Məhkəmə qərarları › İş №2(066)-256/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-256/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-256/2024 23.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati icraat aparılan X6 iştirakı ilə, 14 fevral 1990-cı ildə Göygöl rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl rayonu Almədətli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X11 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1, Göygöl rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(066)-65/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 11 iyul 2016-cı il təvəllüdlü X7 və 13 may 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment X4 ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 2100 (iki min bir yüz) manat aliment borcu yaranmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, X2 məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 iyul 2024cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan X11 vermiş olduğu izahatında göstərdi ki, ondan Göygöl rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(066)-65/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 11 iyul 2016-cı il təvəllüdlü X7 və 13 may 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment X4 ödənilməlidir. Maddi çətinlik ucbatından, qeyd edilən icra vərəqəsi üzrə borcunu tam ödəyə bilmir. Halhazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında göstərdi ki, X1, Göygöl rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(066)-65/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 11 iyul 2016-cı il təvəllüdlü X7 və 13 may 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment X4 ödənilməlidir. Qeyd edilən icra sənədi 06 aprel 2023-cü il tarixdə şöbəyə daxil olduqdan sonra vaxtında X2na tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıqlar göndərilmişdir. X2 heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnamələrinin icrasından qəsdən boyun qaçırmaqla qeyd edilən icra sənədləri üzrə borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İnzibati materiala əlavə edilmiş Göygöl rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(066)-65/2023 saylı qətnaməsinə və icra vərəqəsindən məlum olur ki, X1 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 11 iyul 2016-cı il təvəllüdlü X7 və 13 may 2018-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment X4 ödəməlidir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, qeyd edilən məhkəmə qətnaməsinin, icra sənədinin icra olunması məqsədilə borcluya “tələbin könüllü icrası haqqında” bildiriş, daha sonra rəsmi xəbərdarlıqlar göndərilmiş, izahatı alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 16 iyul 2024-cü il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar