Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-553/2025 02.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fərhad qızına qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh Fərhad qızına qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərhad qızına məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən evdən ona məxsus 600 manat dəyərində 1 ədə boz və gümüşü rəngli, LG markalı paltaryuyanın (Cənubi Koreya-6kq), 250 manat dəyərində 1 ədəd qara rəngli, 82 dioqanal, LG markalı televizorun (Cənubi Koreya), 20 manat dəyərində 1 ədəd qara rəngli televizor stendinin (Türkiyə istehsalı), 600 manat dəyərində 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya), 35 manat dəyərində 1 ədəd qara rəngli Braun markalı fenin (Almaniya istehsalı), 35 manat dəyərində 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı), 40 manat dəyərində 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı), 35 manat dəyərində 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı), 30 manat dəyərində 1 ədəd ağ-bənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı), 320 manat dəyərində 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonun (Cənubi Koreya istehsalı), 40 manat dəyərində 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnosun (Türkiyə istehsalı), 20 manat dəyərində 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayanın (Rusiya istehsalı), 25 manat dəyərində 1 ədəd 5kqlıq Furasion Foods markalı kərə yağının (rusiya istehsalı) evdən çıxarılıb ona verilməsi, əşyalar olmadığı halda onların əvəzinə 2055 (iki min əlli beş) manat və ödənilmiş 105,21 (bir yüz beş iyirmi bir qəpik) manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yuxarıda göstərilən ünvanda yerləşən ev doğma atası Mehman Nərimanova məxsusdur. X13 ilə 29 mart 2016-cı ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan onları 21 dekabr 2016-cı il təvəllüdlü X14 və 12 mart 2020-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Həyat yoldaşı ilə birgə evləri olmadığından kirayədə yaşamalı olmuşlar. Həyat yoldaşı Elşən Nürəddinzadə ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən Cavabdeh Fərhad qızına məxsus fərdi yaşayış evinə baxış aparıb kirayə götürmək qərarına gəlmişlər. 2023-cü ilin mart ayında sözü gedən evin sahibi Cavabdeh ilə şifahi müqavilə bağlayaraq əşyalarını evə gətirib orada yaşamağa başlamışlar. Həyat yoldaşı Elşən Nürəddinzadə ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq, aralarında tez-tez mübahisələr baş vermişdir. Ailə münasibətlərinin bərpası və onun Elşən Nürəddinzadə ilə barışmaları mümkün olmadığından nikahın pozulması tələbinə dair Samux Rayon Məhkəməsinə müraciət etmişdir. Ailə daxili münaqişələri yarandığından Samux rayonu, Sərkar kəndi ərazisində yerləşən doğma atası Mehman Nərimanova məxsus evə övladları ilə birgə köçmək məcburiyyətində qalmışdır. Belə ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən Cavabdeh Fərhad qızına məxsus fərdi yaşayış evinə kirayə haqqını ödəyə bilməcəyi səbəbindən sözügedən evin sahibi Cavabdeh həmin evə dəvət edərək onun evindən köçdüyünü bildirmişdir. Lakin, Cavabdeh həyat yoldaşı Elşən Nürrədinzadənin ona kirayə haqqından borclu qaldığını bildirərək ona məxsus əşyaları verməyəcəyini bildirmişdir. O cavabdehlə danışıq yolu ilə məsələni həll etməyə çalışsada onun sözlərinə əhəmiyyət verməyərək onu evindən çıxarmışdır. Bundan sonra dəfələrlə cavabdeh ilə dialoq qurmaq istəsədə heç bir nəticə verməmiş, əksinə onu təhqir edərək xahişini rədd etmişdir. Vəziyyətin bu cür cərəyan etdiyini görüb DİN-nin “102” qaynar xəttinə zəng etmiş və Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gedib ərizə və izahat vermişdir. Həmin polis şöbəsindən ona bu məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini bildirmişlər. Cavabdeh Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən Cavabdeh məxsus evdən ona məxsus əşyalarının çıxarmağını dəfələrlə xahiş etməsinə baxmayaraq əşyalarını götürməyinə imtina etmişdir. Həmin əşyalar 1 ədəd boz və gümüşü rəngli, LG markalı paltaryuyandan (Cənubi Koreya, 6 kq)-600 manat; 1 ədəd qara rəngli, 82 diaqonal, “LG” markalı televizordan (Cənubi Koreya)- 250 manat; 1 ədəd qara rəngli, televizor stendindən (Türkiyə istehsalı) -20 manat; 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducudan (İtaliya)-600 manat; 1 ədəd qara rəngli Braun markalı fendən (Almaniya)-35 manat; 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatından (Türkiyə istehsalı) -35 manat; 2 ədəd xrustal qənd qabından 86-2365 Belle markalı (Çin istehsalı)- 40 manat; 1 ədəd mikser dəstindən (Evroluks markalı, Almaniya istehsalı)-35 manat; 1 ədəd ağ-bənövşəyi rəngli, Tefal markalı ütüdən (Fransa istehsalı)-30 manat; 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı telefondan (Cənubi Koreya istehsalı)-320 manat; 2 ədəd gümüşü rəngli, dördkünc formalı padnosdan X27 markalı (Türkiyə istehsalı)-40; 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayandan (Rusiya istehsalı)-20; 1 ədəd narıncı-qara rəngli, Venols markalı elektron tərəzidən (Türkiyə istehsalı) -5 manat; 1 ədəd 5 kq-lıq Furasian Foods markalı kərə yağından (rusiya istehsalı)-25 manat ibarətdir. Bundan əlavə, X13 ilə aralarında bağlanmış nikah haqqında şəhadətnamə, onun Gəncə Humanitar koleccində təhsil almağı barədə diplom, X5 anadan olması barədə şəhadətnamə, X4 anadan olması barədə şəhadətnamə, onun adına olan Gəncə Humanitar koleccinin tələbə bileti, X6 anadan olması barədə şəhadətnamə, onun, yəni İddiaçı anadan olması barədə şəhadətnamə, X5 və X4 şəxsiyyət vəsiqələri, X5 və X4 sağlamlıqları barədə kitabçalar Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən Cavabdeh məxsus evdə saxlamışdır. Əşyaların adlarını və sayını bilmədiyindən bəzilərini qeyd etməmişdir. Eyni zamanda bildirir ki, o və ailə üzvlərinə məxsus sənədlər cavabdehin evində saxlanılmışdır, sənədlərini götürməyə icazə verməmişdir. Cavabdeh ona məxsus olan əşyaları girov saxlayır və bu da onun əşyalarından istifadə etmək hüququnu məhdudlaşdırır. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşmə barədə ərizə verərək iddia ərizəsində göstərilən məhsul və avadanlıqların mütəxəssis rəyinə uyğun olaraq müəyyən edilməsi və həmin əşyalar üçün 2155 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini, həmçinin ödədiyi 105,21 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı məhkəməyə vəsatət təqdim edərək, cehiz əşyalarının qiymətləndirilməsi barədə "xxxx" MMC tərərfindən mütəxəssis rəyi verilməsini, sözü gedən mütəxəssis rəyi üçün 120 manat ödəniş etməsinin nəzərə alınaraq Cavabdeh Fərhad qızından ona məxsus cehiz əşyalarının qiymətləndirilməsi üçün ödədiyi 120 (bir yüz iyirmi) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Fərhad qızı məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Fərhad qızı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin mart ayında Göygöl rayonu Topalhəsənli kəndində yaşayan X13 və onun həyat yoldaşı İddiaçı ilə şifai müqavilə bağlayaraq Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 ətrafında yerləşən fərdi yaşayış evimi kirayə vermiş, həmin müqaviləyə əsasən cavabdehlər hər ay 200 manat ödəməli olduğu öhtəliyi üzərlərinə götürmüşlər. Sonra 3-ay kirayə pulunu ödəməmişlər və 600 manat borcları yığılmışdır. Həmin vaxtlar o evə baxış keçirən zaman ona məxsus əşyaların oğurlanması faktı, həmçinin evin şüşələrini, mətbəxin oboyunu, balkonun məhcərəsini yararsız hala salaraq, su motorunun yandırmalarını, həmçinin suya, qaza və işığa 225 manatdan artıq borc saxlamalarını, bundan başqa yaşadıqları müddətdə evdə istifadə etdiyi 5-ədəd qapıları və onların qıfıllarını, 4 ədəd şüşəni sındırmalarını görmüşdür. Ümumilikdə ona kirayə yaşadıqlarına, qaza, işığa və digər vurduqları ziyan 2467 manat təşkil etmişdir. Həmin vaxtı İddiaçı və Elşən Nürəddinzadə ailə olaraq birgə evlilikləri vaxtı birlikdə istifadə etmişlər və məsuliyyət hər ikisinin üzərindədir. Eyni zamanda İddiaçı həyat yoldaşı X13 birgə evlilikləri vaxtı bir necə dəfə həmin evə oğurluğa girmiş və ona məxsus əşyaları oğurlamışdır. Bu məsələ ilə bağlı Gəncə şəhəri 1-ci polis şöbəsinə müraciət olunmuş və onun barəsində 400 manat əşyalarını oğurlaması və 300 manat dəyərində əşyaları sındırması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 227-ci və 232-1 ci maddələri ilə inzibati tədbir görülməsi üçün təhqiqatçı tərəfindən qərar qəbul edilmişdir. X25 tərəfindən 700 manat ziyan ödənilməmişdir. Bu hadisədən sonra Elşən Nürəddinzadə həmin evə müxtəlif vaxtlarda daxil olaraq oğurluq etmiş və sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ona məxsus müxtəlif ev əşyalarını oğurlayaraq cəmi 717 manat məbləğində əmlakımı talanmışdır. Bu səbəbdən də o, İddiaçı və Elşən Nürəddinzadə ailəsinə məxsus bir ədəd soyuducunu, bir ədəd televizoru və bir ədəd paltaryuyanı saxlayaraq ona dəyən ziyanın ödənilməsindən sonra verəcəyini bildirmişdir. Bununla bağlı yenidən Gəncə şəhəri 1-ci polis şöbəsinə müraciət olunmuş və təhqiqatçı tərəfindən düzgün qərar çıxarılmadığından qərarın ləğv olunmasını və oğurluq faktına dair cinayət işinin başlanmasına dair Azərbaycan Respublikasının Baş Prokuroruna ərizə ilə müraciət olunmuşdur. Bundan başqa o, İddiaçı özünə məxsus əşyalarının götürülməsinə narazı olmamış və o, özünə məxsus bütün əşyaları evdən çıxarmışdır. Həmçinin iddiaçı öz iddiasında 14 ədəd əşyaları siyahıya alaraq onun tərəfindən evdən götürülməsini və ona 2025 manat ziyan dəyməsini göstərmiş, ancaq iddiaçı qeyd olunan əşyaları onun evinə gətirərkən heç bir siyahı və akt tərtib etməmiş və onun tərəfindən heç bir öhtəlik götürülməmişdir ki, indidə həmin əmlakı təşkil edən sübutları məhkəməyə təqdim etmədən tələb edir. Yuxarıda qeyd olunan bir ədəd soyuducunu, bir ədəd televizoru və bir ədəd paltaryuyanı ona dəyən ziyanın ödənilməsi ilə bağlı saxlamasını bir daha təsdiq edir, lakin diğər əşyalardan xəbəri yoxdur və həmin əşyaların evdə olub-olmaması barədə də məlumatı olmamış, bu səbəbdən də iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalandır şər və böhtandır. Bildirir ki, İddiaçı həyat yoldaşı Elşən Nürəddinzadə həmin evə dəfələrlə oğurluğa girmiş və qeyd olunan əşyaları oğurlaması ehtimalı yaranır, onun pulunun olmayan vaxtı araq alıb içərək parklarda yatması faktını İddiaçı özüdə təsdiq edə bilər, bütün bunları nəzərə alaraq digər əşyaların da onun tərəfindən götürülməsini məqsədə müvafiq hesab edir, həmçinin iddiaçı öz iddiasını əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbini müdafiə edib göstərdi ki, 2024-cü ildə iyul ayında o, keçmiş həyat yoldaşı X13, övladları Elbrus və Əbəlfəzlə birlikdə qaynanası ilə qonşuluqda olan Cavabdeh evinə kirayəyə köçmüşlər. Sonralar həyat yoldaşı Elşən Nürəddinzadə spirtli içki aludəçisi olmuş və evə xəsarətlər yetirməyə başlamış, ev sahibi gəldikdədə evin pəncərəsində və qapısında xəsarətlər olduğunu görmüş, həmçinin Elşən əvvəllər evin zirzəmisində olan dəmirləri götürmüşdür. O Gəncə şəhərində Narınc psixologiya mərkəzində işləmiş və əri məzuniyyətdə olarkən evdə olan dəmirləri götürmüş, lakin o evdə olmadığından onun olanlardan xəbəri olmamışdır. Ev sahibi onlara evdən çıxmaq üçün 1 həftə vaxt vermiş, əri Elşən Nürəddinzadə spirtli içki qəbul edib içkili olması səbəbindən evdən çıxmayacağını bildirmişdir. Onun əri demək olar ki, 3 ay hər gün içmişdir. Onun və uşaqlarının əri Elşən Nürəddinzadənin etdiklərinə görə heç birgünahı yoxdur. Daha sonra ev sahibi gəlmiş və Elşən Nürəddinzadənin təkrar evə xəsarətlər yetirməsini görmüş və polisə şikayət etdiyindən polis əməkdaşları gələrək, onu aparmışlar. Həmin vaxt ora gələn polis əməkdaşları Cavabdeh onun gecə evdə qalması üçün bildimişlər, lakin Cavabdeh buna razı olmamış və ondan evin açarını istəmiş və ona nə vaxt istəsə gəlib veşlərini götürə biləcəyini bildirmiş, bu səbəbdən də o evin açarını Cavabdeh vermişdir. Həmin vaxt o və uşaqları yalnız bir dəst paltar götürmüş və geri qalan bütün hər şey (əşya, sənədlər, geyimlər və.s) Cavabdeh məxsus evdə qalmışdır. Bundan sonra onun valideyinləri baş verən hadisələri bildikdən sonra Cavabdeh zəng vuraraq probleminin Elşən Nürəddinzadə ilə həll etməsini və onun əşyalarını verməsini bildirmiş, Cavabdeh əşyaları verəcəyini bildirmiş lakin onları bur gün sabah aldadaraq əşyalarını verməmişdir. Bu müddət ərzində Elşən Nürəddinzadə işlədiyi hərbi hissədən içki aludəçisi olduğundan və Cavabdeh onun işlədiyi yerə gedərək səs-küy salması səbəbindən işdən azad edilmişdir. Bundan sonra Elşən Nürəddinzadəni tapa bilməmişlər və hazırda o içki aludəçisi olmaqla tüfeyli həyat tərzi sürür və müxtəlif yerlərdə yatır. Bundan sonra o, Cavabdeh məhkəməyə vermiş və iş məhkəmədə olarkən işə baxmış hakim Mübariz Məmmədov onlara öz aralarında razılaşmalarını bildirmiş, bundan sonra xx.xx.2025-ci il tarixdə sahə rəisinin iştirakı ilə əşyalar çıxarılarkən müəyyən əşyaların olmamasını görmüş və həmin vaxt bildirmişdir. Həmin vaxt cavabdehə məxsus evdən bəzi əşyalarını götürərkən sənəd tərtib edilməmişdir. Onun bütün əşyaları cavabdehə məxsus evdə qalmış, həmin evdə qalmış onun cehizi olan bəzi əşyalardan bəzilərini o demək olar ki, istifadə etməmiş, hətda iddia ərizəsində göstərmiş olduğu badnusların selefonda olmuşdur. Əlavə olaraq bildirdi ki, onlar 2023-cü ilin mart ayının 6-10 u arası Cavabdeh məxsus evə, əri və uşaqları ilə köçmüş, həmin evdən 2024-cü ilin iyun və ya iyul ayında çıxmışdır. Əvvəllər onlar 150 manat kirayə vermiş, daha sonra isə kirayə haqqını artırmışlar. Kirayə haqqını onun əri Elşən Nürəddinzadə ödəmiş, onun kirayə haqqı barədə məlumatı olmamışdır. Onlar evdən çıxmadan bir həftə əvvəl ev sahibi gəlib evdə xəsarətlər görmüş, həmçinin Elşən Nürəddinzadənin zirzəmidən və evin həyətindən oğurluq etməsi səbəbindən onlara evdən çıxmalarını bildirmişlər. Onlar evdən polislə çıxmış və evdən çıxarkən mobil telefonu cavabdeh özü götürmüşdür ki, Elşən Nürəddinzadə nə vaxt pulu qaytararsa telefonu qaytaracaqdır. O evdən çıxarkən iddia ərizəsində göstərmiş olduğu əşyalar evdə olmuşdur. Onların yaşadıqları cavabdehə məxsus evdə krosnu aparatı və digər əşyaların hər biri olmuşdur. Onlar gecə saatlarında Cavabdeh tərəfindən evdən çıxarılmışlar. Onların evdən çıxarılma səbəbi keçmiş əri Elşən Nürəddinzadənin oğurluq etməsi və evin müxtəlif yerlərinə xəsarət yetirməsi olmuşdur. Onların nikahları Samux Rayon Məhkəməsində pozulmuşdur. Məhkəmədən iddianın təmin edilməsini və Cavabdeh Fərhad qızından 600 manat dəyərində 1 ədəd boz və gümüşü rəngli, LG markalı paltaryuyan (Cənubi Koreya, 6 kq), 250 manat dəyərində 1 ədəd qara rəngli, 82 diaqonal, “LG” markalı televizor (Cənubi Koreya), 30 manat dəyərində 1 ədəd qara rəngli, televizor stendi (Türkiyə istehsalı), 700 manat dəyərində 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya), 40 manat dəyərində 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı), 50 manat dəyərində 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı), 35 manat dəyərində 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı), 35 manat dəyərində 1 ədəd ağ-bənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı), 330 manat dəyərində 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonu (Cənubi Koreya istehsalı), 40 manat dəyərində 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnos (Türkiyə istehsalı), 15 manat dəyərində 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayan (Rusiya istehsalı) əşyalar-həmin əşyaların naturada alınması mümkün olmadıqda isə cəmi dəyəri 2155 (iki min yüz əlli beş) manat, məhkəmə xərci olaraq 105.21 (bir yüz beş manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, İddiaçı gəlinləri olmuş, Cavabdeh Fərhad qızı isə qonşularıdır. İddiaçı əri Elşən Nürəddinzadə onun qardaşıdır. İddiaçı məxsus cehiz və digər veşləri təxminən 2-3 il bundan əvvəl o, qardaşı Elşən və qonşuları olan Sərxanla birlikdə Cavabdeh Fərhad qızına məxsus Gəncə şəhəri Gülütsan qəsəbəsində yerləşən evinə aparmışlar. Bundan sonra onun qardaşı və ailəsi evdən çıxmış, belə ki qardaşı evdən dəmir əşyaları götürüb satmış bu səbəbdən onlar kirayədən çıxarkən onların əşyalarını verməmişlər, bundan sonra veşlərin bəziləri geri qaytarılsa da soyuducu, paltaryuyan, telefon, fen və.s kimi əşyalar orada qalmışdır. Belə ki, Cavabdeh Fərhad qızı telefonu və digər veşləri saxlamışdır ki, kirayənin pulunu verin verşləri qaytaraq, həmçinin qardaşının həmin evdən dəmir götürməsi üçün onun barəsində şikayət etmişlər. Əlavə olaraq bildirdi ki, cehizlərin aparılmasında o iştirak etmiş, lakin cehizlərin çıxarılmasında iştirak etməmişdir. Cavabdeh Fərhad qızı onların qonşuları olmaqla, əşyaları oğurluğa görə saxlamasını və onun pulu verildikdən sonra əşyaları verəcəyini bildirmişdir. Ona Cavabdeh Fərhad qızının özü demişdir ki, əgər kirayə haqqı və oğurlanan dəmirlərin pulu verilməsə əşyaları verməyəcək. Cavabdeh Məhərrəmova X23 şəhəri Gülüstan qəsəbəsində olan evdən İddiaçı məxsus əşyaları Göygöl rayon Topalhəsənli kəndinə apararkən o özü görmüş, belə ki Cavabdeh Fərhad qızı İddiaçı məxsus soyuducu, paltaryuyan və.s kimi əşyaları yük avtomobilə ilə aparmış və həmin yük avtomobilinin sürücü də bunu qəbul etmişdir. Qardaşına məxsus evdə krosnu bloku olmuşdur. Yanvar ayında əşyaların bir qismi götürülərkən o iştirak etməmişdir. Hazırda qeyd olunan əşyalar Cavabdeh Fərhad qızına məxsus evdədir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbləri barədə məlumat veməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh Fərhad qızı iddia tələbini qəbul etməyərək izhatında göstərdi ki, İddiaçı öz razılığı ilə çıxmış, iddiaçı evdən çıxanda siyahı ilə ona əşyaları təqdim edilmiş, hazırda onlarda iddiaçıya məxsus soyuducu, televizor və paltaryuyan maşın qalmış, digər əşyaları isə iddiaçı aparmışdır. İddia ərizəsində göstərilən əşyalardan hazırda yalnız onlarda soyuducu, televizor və paltaryuyan maşın qalmışdır. Məhkəmə iş üzrə iddiaçının və şahidin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0361 saylı rəydən görünür ki, İddiaçı yazılı sorğusuna əsasən tərəfindən təqdim olunan siyahıda göstərilən mebel, məişət və elektrik avadanlıqlarının xx.xx.2024-cü il tarixinə olan bazar qiyməti: 1) 1 ədəd boz və gümüşü rəngli, LG markalı paltaryuyan (Cənubi Koreya, 6 kq) - 600 manat; 2) 1 ədəd qara rəngli, 82 diaqonal, “LG” markalı televizor (Cənubi Koreya) - 250 manat; 3) 1 ədəd qara rəngli, televizor stendi (Türkiyə istehsalı) - 30 manat; 4) 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya) - 700 manat; 5) 1 ədəd qara rəngli Braun markalı fen (Almaniya) – 30 manat; 6) 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı) - 40 manat; 7) 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı) -50 manat; 8) 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı) - 35 manat; 9) 1 ədəd ağbənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı) - 35 manat; 10) 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonu (Cənubi Koreya istehsalı) - 330 manat; 11) 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnos (Türkiyə istehsalı) -40 manat; 12) 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayan (Rusiya istehsalı) - 15 manat, ümumilikdə siyahıda qeyd olunan əşyaların bazar qiyməti 2155 (iki min yüz əlli beş) manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (VÖEN **********) tərərfindən verilmiş xx.xx.2025-ci il tarixli, 031867 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı qiymətləndirmə rəyi üçün 120 (bir yüz iyirmi) manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.2016-cı il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 32 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlnamasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X3 rayon Topalhəsənli kəndində yaşayan X7 məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsi 8-ci küçədə yerləşən evindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan vaxt aralığında evindən təxminən 400 manat dəyərində dəmir boruları oğurlamaqla Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun hərbiçi olduğundan X13 barəsində AR İXM-in 227-ci maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın sürətinin Gəncə şəhər Hərbi Prokurorluğuna, X2 Təkmuraz Taleh oğluna məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsi 8-ci küçədə yerləşən evinin giriş qapısının qıfılını, 3 ədəd şüşəni, 1 ədəd pəncərəsinin şüşəsini, taxta qapıların üzərində olan taxta parçasını sındırmaqla Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun hərbiçi olduğundan X13 barəsində AR İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat başlanması məsələsinə baxılması üçün qərarın sürətinin Gəncə Şəhər Hərbi Prokurorluğuna göndərilməsi, qərarın sürətinin məlumat üçün Gəncə şəhər prokuroruna göndərilməsi, qərarın sürətinin məlumat üçün vət. X7 və Cavabdeh Fərhda qızına göndərilməsi, qərardan narazı olduqda prokurora, məhkəməyə şikayət etmək hüququnun onlara izah olunması və materialın saxlanması üçün Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlnamasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/61 saylı toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin nəzarət və məlumat üçün Gəncə şəhər prokurorluğuna göndərilməsi, qərarın sürətinin maraqlı tərəflərə göndərilməsi və ona qərardan narazı olduqda prokurora, məhkəməyə müraciət etmək hüququnun izah edilməsi və materialın saxlanması üçün Gəncə şəhər 1-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlaamasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Material üzrə araşdırma zamanı izahatı alınmış vət. Cavabdeh Fərhad qızı izahatında bildirmişdir ki, X8 uzun illərdir ki, tanıyır. Elşənlə valideynləri ilə əvvəlcə Göygöl rayonu Topalhəsənli kəndində, daha sonra Gəncə şəhəri Gülüstan qəsəbəsində qonşu olmuşlar. Onun Gəncə şəhəri Gülüstan qəsəbəsində Qərargah yolunda 8-ci küçədə məhlə evi vardır. Həmin evirni 2023-cü ilin mart ayından X1 vermişdir. Elşən son iki ayın kirayə haqqını verməmişdir. xx.xx.2024-cü il tarixdə isə Elşənin həyətindən oğurluq etdiyini aşkar edib polisə şikayət etmiş, Elşəni evdən çıxartmışdır. Lakin əşyaları evində qalmış, ona olan 400 manat borcunu qaytaran zaman gəlib əşyalarını aparmağını demişdir. xx.xx.2024-cü ii tarixdə gecə saat 01:30 radələrində evinə baş çəkmək üçün gələn zarnan evinin giriş qapısının qıfılının, 3 ədəd şüşəsinin, 1 ədəd pəncərəsinin şüşəsinin, taxta qapıların üzərində olan taxta parçasının sındırıldığını və ona ümumilikdə 300 manat əmlak ziyanı verildiyini aşkar etmişdir. Evə baxan zaman Elşənin ayaqqablarının olduğunu, mətbəxdə yemək bişirib yeyib qoyduğunu görmüş və evə daxil olmuş şəxsin elə Elşən olduğunu anlamışdır. Belə ki, Elşən onu evdən çıxartdığı üçün və qapıları bağladığı üçün evin pəncərə və qapı şüşələrini sıdırırmaqla evə daxil olmuş və evində qalmışdır. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlnamasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Araşdırma zamanı izahatı alınmış vətəndaş Cavabdeh oğlu öz izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə özü müraciət etmişdir. Rəsmi olaraq, heç-bir yerdə işləmir. Özü Göygöl rayonu, Topalhəsənli kəndində yaşasada, Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yaşayış evi vardır. Qızılqaya qəsəbəsində yerləşən evini kirayəyə verir. X15 uzun illərdir ki, Topalhəsənli kəndində qonşusu olmuşdur. Lakin onu dərindən Gəncə şəhəri, Qızılqaya qəsəbəsində qonşu olduqdan sonra tanımışdır. Onun valideynləri ilə Topalhəsənli kəndində yaxşı qonşu münasibətləri olmuşdur. Sonradan onlar Topalhəsənli kəndindən köçərək Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yaşamağa başlamışdılar. Onun Qızılqaya qəsəbəsində yerləşən evi onların evinin yaxınlığındadır. xx.xx.2023-cü ilin tarixdə Elşən onun Qızılqaya qəsəbəsində yerləşən evini kirayəyə götürmək istədiyini bildirmişdir. Onunla razılaşmışdır və 180 manat qarşılığında evini Elşənə kirayəyə vermişdir. 2024-cü ilin yanvar ayına kimi 180 manat kirayə haqqı almış, lakin 2024-cü ilin yanvar ayında 200 manat verəcəyini bildirmişdir. Elşən 2024-cü ilin yanvar və fevral ayında kirayə haqqlarını versədə mart ayından kirayə haqqını verməmişdir. Bununla bağlı aralarında mübahisələr yaranmışdır. Ona müxtəlif bəhanələr bildirərək pulunu vermirdi. Dəfələrlə Elşənin onun evində oları əşyaları oğurlamasınıda aşkar etmişdir. Lakin ilk vaxtlar güzəştə gedərək polisə məlumat verməmişdir. Mart ayından kirayə pulunu vermədiyi üçün Elşən ilə aralarında olan mübahisələr artmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə oğlu Muraz həmin evə gedərkən evdə üzüm ağacının çardağının dəmirlərinin yerində olmadığını və üzüm ağacının sınaraq yerdə olduğunu görmüşdür. Oğlu Muraz ona bununla bağlı məlumat vermişdir. Oda Elşəndən boruların harada olduğunu soruşmuşdur. Həmin gün Elşən ona müxtəlif bəhanələr gətirərək, onunla daşınmamış və işə gedəcəyini bildirmişdir. Elşənin hərbiçi olduğunu bildiyi üçün onun işlədiyi hərbi hissəyə getmişdir. Elşənin komandiri ilə danışan zaman komandiri Elşənin belə işlərinin çox olduğunu, gündəlik hərbi hissəyə borc yiyələrinin gəldiyini və bununla bağlı Müdafiə Nazirliyinə məlumat verdiklərini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Elşənin həyat yoldaşı Şahnaz ona evdən çıxmaları barədə məlumat vermişdir. Oda həmin vaxt evə getmiş və evin bərbat vəziyyətdə olduğunu, pəncərələrin, qapıların dəstəklərinin, evin divarlarının sındığını görmüşdür. Bu səbəbdən əsəbləşərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat verən zaman Elşənin onun evindən üzüm çardaqlarını saxlayan dəmir borularıda oğurladığını bildirdinmişdir. Bu məlumatla əlaqədar olaraq Elşən Nurəddinzadə barəsində Gəncə şəhər 1-ci PŞ-də araşdırma aparılmışdır. Elşən və ailə üzvləri evindən çıxdıqdan sonra onların əşyalarını verməmişdir. Elşənə evinin yığılmış kommunal borclarını, evin sındırmış olduğu yerlərinin təmiri üçün noqədər pul lazımdırsa onları verib əşyalarını aparsın. İyul ayında Şahnaz ona zəng edərək, əşyaları götürmək istədiklərini bildirmişdir. Yenədə borclarını verdikdən əşyalarını verəcəyini bildirmişdir. 2024-cü ilin sentyabr ayında Şahnazın onun barəsində Göygöl rayon məhkəməsinə müraciət etdiyini bilmişdir. Məhkəmə iclası xx.xx.2024-cü il tarixdə məhkəmə ona Elşənin və həyat yoldaşının əşyalarını verməyini bildirmişdir. Həm Elşənin həmdə onun işləri olduğu üçün əşyaları 07.01,2025-ci il tarixidə verməli olmuşdur. Həmin gün saat 11:00 radələrində Şahnaz valideynləri ilə birlikdə əşyalarını götürməyə gəlmişdir. Lakin onlar əşyaları götürən zaman Şahnaz əşyalarından bəzilərinin, bir ədəd soyuducunun, bir ədəd televizorun və ədəd paltaryuyanının yerində olmadığını bildirmişdir. Oda Şahnaza bildirmişdir ki, gedib Elşəndən soruçsun. Bundan sonra Şahnaz və valideynləri çıxıb getmişdir. Oda oğlu Muraz ilə birlikdə Topalhəsənli kəndinə evinə gəlmişdir. Bir ədəd soyuducu, bir ədəd televizor, bir ədəd paltaryuyanın və digər əşyaları götürmüş və sifariş verdiyi Ford Tranzit markalı avtomobil ilə götürərək, Göygöl rayonu Topalhəsənli kəndində yerləşən evinə aparmışdır. Məhkəmə araşdırılması, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, İddiaçı X13 ilə 29 mart 2016-cı ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan onların 21 dekabr 2016-cı il təvəllüdlü X14 və 12 mart 2020-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. Onların evləri olmadığından kirayədə yaşamalı olmuşlar. İddiaçı Elşən Nürəddinzadə ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən Cavabdeh Fərhad qızına məxsus fərdi yaşayış evinə 2023-cü ilin mart ayında sözü gedən evin sahibi Cavabdeh ilə şifahi müqavilə bağlayaraq əşyalarını evə gətirib orada yaşamağa başlamışlar. İddiaçının əri X12 Nərgiz Fərhad qızına məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən fərdi yaşayış evinə içkili vəziyyətdə müxtəlif zərərlər vurmuş, uzun müddət həmin evin kirayə haqqını ödəyə bilməmiş, həmçinin Cavabdeh Fərhad qızına məxsus həmin fərdi yaşayış evinin həyətində və zirzəmisində olan dəmirləri gizli olaraq satmış, bu səbəbdən Cavabdeh Fərhad qızı ilə İddiaçı əri X6 barəsində Gəncə şəhər 1-ci PŞ-na müraciət etmiş və X8 və onun ailə üzvlərini özünə məxsus evdən çıxarmış, həmin vaxt İddiaçı və onun ailə üzvlərinə məxsus əşyaları verməmiş, İddiaçı özünə məxsus əşyaları tələb etdikdə Cavabdeh Fərhad qızı evinin yığılmış kommunal borclarını, evin sındırmış olduğu yerlərinin təmiri üçün nə qədər pul lazımdırsa onları verib əşyalarını aparmasını bildirmiş və ona məxsus əşyaları verməmişdir. Bundan sonra İddiaçı 2024-cü ildə məhkəməyə müraciət etmiş iş məhkəmənin icraatında olarkən işə baxmış məhkəmənin sabiq hakimi Mübariz Məmmədovun təklifi əsasında cavabdeh əşyaları qaytarmağa razı olmuş, İddiaçı valideyinləri ilə özünə məxsus əşyaları götürən zaman əşyalarından bəzilərinin, yerində olmadığını görmüş, əşyalarını Cavabdeh Fərhad qızından tələb etsə də cavabdeh evinin yığılmış kommunal borclarını, evin sındırmış olduğu yerlərinin təmiri üçün nə qədər pul lazımdırsa onları verib əşyalarını aparmasını bildirmiş və ona məxsus əşyaları verməkdən imtina etmişdir. Bundan sonra İddiaçı Cavabdeh Fərhad qızına qarşı “əmlak” tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərhad qızına məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən evdən ona məxsus 600 manat dəyərində 1 ədə boz və gümüşü rəngli, LG markalı paltaryuyanın (Cənubi Koreya- 6kq), 250 manat dəyərində 1 ədəd qara rəngli, 82 dioqanal, LG markalı televizorun (Cənubi Koreya), 20 manat dəyərində 1 ədəd qara rəngli televizor stendinin (Türkiyə istehsalı), 600 manat dəyərində 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya), 35 manat dəyərində 1 ədəd qara rəngli Braun markalı fenin (Almaniya istehsalı), 35 manat dəyərində 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı), 40 manat dəyərində 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı), 35 manat dəyərində 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı), 30 manat dəyərində 1 ədəd ağ-bənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı), 320 manat dəyərində 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonun (Cənubi Koreya istehsalı), 40 manat dəyərində 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnosun (Türkiyə istehsalı), 20 manat dəyərində 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayanın (Rusiya istehsalı), 25 manat dəyərində 1 ədəd 5kq-lıq Furasion Foods markalı kərə yağının (rusiya istehsalı) evdən çıxarılıb ona verilməsi, əşyalar olmadığı halda onların əvəzinə 2055 (iki min əlli beş) manat və ödənilmiş 105,21 (bir yüz beş iyirmi bir qəpik) manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşmə barədə ərizə verərək iddia ərizəsində göstərilən məhsul və avadanlıqların mütəxəssis rəyinə uyğun olaraq müəyyən edilməsi və həmin əşyalar üçün 2155 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini, həmçinin ödədiyi 105,21 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin İddiaçı məhkəməyə vəsatət təqdim edərək, cehiz əşyalarının qiymətləndirilməsi barədə "xxxx" MMC tərərfindən mütəxəssis rəyi verilməsini, sözü gedən mütəxəssis rəyi üçün 120 manat ödəniş etməsinin nəzərə alınaraq Cavabdeh Fərhad qızından ona məxsus cehiz əşyalarının qiymətləndirilməsi üçün ödədiyi 120 (bir yüz iyirmi) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini, Cavabdeh Fərhad qızından 600 manat dəyərində 1 ədəd boz və gümüşü rəngli, LG markalı paltaryuyan (Cənubi Koreya, 6 kq), 250 manat dəyərində 1 ədəd qara rəngli, 82 diaqonal, “LG” markalı televizor (Cənubi Koreya), 30 manat dəyərində 1 ədəd qara rəngli, televizor stendi (Türkiyə istehsalı), 700 manat dəyərində 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya), 40 manat dəyərində 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı), 50 manat dəyərində 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı), 35 manat dəyərində 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı), 35 manat dəyərində 1 ədəd ağbənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı), 330 manat dəyərində 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonu (Cənubi Koreya istehsalı), 40 manat dəyərində 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnos (Türkiyə istehsalı), 15 manat dəyərində 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayan (Rusiya istehsalı) əşyalar-həmin əşyaların naturada alınması mümkün olmadıqda isə cəmi dəyəri 2155 (iki min yüz əlli beş) manat, məhkəmə xərci olaraq 105.21 (bir yüz beş manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh isə məhkəməyə etiraz ərizəsi təqdim edərək və iddia tələbini qəbul etməyərək izahatında İddiaçı öz razılığı ilə evdən çıxmasını, iddiaçının evdən çıxanda siyahı ilə ona əşyalarının təqdim edilməsini, hazırda onlarda iddiaçıya məxsus soyuducu, televizor və paltaryuyan maşın qalmasını, digər əşyaları isə iddiaçının aparmasını, iddia ərizəsində göstərilən əşyalardan hazırda yalnız onlarda soyuducu, televizor və paltaryuyan maşın qalmasını göstərmişdir. Həmçinin cavabdeh Polis şöbəsində verdiyi izahatında və keçirilən məhkəmə iclasında iddiaçıya aid olan soyuducu, televizor və paltaryuyan maşının onda qalmasını və qaytarmadığını, həmin əşyaları Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən evinə aparmasını etiraf etmişdir. Belə olan halda iddia əsaslı sayılaraq təmin edilməlidir. İddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında iddia təmin edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələbdə göstərilən 600 manat dəyərində 1 ədəd boz və gümüşü rəngli, LG markalı paltaryuyan (Cənubi Koreya, 6 kq), 250 manat dəyərində 1 ədəd qara rəngli, 82 diaqonal, “LG” markalı televizor (Cənubi Koreya), 30 manat dəyərində 1 ədəd qara rəngli, televizor stendi (Türkiyə istehsalı), 700 manat dəyərində 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya), 40 manat dəyərində 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı), 50 manat dəyərində 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı), 35 manat dəyərində 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı), 35 manat dəyərində 1 ədəd ağ-bənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı), 330 manat dəyərində 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonu (Cənubi Koreya istehsalı), 40 manat dəyərində 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnos (Türkiyə istehsalı), 15 manat dəyərində 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayan (Rusiya istehsalı) əşyalar cavabdehin qismən etirafı ilə müəyyən olunur ki, cavabdehdə qalmışdır. Hazırda həmin əmlaklar iddiaçının qanuni sahibliyində olmamaqla, cavabdehin sahibliyindədir. İddiaçı öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə iddia predmeti olan əşyaların iddiaçıya məxsusluğu ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir, çünki yuxarıda qeyd edildiyi kimi, bu xüsusat cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar, iddiaçının və cavabdehin izahatı, şahidin ifadəsi ilə təsdiq olunmuş, həmçinin qeyd edilən əşlayarın dəyəri məhkəmə iclasında mübahisələndirilməmişdir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Fərhad qızından 600 manat dəyərində 1 ədəd boz və gümüşü rəngli, LG markalı paltaryuyan (Cənubi Koreya, 6 kq), 250 manat dəyərində 1 ədəd qara rəngli, 82 diaqonal, “LG” markalı televizor (Cənubi Koreya), 30 manat dəyərində 1 ədəd qara rəngli, televizor stendi (Türkiyə istehsalı), 700 manat dəyərində 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya), 40 manat dəyərində 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı), 50 manat dəyərində 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı), 35 manat dəyərində 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı), 35 manat dəyərində 1 ədəd ağ-bənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı), 330 manat dəyərində 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonu (Cənubi Koreya istehsalı), 40 manat dəyərində 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnos (Türkiyə istehsalı), 15 manat dəyərində 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayan (Rusiya istehsalı) əşyalarhəmin əşyaların naturada alınması mümkün olmadıqda isə cəmi dəyəri 2155 (iki min yüz əlli beş) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, iddia tələbi üzrə iddiaçı 105.21 (bir yüz beş manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən məhkəmə xərci olaraq ödənilmiş 105.21 (bir yüz beş manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Fərhad qızından 600 manat dəyərində 1 ədəd boz və gümüşü rəngli, LG markalı paltaryuyan (Cənubi Koreya, 6 kq), 250 manat dəyərində 1 ədəd qara rəngli, 82 diaqonal, “LG” markalı televizor (Cənubi Koreya), 30 manat dəyərində 1 ədəd qara rəngli, televizor stendi (Türkiyə istehsalı), 700 manat dəyərində 1 ədəd boz rəngdə, iki kameralı, Hotpoint markalı soyuducu (İtaliya), 40 manat dəyərində 1 ədəd göy və qara rəngli, Bateyic markalı anten (krosna) aparatı (Türkiyə istehsalı), 50 manat dəyərində 2 ədəd xrustal qənd qabı 86-2365 Belle markalı (Çin istehsalı), 35 manat dəyərində 1 ədəd mikser dəsti (Evroluks markalı, Almaniya istehsalı), 35 manat dəyərində 1 ədəd ağ-bənövşəyi rəngli, Tefal markalı ütü (Fransa istehsalı), 330 manat dəyərində 1 ədəd tünd göy rəngli, Samsung A32 markalı mobil telefonu (Cənubi Koreya istehsalı), 40 manat dəyərində 2 ədəd gümüşü rəngli, dördkünc formalı, X27 markalı podnos (Türkiyə istehsalı), 15 manat dəyərində 1 ədəd qara və gümüşü rəngli, MEN markalı banka ağzı bağlayan (Rusiya istehsalı) əşyalar-həmin əşyaların naturada alınması mümkün olmadıqda isə cəmi dəyəri 2155 (iki min yüz əlli beş) manat, məhkəmə xərci olaraq 105.21 (bir yüz beş manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-553/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-553/2025
02.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver