Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-620/2023 20.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X1 iclas katibliyi və ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə aralarında uşağın ərizəçinin himayəsində qalması və alimentin ödənilməsindən imtina edilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından 28 noyabr 2007-ci ildə Günay, 26 oktyabr 2008-ci ildə Elgün və 28 fevral 2010-cu il tarixdə Nurlan adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli qətnaməsi ilə nikahları ləğv olunub, azyaşlı uşaqlar cavabdehin himayəsində saxlanılıb və uşaqların saxlanılması üçün hər ay ondan alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Onlar ayrılan vaxtdan azyaşlı uşaqları analarının yanında qalıb və o, hər ay vaxtı vaxtında alimenti ödəmişdir. Buna baxmayaraq Cavabdeh uşaqları pis bir vəziyyətdə saxlayırdı. 2019-cu ilin avqust ayından uşaqlardan Elgün və Nurlan ərizəçinin yanına gəliblər. Hazırda da onun himayəsindədirlər və onun yanından da məktəbə gedirlər. Bununla bağlı mediasiyaya gedib orada barışıq sazişi bağlamışlar ki, uşaq onun himayəsində qalır və cavabdeh ondan aliment tələb etmir. Onlar barışıq sazişi imzalasalar da Cavabdeh icra orqanına gedərək ərizə təqdim etmir. Bu səbəbdən yenədə Cavabdeh oğulları X3 görə ondan aliment alır. Cavabdeh barışıq sazişini icra etməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. “Tərəflər iddia predmeti barədə könüllü razılığa gəldilər.
2. İddia predmeti üzrə: tərəflər bir-birinə qarşı gələcəkdə oğlu X4 ilə bağlı heç bir aliment tələbinin olmaması barədə razılaşaraq qarşılıqlı razılaşma əsasında mediasiyada ailə münasibətindən irəli gələn münasibətləri həll etmişdirlər.
3. Birinci tərəf oğlu X2 onun himayəsinə keçdikdə oğlunun təhsillə bağlı ödənişlərinin və oğlunun cəmiyyət üçün yararlı bir şəxsiyyətin yetişməsi üçün ata olaraq öhdəliyi öz üzərinə götürür, ikinci tərəf isə hazırda oğlu X3 dair aliment tələb etmədi. Birinci tərəf İddiaçı-X3 baxmaq öhdəliyini öz üzərinə götürdü
4. Əgər birinci tərəf öz öhdəliyini pozarsa ikinci tərəfə xx.xx.2023-cü ildən aliment borcu yaranacaq. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə doğulmuşdur. Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 365412 nömrəli, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Xəncəlan oğlu ilə Cavabdeh nikahları Göygöl rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 219819 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından 28 noyabr 2007-ci ildə Günay, 26 oktyabr 2008-ci ildə Elgün və 28 fevral 2010-cu il tarixdə Nurlan adlı uşaqları doğulub. Sonradan ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli qətnaməsi ilə nikahları ləğv olunub və azyaşlı uşaqlar cavabdehin himayəsində saxlanılmağa verilmiş və uşaqların saxlanılması üçün hər ay ərizəçidən alimentin tutularaq maraqlı şəxsə ödənilməsi qət edilmişdir. Onlar ayrılan vaxtdan azyaşlı uşaqları cavabdehin yanında qalıb və o, hər ay vaxtı vaxtında alimenti ödəmişdir. Buna baxmayaraq cavabdeh uşaqları pis bir vəziyyətdə saxlamışdır. 2019-cu ilin avqust ayından uşaqlardan Elgün ərizəçinin yanına gəlmişdir. Hazırda da onun himayəsindədir və onun yanından da məktəbə gedir. Bununla bağlı mediasiyaya gedib orada barışıq sazişi bağlamışlar ki, uşaq ərizəçinin himayəsində qalır və Cavabdeh ondan aliment tələb etmir. Onlar barışıq sazişi imzalasalar da Cavabdeh icra orqanına gedərək ərizə təqdim etmir. Yenədə Cavabdeh oğulları X3 görə ondan aliment alır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
5. Məhkəmə sazişin şərtləri ilə bağlı qeyd edir ki, saziş – “İddiaçı X2 onun himayəsinə keçdikdə oğlunun təhsillə bağlı ödənişlərin və oğlunun cəmiyyət üçün yararlı bir şəxsiyyətin yetişməsi üçün ata olaraq öz öhdəliyini öz üzərinə götürməsinə, Cavabdeh hazırda oğlu X3 dair aliment tələb etməməsinə, İddiaçı-X3 baxmaq öhdəliyini öz üzərinə götürməsinə və İddiaçı öz öhdəliyini pozarsa Cavabdeh xx.xx.2023-cü ildən aliment borcu yaranmasına dair”– şərtlərlə bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanunazidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Bundan başqa “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasın Qanununun 8.2-ci maddəsinə əsasən, 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023cü il tarixli Barışıq Sazişi İddiaçı X2 onun himayəsinə keçdikdə oğlunun təhsillə bağlı ödənişlərin və oğlunun cəmiyyət üçün yararlı bir şəxsiyyətin yetişməsi üçün ata olaraq öz öhdəliyini öz üzərinə götürməsinə, Cavabdeh hazırda oğlu X3 dair aliment tələb etməməsinə, İddiaçı-X3 baxmaq öhdəliyini öz üzərinə götürməsinə və İddiaçı öz öhdəliyini pozarsa Cavabdeh xx.xx.2023-cü ildən aliment borcu yaranmasına dair şərtlərlə təsdiq edilsin: Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs Cavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qələmdar Abbasov