Məhkəmə qərarları › İş №2(066)-425/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-425/2023

24.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-425/2023 24.02.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə müraciət edərək, xx.xx.2023cü il tarixdə Cavabdeh ilə aralarında alimentin ödənilməsinə dair bağlanmış MŞG/1-00521 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə 2000-ci ildə ailə qurmuşlar. Nikahlarını 25 fevral 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 28 avqust 2001-ci il təvəllüdlü İlkin, 10 avqust 2002-ci il təvəllüdlü Rəvan və 01 iyul 2007-ci il təvəllüdlü İlahə adlı uşaqları olmuşdur. Sonradan aralarında yaranan narazılığa görə cavabdehlə ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(066)-489/2021 nömrəli qətnaməsinə əsasən 01 iyul 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 130 manat qət edilən alimentin miqdarı artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilmişdir. Ərizəçi özü heç bir yerdə işləmir. Digər uşaqları da yetkinlik yaşına çatmışdır. Cavabdeh tərəfindən ödənilən 1 (bir) uşağa görə 180 manat aliment uşaqların gündəlik tələbatı, təhsil xərcləri, geyim və yemək xərclərini ödəmir. Cavabdeh alimentdən əlavə heç bir maddi yardım göstərmir. Cavabdeh uşaqların saxlanılması üçün maddi cəhətdən köməklik etmədiyi üçün ərizəçi də maraqlı şəxsə İlahə adlı uşağa görə qət edilən 180 manat alimentin artırılaraq 400 manat müəyyən edilib ona ödənilməsini təklif etmişdir. Lakin cavabdeh münasibət bildirmədiyi üçün mediasiya orqanına müraciət etmişdir. X4 vasitəçiliy ilə xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən cavabdeh öz əmək haqqından hər ay ərizəçinin xeyrinə 400 manat ödəməsini öhdəsinə götürmüşdür. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh 400 manat məbləğində aliment ödəməyə razı olmasını və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: Alimentin ləğv edilməsi və əvəzində uşaqların saxlanılması üçün 400 manat məbləğində pulun uşaqların atası Cavabdeh maaşından tutulub onun yəni uşaqların anası İddiaçı kartına yönəldilməsi tələbi. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. Göygöl rayonu, Çaylı kəndində qeydiyyatdadır. Xanlar rayon Çaylı kənd İƏV-i üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 953723 nömrəli, xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-cı il tarixdə Xanlar rayonu, Çaylı kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-489/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 01 iyul 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatandək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay 130 (yüz otuz) manat alimentin miqdarının artırılaraq hər ay 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə müraciət edərək, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə 2000-ci ildə ailə qurmuşlar. Nikahlarını 25 fevral 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 28 avqust 2001-ci il təvəllüdlü İlkin, 10 avqust 2002-ci il təvəllüdlü Rəvan və 01 iyul 2007-ci il təvəllüdlü İlahə adlı uşaqları olmuşdur. Sonradan aralarında yaranan narazılığa görə cavabdehlə ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(066)-489/2021 nömrəli qətnaməsinə əsasən 01 iyul 2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 130 manat qət edilən alimentin miqdarı artırılaraq hər ay 180 manat məbləğində müəyyən edilmişdir. Ərizəçi özü heç bir yerdə işləmir. Digər uşaqları da yetkinlik yaşına çatmışdır. Cavabdeh tərəfindən ödənilən 1 (bir) uşağa görə 180 manat aliment uşaqların gündəlik tələbatı, təhsil xərcləri, geyim və yemək xərclərini ödəmir. Cavabdeh alimentdən əlavə heç bir maddi yardım göstərmir. Cavabdeh uşaqların saxlanılması üçün maddi cəhətdən köməklik etmədiyi üçün ərizəçi də maraqlı şəxsə İlahə adlı uşağa görə qət edilən 180 manat alimentin artırılaraq 400 manat müəyyən edilib ona ödənilməsini təklif etmişdir. Lakin cavabdeh münasibət bildirmədiyi üçün mediasiya orqanına müraciət etmişdir. X4 vasitəçiliy ilə xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən cavabdeh öz əmək haqqından hər ay ərizəçinin xeyrinə 400 manat ödəməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə sazişin şərtləri ilə bağlı qeyd edir ki, saziş – İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər; Alimentin ləğv edilməsi və əvəzində uşaqların saxlanılması üçün 400 manat məbləğində pulun uşaqların atası Cavabdeh maaşından tutulub onun yəni uşaqların anası İddiaçı kartına yönəldilməsi tələbi– şərtləri ilə bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanunazidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Bundan başqa “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasın Qanununun 8.2-ci maddəsinə əsasən, 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən аlınаrаq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Alimentin ləğv edilməsi və əvəzində uşaqların saxlanılması üçün 400 manat məbləğində pulun uşaqların atası Cavabdeh maaşından tutulub onun yəni uşaqların anası İddiaçı kartına yönəldilməsi tələbi. Alimentin tutulma müddəti “Barışıq Sazişinin” bağlandığı gündən, yəni 06 fevral 2023cü il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs Cavabdeh 68 (altmış səkkiz) mаnаt dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar