Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-472/2023 14.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakım Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın ada qeydiyyata alınması tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 14 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə əmlakın ada qeydiyyata alınması barədə iddia qaldıraraq Cavabdeh ilə aralarında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl şəhərində yerləşən Cavabdeh mülkiyyətində olan JN-0009 saylı, KOD ********* saylı dövlət aktı ilə məyyən edilmiş 0.25 ha torpaq sahəsinin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, nümayəndəsi olduğu atası İddiaçı Göygöl rayonu Qızılqaya qəsəbəsi ərazisində yerləşən və JN 0009 saylı, KOD 50806088 saylı dövlət aktı ilə müəyyən edilmiş 0.25 ha torpaq sahəsini xx.xx.2004-cü il tarixdə Cavabdeh 8000 ABŞ dollarına almışdır. Torpaq sahəsinin hüquqi sənədlərinin hazırlanmasına vaxt tələb edildiyindən alqı-satqı müqaviləsini notariatda təsdiqlətməyi sonraya saxlamışlar. xx.xx.2006-cı il tarixdə cavabdeh Orucov X6 Əşrəfovun atası X11 alqı satqını rəsmiləşdirmək üçün xx.xx.2019-cu il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, lakin alqı satqını rəsmıləşdirmək üçün sənədlərini təqdim etmədiyindən sənədləşmə işləri apara bilməmişlər və etibarnamənin müddəti ötmüşdür. Beləliklə həmin torpaq sahəsi 2004-cü ilin oktyabr ayından onun istifadəsində olmasına baxmayaraq cavabdeh notariat kontoruna gedib alqı satqını rəsmiləşdirməmişdir.Cavabdeh könüllü olaraq alqı-satqını rəsmıləşdirmədiyindən iddiaçı həmin iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddianın təmin edilərək Cavabdeh ilə aralarında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl şəhərində yerləşən Cavabdeh mülkiyyətində olan JN-0009 saylı, KOD ********* saylı dövlət aktı ilə məyyən edilmiş 0.25 ha torpaq sahəsinin adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş edir. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2004-cü ilin oktyabr ayında Orucov X8 rayonu Qızılqaya qəsəbəsi ərazisində yerləşən 0.25 ha torpaq sahəsini İddiaçı 8000 ABŞ dollarına satıb elə həmin vaxt pulu götürüb torpaq sahəsini İnqilaba təhvil vermişdir. Həmin alqı-satqı zamanı o da iştirak etmiş və tərtib olunmuş akta imza etmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, mübahisəli torpaq sahəsini 2004cü ildə İddiaçı Cavabdeh 8000 ABŞ dollarına almış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0009 saylı, KOD ********* saylı Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Bələdiyyəsinin 20 sentyabr 2003-cü il tarixli 18 saylı qərarı ilə Göygöl şəhəri ərazisində yerləşən tikinti və yaşıllaşdırma məqsədi ilə Cavabdeh mülkiyyətinə 0,25 ha torpaq sahəsi verilmişdir. İşdə olan aktda Cavabdeh özünə məxsus olan Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən JN-0009 saylı, KOD ********* saylı Dövlət Aktı ilə müəyyən edilmiş 0.25 ha torpaq sahəsini xx.xx.2004-cü ildə 8000 (səkkiz min ABŞ) Amerika dollarına X2 iştirakı ilə Xanlar rayon Aşıq Şəmşir küçəsi ev 22-də yaşayan İddiaçı satdığı göstərilmiş, aktın doğruluğu hər iki tərəfin və Şəmşir Tanırverdiyevin imzaları ilə təsdiqlənmişdir. İşdə olan ƏN-İ seriyalı 074035 nömrəli Kəlbəcər rayon dövlət Notariat kontoru tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş etibarnamədən görünür ki, Cavabdeh JN-0009 saylı, KOD ********* saylı Dövlət Aktında göstərilən Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinə dair X11 xx.xx.2019-cu il tarixə qədər qüvvədə olan etibarnamə vermişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Ermənustan. Vardenis rayonu Zod kəndində anadan olmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmədə müəyyən olur ki, Cavabdeh mülkiyyətində olan JN-0009 saylı, KOD ********* saylı Dövlət Aktında göstərilən və Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi 2004-cü ilin oktyabr ayında İddiaçı satmışdır, həmin vaxtdan torpaq sahəsi sonuncunun istifadəsindədir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən JN-0009 saylı, KOD ********* saylı dövlət aktı ilə məyyən edilmiş 0.25 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Göygöl rayonu Qızılqaya kəndi ərazisində yerləşən (JN-0009 saylı, KOD ********* saylı dövlət aktında göstərilən, tikinti va yaşıllaşdırma məqsədi ilə nəzərdə tutulmuş) 0.25 ha torpaq sahəsi İddiaçı adına rəsmıləşdirilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-472/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-472/2023
14.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver