Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-266/2023 14.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçinin iştirakı ilə Ölüm faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 14 mart 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : Ərizəçi məhkəməyə müraciət edərək 15 iyul 2000-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuş oğlu X8 17 sentyabr 2022-ci il tarixdə Göygöl şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X10 ilə rəsimi nigahlarından 15 iyul 2000-ci il tarixdə X13 adlı uşaqları anadan omuşdur.Oğlu Asif xərçəng xəstəsi idi və mütamadi olaraq müalicə olunurdu. Asif 17 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşadıqları evdə vəfat etmiş və onu Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Asif vəfat etdikdə başları qarişdığından tibb müəssisəsinə müraciət edib ölüm haqqında tibbi arayış almadıqlarından ölüm şəhadətnaməsi almaları mümkün olmamışdır. Asifin ölüm şəhadətnaməsi olmadığından müəyyən hüquqularını həyata keçrə bilmir. Odur ki, həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 15 iyul 2000-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuş oğlu X8 17 sentyabr 2022-ci il tarixdə Göygöl şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-13/2023 nömrəl məktub göndərərək işə onların iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, mərhum X13 onun doğma oğludur. Asif xərçəng xəstəsi idi və mütamadi olaraq müalicə olunurdu. 17 sentyabr 2022-ci il tarixdə oğlu Asif ünvan 1 ünvanda yaşadıqları evdə vəfat etdi və onu Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etdilər.Asif vəfat etdikdə başları qarışdığından tibb müəssisəsinə müraciət edib ölüm haqqında tibbi arayış almadıqlarından ölüm şəhadətnaməsi ala bilməmişlər. X1. X5 və X6 məhkəmə iclasında ifadə verərək Ərizəçi ilə X7 birgə nigahlarından 15 iyul 2000-ci il tarixdə anadan olmuş X8 17 sentyabr 2022-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda yerləşən evdə vəfat etməsi və Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunması faktını təsdiq etdilər. İşdə olan AZ-İ seriyalı 080491 nömrəli nigah şəhadətnaməsinin surətindən görünür ki, X10 ilə X2 nigahları 21 yanvar 2001-ci il tarixdə Kəlbəcər rayon VVADQ şöbəsində 70 nömrə ilə qeydə alınmışdır.Nigah bağlandıqdan sonra kişiyə Nəbiyev, qadına Nəbiyeva soyadı verilmişdir. İşdə olan AZ-İ seriyalı 106031 nömrəli nigah şəhadətnaməsinin surətindən görünür ki, X13 15 iyul 2000-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuşdur. X4 anası isə Ərizəçidır. İşə əlavə edilmiş Göygöl RPŞ-si tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZE seriyalı 10252772 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X13 15 iyul 2000-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuş və Kəlbəcər rayonu Dəmirçidam kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. İşdə olan Kəlbəcər rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 644 nömrəli məktubunda ölüm faktını təsdiq edən sənəd olmadığından X8 ölümünün qeydə alınmasının imkan xaricində olması göstərilmişdir. İşdə olan Kəlbəcər rayon İHB-nın Dəmirçidam kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 272 nömrəli arayışında X8 17 sentyabr 2022-ci il tarixdə vəfat etməsi və mərhumun məzarının Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşdiyi göstərilmişdir. İşdə olan Göygöl MKTİB-nin xx.xx.2022-ci il tarixli 4078 nömrəli arayışında Ərizəçi Kəlbəcər rayonu Dəmirçidam kəndində qeydiyyatda olması və hal-hazırda Göygöl şəhəri Nəsimi küçəsi 16 evdə yaşaması göstərilmişdir. Məhkəmə ərizəçininin etibarnamə üzrə nümayəndəsini və şahidləri dindirib, işdəki sənədləri nəzərdən keçirdikdən sonra belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, Ərizəçi 15 iyul 2000-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuş oğlu X8 17 sentyabr 2022-ci il tarixdə Göygöl şəhərində vəfat etmiş və Göygöl rayonunun Murovdağ qəsəbəsinin qəbristanlığında dəfn olunmuşdur. Uşağının ölümü haqqında şəhadətnamə ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin 15 iyul 2000-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuş oğlu X8 17 sentyabr 2022-ci il tarixdə Göygöl şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçinin 15 iyul 2000-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda anadan olmuş oğlu X8 17 sentyabr 2022-ci il tarixdə Göygöl şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə tapşırılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-266/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-266/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver