Məhkəmə qərarları › İş №2(066)-318/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-318/2025

23.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-318/2025 23.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında mediasiya prosesində xx.xx.2024-cü il tarixdə bağladığı xx.xx.2024-cü il tarixli MŞG/1/2024-00015 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Göygöl 1 saylı Mediasiya Təşkilatına müraciət edərək Maraqlı şəxs ilə birgə nikahlarından olan tel:05.01.2015xx.xx.2015-ci il təvəllüdlü X4 və tel:28.05.2017xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa 175 manat sabit pul məbləğində, cəmi 350 manat sabit məbləğdə alimentin tutulub ona verilməsini xahiş etmişdir. Mediasiya gedişatında alimentlə bağlı Maraqlı şəxs Elburus oğlu ilə tel:28.11.2024xx.xx.2024-cü tarixdə barışıq sazişi imzalamışlar və barışıq sazişinə əsasən 2 uşağın saxlanması üçün borclu Maraqlı şəxs hər ay 350 manat məbləğində aliment ödəməli idi. Lakin, barışıq sazişindən sonra borclu ona bildirib ki, "1 manat da olsun belə aliment ödəməyəcək". Borclu "xxxx" ASC-nin Göygöl rayon şöbəsində işləyir. Onu yaxşı tanıdığı üçün bilir ki, o, alimenti ödəməyəcək və nəticədə o, uşaqların maddi təminatını təmin edə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən 2 uşağa görə hər ay 350 manat aliment ödənilməli idi. Lakin o, cəmi 1 ay 100 manat aliment ödəmişdir. Odur ki, aralarında olan barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs bildirdi ki, barışıq sazişinin şərtləri ilə bağlı heç bir narazılığı yoxdur və icra edəbilməmişdir. Hazırda barışıq sazişinin təsdiq edilməsinə heç bir etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 yanvar 2015-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 may 2017-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X2 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/1/2024-00015 nömrəli barışıq sazişindən görünür ki, 1) tərəflər birgə nikahdan olan övladları tel:05.01.2015xx.xx.2015-ci il təvəllüdlü X7 və tel:28.05.2017xx.xx.2017-ci il təvəllüdlü X5 birinci tərəf Ərizəçi himayəsində qalması və 2) İkinci tərəf Maraqlı şəxs övladları tel:05.01.2015xx.xx.2015-ci il təvəllüdlü X7 və tel:28.05.2017xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, saxlanılmaları üçün 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 25-dən-30-a dək 1 uşağa görə 175 (yüz yetmiş beş) manat olamqla, cəmi 350 (üç yüz əlli) manat sabit məbləğdə aliment birinci tərəf Ərizəçi ödəməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. İşdə olan AA seriyalı, 821144 nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1989-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, “xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anası Ərizəçi himayəsində qalması, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 25-dən 30-a dək 1 uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit məbləğdə alimentin Ərizəçi ödənilməsinə dair” xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar