Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-364/2023 11.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 11 may 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : Ərizəçi məhkəməyə müraciət edərək 01 avqust 1960-cı il tarixdə anadan olmuş X4nun 13 avqust 2022-ci il tarixdə Göygöl şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 01 avqust 1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X10 onun doğma atasıdır. Atası Zakir xərçəng xəstəsi idi və mütamadi olaraq müalicə olunurdu. 13 avqust 2022-ci il tarixdə atası X1 rayonunun Balçılı kındindı yaşadıqları evdə vəfat etdi. Atasını Göygöl rayonu Balçılı kəndində yerləşən qəbristanlıqda dəfn etmişlər. Atası vəfat etdikdə başları qarışdığından tibb müəssisəsinə müraciət edib ölüm haqqında tibbi arayış almadıqlarından ölüm şəhadətnaməsi almaları mümkün olmamışdır. Atasının ölüm şəhadətnaməsi olmadığından müəyyən hüquqularını həyata keçrə bilmirlər. Odur ki, 01 avqust 1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X4nun 13 avqust 2022-ci il tarixdə Göygöl rayonunun Balçılı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-15/2023 nömrəl məktub göndərərək işə onların iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 və X13 məhkəmə iclasında ifadə verərək həmkəndliləri olan Ərizəçi X4nun 13 avqust 2022-ci il tarixdə Göygöl rayonunun Balçılı kəndində yaşadıqları evdə vəfat etməsi və Göygöl rayonu Balçılı kəndində yerləşən qəbristanlıqda dəfn olunması faktını təsdiq etdilər. İşdə olan İ-İE seriyalı 956344 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X10 01 avqust 1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuşdur, atasi X8 anası isə X2r. İşdə olan İİ-JQ seriyalı 448021 nömrəli nigah şəhadətnaməsinin surətindən görünür ki, X10 ilə X5 nigahları 02 mart 1985-ci il tarixdə Xanlar rayon Balçılı kənd XDS-də 10 nömrə ilə qeydə alınmışdır.Nigah bağlandıqdan sonra kişiyə Tağıyev, qadına Tağıyeva soyadı verilmişdir. İşdə olan Xİİ-JQ seriyalı 376823 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi 4 iyun 1987-ci ildə Xanlar rayonunun Balçılı kəndində anadan olmuşdur. X4 anası isə X6r. İşə əlavə edilmiş Göygöl RPŞ-si tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı 14370591 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X10 01 avqust 1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş və Göygöl rayonunun Balçılı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş AA ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 72 nömrəli məktubunda ölüm faktını təsdiq edən sənəd olmadığından X7 ölümünün qeydə alınmasının imkan xaricində olması göstərilmişdir. İşdə olan Göygöl rayon Balçılı kənd sakinlərinin tərtib etdikləri 26 yanvar 2023-cü il tarixli aktda 01 avqust 1960-cı il təvəllüdlü X7 13 avqust 2022-ci il tarixdə vəfat etməsi və Balçılı kənd qəbristanlığında dəfn edildiyi göstərilmişdir. İşdə olan Göygöl rayon İHB-nın Balçılı kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 119 nömrəli arayışında Ərizəçi Göygöl rayonunun Balçılı kndində yaşadığı göstərilmişdir. Məhkəmə ərizəçini və şahidləri dindirib, işdəki sənədləri nəzərdən keçirdikdən sonra belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, Ərizəçi 01 avqust 1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X4 13 avqust 2022-ci il tarixdə Göygöl rayonunun Balçılı kəndində vəfat etmiş və Göygöl rayonunun Balçılı kınd qəbristanlığında dəfn olunmuşdur. Uşağının ölümü haqqında şəhadətnamə ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi 01 avqust 1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X4nun 13 avqust 2022-ci il tarixdə Göygöl rayonunun Balçılı kəndində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 avqust 1960-cı il tarixdə Xanlar rayonunda anadan olmuş X4nun 13 avqust 2022-ci il tarixdə Göygöl rayonunun Balçılı kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə tapşırılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-364/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-364/2023
11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver