Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-446/2024 17.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X8 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X3 xx.xx.1974-cü il tarixdə, xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.1971-ci il tarixdə və xx.xx.1975-ci il təvəllüdlü X4 xx.xx.1976-cı il tarixdə ölmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X5 mülki işin baxılmamış saxlanılmasına və ərizənin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, ərizənin baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Ərizənin baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-446/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-446/2024
17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver