Məhkəmə qərarları › İş №2(066)-607/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-607/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-607/2025 21.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X3 1980-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə xx.xx.1976-cı il tarixdə Xanlar rayonu, X13ndə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 5 qızları anadan olmuşdur. xx.xx.1978-ci il tarixdə Günay, xx.xx.1979-cu il tarixdə Könül- 1980-ci ildə vəfat etmiş, xx.xx.1981-ci il tarixdə Şükufə, xx.xx.1988-ci il tarixdə Nərmin, xx.xx.1991-ci il tarixdə Türkan. Həyat yoldaşı X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etmişlər. Notariat ofisindən ailə tərkibi haqqında arayış və ölmüş vərəsələrin ölümü haqqında şəhadətnamə tələb olunmuşdur. Vərəsələrdən qızı xx.xx.1979-cu il təvəllüdlü X5 1980-ci ildə vəfat etmişdir. Qızını şəriət qaydalara görə qəbiristanlıqda dəfn etmişlər, lakin o, qızına dair ölüm şəhadətnaməsi almamışdır. Qızının 1980-ci ildə ölməsini Göygöl rayon İHB-nin Üçtəpə kənd İƏD-si üzrə nümayəndəsinin arayışı və onun Göygöl rayonu “Lüləli” qəbiristanlığında dəfn olunduğunu məhkəməyə dəvət edəcəyi şahidlər: Şahid2, X6, Şahid3 təsdiq edə bilərlər. Həmçinin qızı xx.xx.1979-cu il təvəllüdlü X4 ölməsi barədə tibbi şəhadətnamənin alınması üçün Gəncə şəhər Birləşmiş xəstəxanası PHŞ Mirzə Abbaszadə ASM-ə müraciət etmişdir. X1 ölümü haqqında tibbi şəhadətnaməsi internet baza məlumatlarında aşkar edilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Mərhum mərhum övladı 19 dekabr 1979-cu il təvəllüdlü X10 altı aylıq çağında Daşkəsən rayonunun Xaşbulaq kəndində olarkən qusub-işləmə olmuş, onlar uşağı qaldıqları Gəncə şəhərində yerləşən xəstəxanaya gətirmişlər, xəstəxanada uşağa sistem köçürülməmiş uşaq gözlərinin qarşısında dünyasını dəyişmişdir. Onlar xəstəxanadan anası gilə gəlmiş və sabahısı günü uşaq Göygöl rayonunda yerləşən “Lüləli” qəbiristanlığında dəfn edilmişdir. Vəfat etdikdən sonra uşağın ölümü haqqında şəhadətnaməni almamışlar. Əlavə olaraq bildrdi ki, mərhum qızı 19 dekabr 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, 1980-ci ilin iyul ayında isə vəfat etmişdir. Həmçinin mərhum yoldaşı X9 bir il bundan əvvəl vəfat etmişdir. Hazırda mərhum övladının ölüm haqqında şəhadətnaməsi olmadığına görə yoldaşından qalan miras əmlakın hazırkı vərəsələr arasında bölünməsi mümkün olmamış, bu səbəbdən mərhum övladının ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun bibisi qızıdır, həmçinin bibisi gillə qonşu yaşamışdır. O, Ərizəçi mərhum qızlarını Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən dağlıq ərazidən Gəncə şəhərində yerləşən xəstəxanaya gətirdiklərini, 1-2 gündən sonra da uşağın vəfat etdiyini eşitmişdir. Uşaq vəfat edəndən sonra Ərizəçi anası gil yaşadığı evə gətirilmişdir. Əlavə olaraq bildirdi ki, Ərizəçi hazırda yaşayan dörd övladı var. Ərizəçi yoldaşı vəfat etmiş, 19 may 2025-ci ildə ili çıxmışdır. Uşaq vəfat edərkən körpə olmuşdur, uşaq vəfat etdikdən sonra atası gil tərəfindən “Lüləli” qəbiristanlığında dəfn edilmiş, dəfn zamanı o, başqa yerdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Onlar üç bacı üç qardaş olmuşlar. Bacısı Lətafət yaşca ondan böyük olmuşdur. Ərizəçi yoldaşı İsax müəllim olmuş, bacısı Lətafət həmçinin uzun müddət müəllimlik etmişdir. Ərizəçi hazırda yaşayan dörd övladı var. Mərhum övladı dağdan xəstəxanaya gətirilən vaxt vəfat etmiş, daha sonra uşaq ata evlərinə gətirilərək “Lüləli” qəbiristanlığında dəfn edilmişdir. Uşaq vəfat edərkən 1 yaşı olmamışdır. Uşaq vəfat edəndə yay vaxtları olmuş, uşaqda qusma halı yaranmışdır. Həmin vaxtı o, subay olmuş, atası evində yaşamışdır. Vəfat edən uşaqdan əvvəl Ərizəçi 1 uşağı olmuşdur. Həmçinin vəfat edən uşağın adının Könül olduğu yadındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızıdır. Ərizəçi mərhum övladının xəstəxanada vəfat etdiyini bacanağı İnqilab müəllimdən eşitmişdir. Sabahı günü uşaq babası Əsgərov Oktay gil tərəfindən aparılaraq dəfn edilmişdir. Uşaq vəfat edəndə 1 yaşından kiçik idi. Onun övladı 1980-ci ildə yenicə dünyaya gələn ərəfədə Əsgərova Lətifənin mərhum övladı vəfat etmişdir. Uşağı Göygöl rayonunda yerləşən “Lüləli” qəbiristanlığında dəfn etmişlər, o, dəfn mərasimində iştirak etməmişdir. Ərizəçi hazırda yaşayan dörd övladı var. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 23 may 2024-cü il tarixli, AZ-İİ seriyalı 401121 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində vəfat etmişdir. 2024-cü ilin may ayının 23-ü günündə 175 nömrəli qeyd aparılmışdır. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığı üçün ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamənin yazılması barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. Xanlar rayon X13 tərəfindən verilmiş 29 iyul 1976-cı il tarixli, İ-ЖГ seriyalı 369427 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və Ərizəçi arasında xx.xx.1976-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 nömrəli qeyd aparılmışdır. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1980-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində 61 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. (atası X11, anası isə Ərizəçidır) AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Göygöl RİHB-nin Üçtəpə kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X5 xx.xx.1979-cu ildə anadan olmuş və 1980-ci ilin iyul ayında vəfat etmişdir. Mərhum Göygöl rayonu “Lüləli” qəbiristanlığında dəfn olunmuşdur. Şahid2, X6 və Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yaşayan Ərizəçi və onun mərhum əri X7 birgə nikahı dövründə xx.xx.1979-cu il təvəllüdlü X5 anadan olmuşdur. 1980-ci ilin iyul ayında X5 vəfat etmişdir. Aktı tərtib etmiş şəxslər mərhumun dəfn mərasimində iştirak etmişlər. Mərhum Göygöl rayonu “Lüləli” qəbiristanlığında dəfn olunmuşdur. Aktı tərtib edən şəxslərin imzalarının doğruluğu Göygöl RİHB-nin Üçtəpə kənd İƏD-si üzrə nümayəndəsi S.Q.Rəhimov tərəfindən təsdiq edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Gəncə şəhər Birləşmiş xəstəxanası PHŞ tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.1979-cu il təvəllüdlü X4 ölüm haqqında şəhadətnaməsinin həmin xəstəxanada olmadığı qeyd olunmuşdur. İş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X8 1980-ci il tarixdə Göygöl şəhərində ölmüş və Göygöl rayonunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Həmin vaxt mərhumun ölməsi barədə qeyd aparılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun anası olan ərizəçiyə vərəsəlik işi üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X4 1980-ci ildə ölməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X4 ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş X4 1980-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar