Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-712/2024 28.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu, 10 avqust 1995-ci il təvəllüdlü X1 15 sentyabr 2005-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, mərhum 10 avqust 1995-ci il təvəllüdlü X6 onun oğludur. O, X7 ilə 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiişlər və 24 oktybar 2007-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Onların birgə nikahlarından 10 avqust 1995-ci il təvəllüdlü X6 adında uşaqları olmuşdur. 10 avqust 1995-ci il təvəllüdlü X6 15 sentyabr 2005-ci il tarixdə Göygöl rayonu Toğana kəndində xəstəlik ilə əlaqədar ölmüşdür və Göygöl rayonu Toğana kənd qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda pensiya məsələsini həll etməl üçün atası X1 ölümünə dair ölüm haqqında şəhadətnamə tələb etmişlər. Lakin, atasının ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. Sonradan onların ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 6 may 2024-cü il tarixli, 18-1-42/2- 333/2024 saylı məktubuna əsasən 10 avqust 1995-ci il təvəllüdlü X6 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir, Göygöl Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X5 ifadə verərək bildirdi ki, o, ərizəçi onun qonşusudur. Onun mərhum oğlu 10 avqust 1995-ci il təvəllüdlü X6 15 sentyabr 2005-ci il tarixdə Göygöl rayonu Toğana kəndində xəstəlik ilə əlaqədar ölmüşdür və Göygöl rayonu Toğana kənd qəbirstanlığında dəfn edilmişdir. O, qonşu kimi onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X3 da X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən məlum olur ki Ərizəçi xx xxxxxxxx 1964-üi il tarixdə, Göygöl rayonunda anadan olmaqla, Göygöl rayonu Toğana kəndində qeydiyyatdadır və orada yaşayır. Mülki işə əlavə olunmuş “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki X6 10 avqust 1995-ci il tarixdə,Göygöl rayonunda anadan olmaqla, onların atası kimi X7, anası kimi isə X4 qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Göygöl RİH başçısının Göygöl rayonu Toğana kənd icra nümayəndəliyində tərtib edilmiş aktdan məlum olur ki, Ərizəçi oğlu 10 avqust 1995-ci il təvəllüdlü X6 15 sentyabr 2005-ci il tarixdə Göygöl rayonu Toğana kəndində xəstəlik ilə əlaqədar ölmüşdür və Göygöl rayonu Toğana kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işə əlavə olunmuş Maraqlı şəxs 6 may 2024-cü il tarixli, 18-1-42/2-333/2024 saylı məktubundan görünür ki, 10 avqust 1995-ci il təvəllüdlü X6 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin oğlu Ərizəçi oğlu 10 avqust 1995-ci il təvəllüdlü X6 15 sentyabr 2005-ci il tarixdə Göygöl rayonu Toğana kəndində xəstəlik ilə əlaqədar ölmüşdür və Göygöl rayonu Toğana kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, mərhum 10 avqust 1995-ci il təvəllüdlü X1 15 sentyabr 2005-ci il tarixdə Göygöl rayonu Toğana kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 avqust 1995-ci il təvəllüdlü X6 15 sentyabr 2005-ci il tarixdə Göygöl rayonu Toğana kəndində xəstəlik ilə əlaqədar ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 10 avqust 1995-ci il təvəllüdlü X1 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-712/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-712/2024
28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver