Məhkəmə qərarları › İş №2(066)-343/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-343/2024

04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-343/2024 04.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası, 25 oktyabr 1948-ci il təvəllüdlü X3 04 aprel 2002-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, mərhum 25 oktyabr 1948-ci il təvəllüdlü X7 onun atasıdır. X2 daimi olaraq Göygöl rayonu Çaylı kəndində yaşamışdır. Atası X1 şəhər Z.Məmmədov adına olan xəstəxanada məfə xorası xəstəliyindən müalicə olunmuş 04 aprel 2002-ci il tarixdə Göygöl rayonu Çaylı kəndində xəstəlik ilə əlaqədar ölümüş və Göygöl rayonu Çaylı kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. Hal-hazırda vərəsəlik məsələsini həll etməl üçün X2nun ölümünə dair ölüm haqqında şəhadətnamə tələb etmişlər. Llakin, atasının ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. Sonradan onların ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 28 dekabr 2023-cü il tarixli, 3-16-5/7-1064/2023 saylı məktubuna əsasən 25 oktyabr 1948-ci il təvəllüdlü X7 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir, Göygöl Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X12 ifadə verərək bildirdi ki, o, ərizəçi onun qonşusudur. Onun mərhum atası 25 oktyabr 1948-ci il təvəllüdlü X7 04 aprel 2002-ci il tarixdə Gəncə şəhər Z.Məmmədov adına olan xəstəxanada məfə xorası xəstəliyindən müalicə olunmuş 04 aprel 2002-ci il tarixdə Göygöl rayonu Çaylı kəndində xəstəlik ilə əlaqədar ölümüş və Göygöl rayonu Çaylı kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. O, qonşu kimi onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X5 da X12 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə baxışı iclasında maraqlı şəxs qismində iştirak edən Maraqlı şəxs aparıcı məsləhətçisi X4 məhkəmə iclasında göstərdi ki, 25 oktyabr 1948-ci il təvəllüdlü X3 ölüm qeydi Maraqlı şəxsndə aparılmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən, “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki Ərizəçi xx xxxx 1978-ci il tarixdə, Göygöl rayonunda anadan olmaqla, Göygöl rayonu Çaylı kəndində qeydiyyatdadır və orada yaşayır. Onun atası kimi X7, anası kimi isə X10 qeyd edilmişdir. Mülki işə əlavə olunmuş “Doğum haqqında şəhadətnamələrin” surətindən məlum olur ki X8 17 dekabr 1975-ci il tarixdə, X9 01 dekabr 1980-cı il tarixdə,Göygöl rayonunda anadan olmaqla, onların atası kimi X7, anası kimi isə X6 qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Göygöl RİH başçısının Göygöl rayonu Çaylı kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan və fotoşəkillərdən məlum olur ki, 25 oktyabr 1948-ci il təvəllüdlü X7 04 aprel 2002-ci il tarixdə 04 aprel 2002-ci il tarixdə ölümüş və Göygöl rayonu Çaylı kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. Mülki işə əlavə olunmuş Maraqlı şəxs 28 dekabr 2023-cü il tarixli, 3-16-5/7- 1064/2023 saylı məktubundan görünür ki, 25 oktyabr 1948-ci il təvəllüdlü X7 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 25 oktyabr 1948-ci il təvəllüdlü X7 04 aprel 2002-ci il tarixdə Göygöl şəhərində xəstəlik ilə əlaqədar ölümüş və Göygöl rayonu Maşxan kəndində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə hesab edir ki, mərhum 25 oktyabr 1948-ci il təvəllüdlü X7 04 aprel 2002-ci il tarixdə Göygöl rayonu Çaylı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 oktyabr 1948-ci il təvəllüdlü X7 04 aprel 2002-ci il tarixdə Göygöl rayonu Çaylı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 25 oktyabr 1948-ci il təvəllüdlü X3 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar