Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-280/2025 17.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında uşaqlara aliment ödənilməsinə dair mediasiya prosesində xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin, yəni övladları xx.xx.2024cü il təvəllüdlü X7 anası Ərizəçi himayəsində qalması, Maraqlı şəxs övladları xx.xx.2024cü il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin hər ayın 25 tarixində həmin ay üçün olmaqla Ərizəçi ödəməsinə dair barışıq sazişinin təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə el adəti üzrə ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Maraqlı şəxs ilə ayrıldıqlarına görə Gəncə şəhərində fəaliyyət göstərən, Gəncə 1 saylı Mediasiya Təşkilatında 23 avqust 2024-cü il tarixində aralarında bağladıqları barışıq sazişinə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X7 onun himayəsində saxlanılması və övladları xx.xx.2024-cü il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla 3 (üç) uşaq üçün 300 (üç yüz) manat aliment ödəməyi Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs alimenti vaxtlı-vaxtında ödənilməsi barədə sazişlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. O, "Mediasiya Haqqında" Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verib və əlavə olaraq bildirdi ki, Oktay İbrahimov əvvəllər aliment pulunu vermişdir, iki aydır Bakı şəhərinə getmişdir və alimenti ödəməkdən imtina edir. Odur ki, aralarında olan barışıq sazişinin təstiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin təstiq edilməsi üçün ödədiyi dövlət rüsumunu tələb etmir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AZ-İ №463207 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 07 iyul 2024-cü ildə doğulmuş X7 atası hesab edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009cu il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası X8r. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010cu il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası X8r. İşdə olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-541/2023-cü il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs arasında 12 iyun 2008-ci il tarixdə 02 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3 və 07 iyul 2010-cu il təvəllüdlü X5 iddiaçı Ərizəçi himayəsində və yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X4 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1-ci tərəf iddiaçı Ərizəçi və 2-ci tərəf cavabdeh Maraqlı şəxs övladları xx.xx.2024-cü il təvəllüdlü X7 anası Ərizəçi himayəsində saxlanılması və ikinci tərəf Maraqlı şəxs övladları xx.xx.2024-cü il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment hər ayın 25 tarixində həmin ay üçün olmaqla Ərizəçi ödəməyi öz öhdəsinə götürməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, “07 iyul 2024-cü ildə doğulmuş X10 anası Ərizəçi himayəsində saxlanılması, 05 mart 2009-cu ildə doğulmuş X3, 07 iyul 2010-cu ildə doğulmuş X5 və 07 iyul 2024-cü ildə doğulmuş X2 üçün ataları Maraqlı şəxs 23 avqust 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi hesabına ödəyəcəyinə dair” xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-280/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-280/2025
17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver