Məhkəmə qərarları › İş №2(066)-50/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-50/2025

02.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-50/2025 02.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Topalhəsənli kəndində (yeni qaydalarla: ünvan 1) yerləşən fərdi yaşayış evində olan ½ hissə payının naturada ayrılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı Göygöl rayonu, Topalhəsənli kəndində (yeni qaydalarla: ünvan 1) yerləşən fərdi yaşayış evinin ½ hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Paylı mülkiyyətdə olmasına baxmayaraq, o öz istifadəsində olan hissəni faktiki olaraq digər mülkiyyətçidən ayırmışdır. Lakin buna baxmayaraq hazırda digər mülkiyyətçi ilə münasibətləri yaxşı olmadığına görə aralarında tez-tez söz-söhbət olur və nəticədə mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Ona görə də sözügedən fərdi yaşayış evində olan ½ hissə payının naturada ayrılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Göygöl rayonu, Topalhəsənli kəndində (yeni qaydalarla: ünvan 1) yerləşən fərdi yaşayış evində olan ½ hissə payının naturada ayrılması üçün məhkəməyə müraciət etməyi qanunun müddəalarına tam müvafiqdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ekspert rəyini və məhkəmə bildirişini almışdır. O ona verilmiş hissənin onda olmasını istəyir. Lakin qarşı tərəf məhkəməyə gəlmir və bununla razılaşmır. Əlavə olaraq bildirdi ki, qeyd olunan ev Göygöl rayonu, Topalhəsənli kəndində 0.12 ha torpaq sahəsində yerləşir və ümumi sahəsi 272,6 kvm-dir. Həyətdə A və B olmaqla iki tikili vardır. O həmin tikililərdən B-tikilisində yaşayır, B-tikilisi iki mərtəbə olmaqla iki otaq aşağıda iki otaq isə yuxarı mərtəbədə yerləşir və hər ikisinin qarşısında aynəbənd vardır. Qardaşı isə Atikilisində yaşayır. Atası 12 sotun 6 sot torpağını vermiş, tikilini isə onun özü tikmişdir. Sadəcə qardaşı razılaşmır və hər iki tikilinin ona məxsus olmasını bildirir. B-tikilisi onun öz evidir və həmin evi öz xərci ilə tikdirmişdir. Sadəcə atası ona həmin yerdən 6 sot torpaq vermiş və bununla bağlı arxiv sənədlərini də almışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********25-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Topalhəsənli kəndi, ev- yeni qaydalarla: AZ2526, ünvan 1 ünvanında 0.12 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən 272.6 kvm fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-4699/2025 saylı məktubdan görünür ki, İddiaçı “paylı mülkiyyətindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə mütəxəssis rəyinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, bildirilir ki, 2(066)-50/2025 nömrəli mülki iş üzrə tərəflərindən mübahisəli daşınmaz əmlak obyektinə (torpaq sahəsi və tikili) baxış keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınmış **********25-1031 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylı mülkiyyətlərində olan 0.12 ha (1200.0 kv.m) torpaq sahəsinin 578.5 kv.m hissəsi faktiki olaraq İddiaçı, 621.5 kv.m hissəsi isə faktiki olaraq Cavabdeh istifadəsində olmaqla, daş hasarla sərhədlənmişdir. Hər iki mülkiyyətçinin ayrı-ayrı faktiki istifadəsində olan torpaq sahələrininə ayrı-ayrılıqda faktiki olaraq giriş-çıxış yolları mövcuddur. **********25-1031 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın texniki pasportuna əsasən hər iki mülkiyyətçinin ½ hissədə paylı mülkiyyətlərində olan A və B literli fərdi yaşayış evlərindən A literli fərdi yaşayış evi faktiki olaraq Cavabdeh, B literli fərdi yaşayış evi isə İddiaçı faktiki istifadəsindədir. Qeyd olunan hallar səbəbindən, sözügedən torpaq sahəsinin **********25- 1031 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətçilərin ½ hissədə payına uyğun naturada real bölgüsü mümkün deyildir. “Məhkəmə aktlarının elektron bazasından” əldə edilməklə iş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-271/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi qismən- İddiaçı və Cavabdeh mərhum X3 qanun üzrə vərəsələri hesab edilməsi, ½ hissəsi X3 mülkiyyətində olmuş ev (X4 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh aralarında ½ hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşən, X4 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasportda göstərilən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B» fərdi yaşayış evləri üzərində qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “Məhkəmə aktlarının elektron bazasından” əldə edilməklə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2509/2023 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-271/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli, 10/4091 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********425-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 may 2024-cü il olan çıxarışdan qeyd edilən ünvan 2 ünvanında, 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evlərinin sərhədləri və döngə nöqtələri iş materialına əlavə olunmuş texniki pasportun məlumatlarında ətraflı göstərilmişdir (i.v.7-11). ünvan 2 ünvanında yerləşən torpaq sahəsində yerləşən paylı mülkiyyətdə olan “A” və “B” literli yaşayış evlərinin təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun şəkildə (A literl yaşayış evinin ümümi sahəsi 140,4 m2 və B literli yaşayış evinin ümümi sahəsi 177,6 m2 olduğundan ) 1/2 paylarına uyğun şəkildə iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyа «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiya Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X6 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982- ci il tarixli qərarı, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-271/2023 saylı qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi qismən- İddiaçı və Cavabdeh mərhum X3 qanun üzrə vərəsələri hesab edilməsi, ½ hissəsi X3 mülkiyyətində olmuş ev (X4 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh aralarında ½ hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddia tələbinin qismən təmin edilmiş, JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşən, X4 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasportda göstərilən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B» fərdi yaşayış evləri üzərində qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********25-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Göygöl rayonu, Topalhəsənli kəndi, ev- yeni qaydalarla: AZ2526, ünvan 1 ünvanında 0.12 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən 272.6 kvm fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Topalhəsənli kəndində (yeni qaydalarla: ünvan 1) yerləşən fərdi yaşayış evində olan ½ hissə payının naturada ayrılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli, 10/4091 nömrəli ekspert rəyində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********425-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 may 2024-cü il olan çıxarışdan qeyd edilən ünvan 2 ünvanında, 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evlərinin sərhədləri və döngə nöqtələri iş materialına əlavə olunmuş texniki pasportun məlumatlarında ətraflı göstərilmişdir (i.v.7-11). ünvan 2 ünvanında yerləşən torpaq sahəsində yerləşən paylı mülkiyyətdə olan “A” və “B” literli yaşayış evlərinin təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun şəkildə (A literl yaşayış evinin ümümi sahəsi 140,4 m2 və B literli yaşayış evinin ümümi sahəsi 177,6 m2 olduğundan ) 1/2 paylarına uyğun şəkildə iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli, 10/4091 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********425-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 may 2024-cü il olan çıxarışdan qeyd edilən ünvan 2 ünvanında, 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evlərinin sərhədləri və döngə nöqtələri iş materialına əlavə olunmuş texniki pasportun məlumatlarında ətraflı göstərilmişdir (i.v.7-11). ünvan 2 ünvanında yerləşən torpaq sahəsində yerləşən paylı mülkiyyətdə olan “A” və “B” literli yaşayış evlərinin təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun şəkildə (A literl yaşayış evinin ümümi sahəsi 140,4 m2 və B literli yaşayış evinin ümümi sahəsi 177,6 m2 olduğundan ) 1/2 paylarına uyğun şəkildə iki hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin iddia tələbi təmin edilmədiyindən İddiaçı 100 (bir yüz) manat ekspertiza tədqiqatlarının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı 100 (bir yüz) manat ekspertiza tədqiqatlarının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar