Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-47/2024 24.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı4, onun və iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 vəkili və nümayəndəsi X5 iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edərək torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edərək torpaq sahəsinin boşaldılması tələbinə dair” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 01 fevral 2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 01 fevral 2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi, Cavabdeh1 adına tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışın ləğv edilməsi və Cavabdeh2 torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı4 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Göy-Göl rayonu Quşqara kəndində yerləşən 0.12 ha torpaq sahəsi mərhum nənəm X1 adına olmuşdur. Həmin torpaq sahəsi üzərində cavabdeh özbaşına tikinti işləri aparmaq və başqa şəxslərə satmaqla vicdanlı alıcılıqla bağlı hüquqi əsaslar yaratmaq istəyir. Beləki, Cavabdeh2 özü torpaq sahəsinin mübahisəli olması və bu barədə məlumatı X6 tərəfindən məlumat əldə etmiş, o, cümlədən torpaq sahəsinin qanunsuzluğu ila bağlı uzun müddət Göy-Göl rayon Polis idarəsində araşdırma aparılmışdır. Hamin torpaq sahəsi üzərində mübahisə vardır. Paylı mülkiyyətimiz olan hamin torpaq sahəsi özbaşına olaraq cavabdehə tərəfindən alqı-satqı edilmişdir. Bu barədə tərəfimizdən Göy-Göl rayon Məhkəməsində iddia qaldırılmış və Göygöl rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbimiz hissəvi olaraq təmin edilmişdir. Həmin iş üzrə taraflərlə aramızda məhkəmə mübahisəsi olan dövürdə cavabdeh torpaq sahasi ilə bağlı əməliyyat apararaq torpaq sahəsini öz adına qeydə aldırmışdır. Həmin iddia ilə bağlı məhkəməyə müraciət edərkəndə tərəfimizdən torpaq sahəsi üzərinə həbs qoyulması ilə bağlı MTT ilə bağlı ərizə ilə müraciət etsəkdə Göy- Göl rayon məhkəməsi ərizəmizi təmin etməmişdir. Bu baxımdan hazır ki, cavabdeh torpaq sahəsi ilə bağlı əməliyyat aparmışdır. Buda hazır ki, əlavə iddia talabinin qaldırılmasına əsas vermişdir. Cavabdehlə alqı-satqı etmiş Cavabdeh1 əsassız olaraq alqı satqı ilə cavabdeha torpaq sahəsini satmışdır. Qeyd olunan yani Cavabdeh1 adına rəsmiləşdirmə aparılmış alqı-satqı müqaviləsi Göy-Göl rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bu sahabdanda hamin torpaq sahəsi üzərində heç bir alqı-satqı amaliyyatı va tikinti işləri aparılmaması üçün bununla bağlı həmin torpaq sahəsi üzərində sorancam, istifadə va sahiblik hüquqularımın hayata keçirilməsi üçün cavabdeh tarafindan edilən özbaşnalıqla bağlı torpaq sahəsinin zəbt edilməsi və əlavə yyat aparılmaması ilə bağlı torpaq sahəsi üzərində olan hüquqularımızın herpa edilməsi ilə bağlı Göy-Göl Rayon Məhkəməsinə iddia tələbi ilə müraci etmək məcburiyyətindəyik. Hamaya məlumdur ki, sərəncam, istifadə və sahiblik hüququ mülkiyyət ququnun tərkib elementi olaraq hamılıqla tanınan hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab edilir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 vəkili və X7 da digər İddiaçı4 ilə eyni məzmunlu izahat verərək İddiaçı4 göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməməslər səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh2 xx xxxxx 1971-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-001F (KOD ********) nömrəli şəhadətnamədən məlum olur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 saylı qərarına əsasən Cəfərova Şərabanu və onun ailə üzvüləri İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə Xanlar rayonu Quşqara kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150702200, qeydiyyat tarixi 02 aprel 2007-ci il olan Çıxarışından məlum olur ki, X2 mülkiyyətində Xanlar rayonu Quşqara kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150706714, qeydiyyat tarixi 13.09. 2007-ci il olan Çıxarışından məlum olur ki, X4 mülkiyyətində Xanlar rayonu Quşqara kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində yerləşən, 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışdan məlum olur ki, Cavabdeh2 mülkiyyətində ünvan 1i ərazisində yaşayış mnətəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamədən məlum olur ki, 23 mart 2005-ci il tarixdə ölmüş X2 qanun üzrə vərəsəsi X6 hesab edilmişdir. Mülki işə əlavə edilmiş 06 oktyabr 2008-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən məlum olur ki, X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150706714, qeydiyyat tarixi 13.09. 2007-ci il olan Çıxarışa əsasən mülkiyyətində Xanlar rayonu Quşqara kəndi ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh1 satmışdır. Mülki işə əlavə edilmiş 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən məlum olur ki, Cavabdeh1 adına tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh2 satmışdır. Mülki işə əlavə edilmiş Göygöl rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən və həmin qətnamədə buraxılmış yanlışlıqların aradan qaldırılması barədə olan əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərardadından məlum olur ki, Göygöl rayon Məhkəməsinin 2(066)-88/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsinin nəticə hissəsində «Paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən (JN-001F, KOD 50806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) 0,12 ha torpaq sahəsinə dair X4 adına verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında X3 adına verilmiş qeydiyyat nömrəsi 150702200, xx.xx.2007-ci il tarixli çıxarış, X4 adına qeydə alınmış qeydiyyat nömrəsi 150706714, xx.xx.2007-ci il tarixli və qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar etibarsız hesab edilsin» sözləri «paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X4 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamə etibarsız hesab edilsin və bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat, çıxarış və X4 adına verilmiş çıxarış ləğv edilsin. Cavabdeh X6 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin» sözləri ilə əvəz edilmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(104)-365/2024 saylı qətnaməsindən məlum olur ki, Göygöl rayon Məhkəməsinin 2(066)- 88/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçılar Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişlər. Məhkəmə iş üzrə iddiaçının məhkəmədə qaldırdığı iddia tələbinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, tələblərə ayrı-ayrılıqda qiymət verilməsi həm iş üzrə gəlinən nəticələrin aydın olmasına, eyni zamanda məhkəmə qətnaməsinin asan başa düşülməsinə və gələcəkdə dəqiq şəkildə icra olunmasına xidmət edəcəkdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 saylı qərarına əsasən X2 və onun ailə üzvüləri olan iddiaçıların İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə Xanlar rayonu Quşqara kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin X2 mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150702200, qeydiyyat tarixi 02 aprel 2007-ci il olan Çıxarış tərtib edilmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən həmin torpaq sahəsi X4 mülkiyyətinə keçmiş və bu barədə isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli reyestr nömrəsi **********53-10301, qeydiyyat nömrəsi 150706714, qeydiyyat tarixi 13.09. 2007-ci il olan Çıxarış tərtib edilmişdir. 06 oktyabr 2008-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 həmin torpaq sahəsinin 0,03 hektar hissəsini Cavabdeh1 satmış, sonuncu isə 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,03 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Göygöl rayon Məhkəməsinin 2(066)- 88/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsinə əsasə yuxarıda qeyd edilən paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X4 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmiş və bu şəhadətnamə əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat, çıxarış və X4 adına verilmiş çıxarış ləğv edilmiş, cavabdeh X6 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi paylı mülkiyyətdə olan ünvan 1i ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinə dair 01 fevral 2022-ci il tarixli, 4Ə-119 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarışın ləğv edilməsi və Cavabdeh2 torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməlidir. Ancaq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 adına tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, artıq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarış mövcud deyildir. Göründüyü kimi iddiaçıların Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışın ləğv edilməsi üçün göstərdikləri dəlillər həqiqəti əks etdirmir. Belə ki, onlar həmin çıxarışın ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Ona görə də iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə müvafiq olaraq iddia qismən təmin edilməsinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edərək torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası qismən təmin olunsun.
1. Cavabdeh1 adına tərtib edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışa əsasən mülkiyyətində ünvan 1i ərazisində yerləşən 0,03 hektar həyətyanı torpaq sahəsini Cavabdeh2 satmasına dair 01 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin.
2. Cavabdeh2 mülkiyyətində ünvan 1i ərazisində yaşayış mənətəqələri torpaqları kateqoriyasına aid 0,03 hektar həyətyanı torpaq sahəsinə dair olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 17 mart 2022-ci il olan Çıxarış ləğv edilsin, Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılsın.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 ödənilsin. 4.İddia Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********67, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 yanvar 2009-cu il olan Çıxarışın ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov.