Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-487/2025 29.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X8 22 mart 1972-ci il tarixdə Göygöl rayon Haçaqaya kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə X13 adlı bacısı doğulmuş və bir neçə aydan sonra, yəni 22 mart 1972-ci il tarixdə vəfat etmişdir. X17 mərhum atası X5 və X6 birgə nikahından doğulmuşdur. Bacısı Qəribəyə doğum şəhadətnaməsi alınsa da vəfat edəndən sonra ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda valideyinlərindən miras əmlak qalmış, bacısı Qəribənin adı birinci növbə vərəsə olaraq sənədlərdə olduğu üçün və ölüm şəhadətnaməsi olmadığı üçün o və birinci növbə olan digər vərəsələr vərəsəlik hüquqlarını həyata keçirə bilmirlər. O, X17ya ölüm şəhadətnaməsinin verilməsi üçün Qeydiyyat orqanına müraciət etmiş, ölüm akt qeyd aparılmadığı üçün ölüm şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ona görə də mərhum X17ya ölüm şəhadətnaməsi alınması üçün ölüm faktı müəyyən olunmalıdır. Qeyd olunan faktı məhkəməyə gətirəcəyi şahidlər Şahid1 və Şahid2 təsdiq edəcəklər. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, hazırda onlar üç qardaş iki bacıdırlar. Mərhum atası X11, mərhum anası X12 vəfat etmişdir. X10 bacısı olmuşdur. Həmçinin Arzu adlı qardaşı da vəfat etmişdir. O, mərhum bacısı X2 dünyaya gəlmişdir. Mərhum bacısı Göygöl rayonu Haçaqaya kəndindəki köhnə qəbiristanlıqda dəfn edilmiş, həmin qəbirlərin çoxu isə hazırda uçmuşdur. Valideynləri mərhum bacısının Novruz bayramı vaxtı, mart ayının 22-də vəfat etdiyini onlara söyləmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi xalasıdır. Onun Sahibə adlı bacısı olmuş, bacısının yoldaşı Əziz isə bibisi oğlu olmuşdur. X1 yeddi uşağı olmuş, onlardan ikisi vəfat etmiş, beşi isə həyatdadır. Mərhum bacısının Arzu adında mərhum oğlu dünyaya gələn zaman azyaşlı olduğu üçün ölən uşaqlardan Arzu adlı şəxsi xatırlamır, lakin X3 1971-1972-ci illərdə Novruz bayramı ərəfələrində vəfat etdiyini xatırlayır, lakin hansı gündə öldüyü yadında deyil. O, həmin uşağın saxlanılmasında X19yə köməklik etmişdir. X3 anidən qızdırma nəticəsində vəfat etdiyini xatırlayır. Mərhum bacısı X12 ürək xəstəliyindən vəfat etmişdir. Mərhum bacısı ünvan 2ində vəfat etmişdir. Əmiraslanova Qəribə vəfat edərkən 9-10 aylığında uşaq olmuşdur. Mərhum bacısının hazırda həyatda olan övladları arasında heç bir mübahisə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi atası X11 onun yoldaşının əmisi oğlu olmuşdur. Həmçinin onlar bir-biri ilə qonşu olmuşlar. Mərhumun uşaqlarından ikisi vəfat etmiş, hazırda üç oğlu, iki qızı həyatdadırlar. O, X8 qızdırmadan öldüyünü qayınanasından eşitmişdir. Mərhum ünvan 2ində, yaşadıqları yerdə vəfat etmişdir. Mərhumun mart ayında Novruz bayramı ərəfəsində vəfat etdiyini söyləmişlər. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. Göygöl rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.1971-ci ildə Göygöl rayonu Haçaqaya kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1971-ci il tarixdə Göygöl rayon Balçılı kənd İcra Nümayəndəliyində 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. (atası X11, anası isə X9r) Göygöl rayon Qırıqlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2024cü il tarixli, AZ-İİ seriyalı 400989 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 noyabr 2021-ci ildə ünvan 2ində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin noyabr ayının 29-u günündə 15 nömrəli qeyd aparılmışdır. Xanlar rayon Qırıxlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2007-ci il tarixli, AZ-İ seriyalı 232691 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 avqust 2007-ci ildə Xanlar rayonunun Sərkarlı kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin avqust ayının 07-si günündə 04 nömrəli qeyd aparılmışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş X8 ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göygöl RİHB-nin Qırıqlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, mərhum atası X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür və ölən günədək ünvan 2i ünvanında yaşamışlar. Mərhumun arvadı Sahibə Abbas qızı isə xx.xx.2007-ci ildə vəfat etmişdir. Hazırda mərhumun ailə üzvlərindən xx.xx.1969-cu il təvəllüdlü Hüseynova (Əmiraslanova) Sənubər Əziz qızı, xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi, xx.xx.1976-cı il təvəllüdlü İsayeva (Əmiraslanova) Nübar Əziz qızı, xx.xx.1978-ci il təvəllüdlü X15 və xx.xx.1980-ci il təvəllüdlü X16 həyatdadırlar. 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/207384-24 nömrəli arayışdan görünür ki, Göygöl rayonu Haçaqaya kəndində anadan olmuş xx.xx.1944-cü il təvəllüdlü X5 ailə üzvləri xx.xx.1950-ci il təvəllüdlü arvadı X12 (xx.xx.2007-ci ildə vəfat etmişdir), xx.xx.1968-ci il təvəllüdlü X20 (xx.xx.1969-cu ildə vəfat etmişdir), xx.xx.1969-cu il təvəllüdlü Hüseynova (Əmiraslanova) Sənubər Əziz qızı, xx.xx.1971-ci il təvəllüdlü X13, xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi, xx.xx.1976-cı il təvəllüdlü İsayeva (Əmiraslanova) Nübar Əziz qızı, xx.xx.1978-ci il təvəllüdlü X15 və xx.xx.1980-ci il təvəllüdlü X4. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X26 17 fevral 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 xx.xx.1972-ci il tarixdə vəfat etməsi ilə bağlı “Göygöl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs (keçmiş Xanlar Rayon Mərkəzi Xəstəxanası) tərəfindən ölüm haqqında tibbi arayışın verilməsi, həmçinin bununla bağlı müraciət olunub-olunmaması barədə arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. İş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.1971-ci il təvəllüdlü X13 1972-ci ilin mart ayında Göygöl rayonu Haçaqaya kəndi qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt mərhumun ölməsi barədə qeyd aparılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun qardaşı olan ərizəçiyə vərəsəlik işi üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyrimümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X8 ölməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X8 ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.1971-ci il tarixdə Göygöl rayonu Haçaqay kəndində doğulmuş X8 1972-ci ilin mart ayında Göygöl rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-487/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-487/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver