Məhkəmə qərarları › İş №2(066)-777/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-777/2024

31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-777/2024 31.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu, 11 fevral 1996-cı il təvəllüdlü X2 01 avqust 1996-cı il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi X6 məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, mərhum 11 fevral 1996-cı il təvəllüdlü X4 onun oğludur. O, X5 ilə 31 yanvar 1991-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiişlər və X5 22 yanvar 1998-ci il tarixdə ölmüşdür. Onların birgə nikahlarından 11 fevral 1996-cı il təvəllüdlü X4 adında uşaqları həmin vaxtı yaşadıqları İsmayıllı rayonunda anadan olmuşdur. 11 fevral 1996-cı il təvəllüdlü X4 01 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində xəstəlik ilə əlaqədar ölmüşdür və İsmayıllı şəhər qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda mülkiyyət məsələsini həll etməl üçün oğlu X2 ölümünə dair ölüm haqqında şəhadətnamə tələb etmişlər. Lakin, oğlunun ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. Sonradan onların ölümü barədə şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 16 avqust 2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 saylı məktubuna əsasən 11 fevral 1996-cı il təvəllüdlü X4 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir, Göygöl Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X15 ifadə verərək bildirdi ki, o, ərizəçi onun bacısıdır. Onun mərhum oğlu 11 fevral 1996-cı il təvəllüdlü X4 01 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində xəstəlik ilə əlaqədar ölmüşdür və İsmayıllı şəhər qəbirstanlığında dəfn edilmişdir. O, qonşu kimi onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X7 da X15 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən məlum olur ki X6 xx xxxxxx 1972-ci il tarixdə, anadan olmuşdur. Mülki işə əlavə olunmuş “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki X4 11 fevral 1996-cı il tarixdə, İsmayıllı rayonunda anadan olmaqla, onların atası kimi X5, anası kimi isə X6 qeyd edilmişdir. Mülki işə əlavə olunmuş İsmayıllı RİH başçısının İsmayıllı rayonu Zəmava kənd kənd icra nümayəndəliyində tərtib edilmiş arayışdan və fotoşəkillərdən məlum olur ki, X1 rayonu Sərdahar kəndində qeydiyyatsız yaşayır. Onun oğlu 11 fevral 1996-cı il təvəllüdlü X4 01 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində xəstəlik ilə əlaqədar ölmüşdür və İsmayıllı şəhər qəbirstanlığında dəfn edilmişdir. Mülki işə əlavə olunmuş “Nikah haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X5 ilə X9 31 yanvar 1991-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiişlər. Evləndikdən sonra arvada “İsmayılova” soyadı verilmişdir. Mülki işə əlavə olunmuş “Ölümhaqqında şəhadətnamənin” surətindən məlum olur ki, X5 22 yanvar 1998-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə olunmuş İsmayıllı rayon Qeydiyyat şöbəsinin 16 avqust 2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 saylı məktubundan görünür ki, 11 fevral 1996-cı il təvəllüdlü X4 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçinin oğlu X3 oğlu 11 fevral 1996-cı il təvəllüdlü X4 01 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində xəstəlik ilə əlaqədar ölmüşdür və İsmayıllı şəhər qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, mərhum 11 fevral 1996-cı il təvəllüdlü X2 01 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 fevral 1996-cı il təvəllüdlü X4 01 avqust 1996-cı il tarixdə İsmayıllı şəhərində xəstəlik ilə əlaqədar ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 11 fevral 1996-cı il təvəllüdlü X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar