Məhkəmə qərarları › İş №2(066)-468/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-468/2025

27.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-468/2025 27.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında 01 may 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış 00382 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2013-cü il tarixdə el adəti ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə tel:31.07.2014xx.xx.2014-cü il tarixdə X4 adlı bir uşaqları doğulmuşdur. Göygöl rayon Məhkəməsinin 2(066)- 1442/2024 saylı tel:16.12.2024xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə nikahları pozulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və bu səbəbdən də ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağına maddi köməklik göstərməmişdir. Bu səbəbdən aliment tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. tel:01.05.2024xx.xx.2024-cü il tarixdə mediasiya prosesində Maraqlı şəxs ilə aliment barəsində razılığa gəlmişlər. Barışıq sazişinə əsasən Maraqlı şəxs övladlarının onun himayəsində qalması və onun saxlanılması üçün 75 (yetmiş beş) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Maraqlı şəxs barışıq sazişinin tələblərini pozaraq, hər ay 75 (yetmiş beş) manat aliment ödəməli olduğu halda, alimenti ödəmir, yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyindən, barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Dəyanət Hüseynla ayrı yaşayırlar. Uşaq da öz yanında yaşayır. Bu müddət ərzində aliment almamışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Odur ki, aralarında olan barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs bildirdi ki, barışıq sazişinin şərtləri ilə bağlı heç bir narazılığı yoxdur və icra edə bilməmişdir. Bugünə qədər aliment ödəyə bilməmiş, lakin bundan sonra ödəyəcəkdir. Hazırda barışıq sazişinin təmin edilməsinə heç bir etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X3 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1. Tərəflər, iddia predmeti olan "Nikahın pozulması, uşağın ana himayəsində saxlanılması, aliment, atanın uşağı ilə ünsiyyəti və görüş mübahisəsini qarşılıqlı öhdəlik tələbi haqda hər iki tərəf aşağıdakı qaydada öhdəlik götürməsi, 2. 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 2013 cü ilin sentyabr ayın 27 də 188 nömrə ilə akt qeydiyyat nömrəsi ilə aralarında başlanmış rəsmi nikahın DƏRHAL pozulması və məhkəmə tərəfindən əlavə vaxtın verilməməsi və birgə nikahdan doğulmuş 31 iyul 2014 cü il təvəllüdlü X4 adlı bir uşağın ana himayəsində saxlanılması və uşağın saxlanılması üçün hər ay uşağın yetkinlik yaşına çatanadək, 2-ci tərəf Maraqlı şəxs gəlir və qazancından sabit pul məbləğində hər ay 75 manat (yetmiş beş) manat 1-ci tərəf Ərizəçi xeyrinə tutulması və "Kapital bankda olan hesab nömrəsi **********312599 köçürülmə şəkildə" tel:11.05.2024xx.xx.2024 tarixdən ödəməyi barədə cavabdehin üzərinə öhdəlik götürməsi, 3. 1-ci tərəf Ərizəçi onun xeyrinə 75 (yetmiş beş) manat alimentin "köçürülmə şəkildə" ödənilməsi təklifini qəbul etməsi, 4. 1-ci tərəf Ərizəçi eyni zamanda atanın uşağı ilə sərbəst günlərdə gün ərzində 4 saat olmaqla görüşünə heç bir maneə olmayacağı barədə öhdəlik götürməsi, 3. 2-ci tərəf Maraqlı şəxs alimentin vaxtında 1-ci tərəfin yuxarıda göstərilən hesab nömrəsinə köçürülmə yolu ilə ödənilməsi barədə öz üzərinə öhdəlik götürməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Hacıməlik qəsəbə İnzibati dairəsi üzrə nümayəndəliyinin 11 fevral 2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Göygöl rayonunun Hacıməlik qəsəbəsində qeydiyyatdadır və ailə üzvü 2014-cü il təvəllüdlü oğlu X2r. İşdə olan AA seriyalı, ******* nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. İşdə olan AA seriyalı, ******* nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2014-cü ildə doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, “xx.xx.2014-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalması, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 75 manat sabit məbləğdə alimentin Ərizəçi xeyrinə tutulması və “Kapital bankda **********312599 hesab nömrəsinə ödənilməsinə dair” xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar