məxsus olan su çənini qanunsuz olaraq mənimsəmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmaldır. Mülki işə əlavə edilmiş arayışdan məlum olur ki, Nəbiyeva X2 rayon Üçtəpə kəndində qeydiyyatsız yaşayır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 oktyabr 2019-cu il olan Çıxarışdan məlum olur ki, İddiaçı mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,035 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2020-ci il olan Çıxarışdan məlum olur ki, Cavabdeh mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,02 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 10/1513 saylı rəyindən məlum olur ki, Cavabdeh mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,02 hektar torpaq sahəsində İddiaçı mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,035 hektar torpaq sahəsinin sərhədində inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Tikilinin pəncərəsinin İddiaçı hər hansı maneə yaradıb-yaratmamsının müəyyən edilməsi “tikinti-texniki obyektlərin tədqiqi” üzrə ekspertlərin səlahiyyətlərinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,035 hektar torpaq sahəsi və Cavabdeh mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,02 hektar torpaq sahəsi vardır. Cavabdeh həmin torpaq sahəsində İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədində qanunsuz olaraq tikili tikmiş və həmin tikilinin pəncərələri isə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə açılır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Ancaq İddiaçı ona məxsus olan su çənini qanunsuz olaraq mənimsəməsini bildirmiş olsa da həmin halları təsdiq edən subutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarım ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi iləəlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələbləri qismən təmin edilməsinə görə olaraq cavabdehdən yarı hissəsi alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pula görə 50 (əlli) manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə İddiaçı 25 (iyrmi beş) manat, Cavabdeh 25 (iyrmi beş) manat alınaraq alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “Mülkiyyət hüququnun müdafiəsi, əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənimsənilmiş əşyanın özünün və ya dəyərinin cavabdehdən alınması tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,02 hektar torpaq sahəsində İddiaçı mülkiyyətində Göygöl rayon Üçtəpə kəndində kənd təsərrüfatı torpaqlar koteqoruyasına aid 0,035 hektar torpaq sahəsinin sərhədində qanunsuz olaraq tikilmiş tikilinin pəncərəsi Cavabdeh hesabına bağlansın. İddia tələbi mənimsənilmiş əşyanın özünün və ya dəyərinin cavabdehdən alınması hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 50 (əlli) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində olan pula görə İddiaçı 25 (iyrmi beş) manat, Cavabdeh 25 (iyrmi beş) manat alınaraq alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.