Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-806/2023 07.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakım Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 07 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldırıb Cavabdeh ilə aralarında bağlanmış 25 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin Cavabdeh adına olan 0.21 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə iddiasinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0197 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onunla Cavabdeh arasında 25 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh adına olan 0,21 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə ərizəçi İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş edərək, bu barədə məhkəməyə yazılı ərizəni təqdim etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, 25 iyun 2003-cü il tarixdə Cavabdeh ilə danışıb razılaşaraq onun özünə məxsus olan Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli 06 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 300 ABŞ dollarına almış, pulu ona verib torpaq səhəsini istifadəsinə götürmüşdür.Alqı satqını notarial qaydada bağlamaq istəsədə cavabdehi tapa bilmədiyindən alqı-satqını notariat qaydada rəsmiləşdirə bilməmişdir. Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0197 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2003-cü ilin iyun ayından onun istifadəsində olmasına baxmayaraq hal-hazıra kimi alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş qalmışdır. Odur ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0197 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onunla Cavabdeh arasında 25 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və qəbul edilmiş qətnamənin Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh adına olan 0,21 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, İddiaçı onun anasıdır. Anasi İddiaçı 25 iyun 2003-cü il tarixdə Cavabdeh ilə danışıb razılaşaraq onun mülkiyyətində olan 0,21 ha torpaq sahəsini 300 ABŞ dollarına almış və həmin vaxtdan 0.21 ha torpaq sahəsi anası İddiaçı istifadəsindədir. X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh mülkiyyətində olan 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2003-cü ilin iyun ayında İddiaçı 300 ABŞ dollarına sataraq pulu götürüb torpaq sahəsini İddiaçı istifadəsinə vermişlər.2003-cü ilin iyun ayından həmin torpaq sahəsi İddiaçı istifdəsindədir. İşdə olan 25 iyun 2003-cü il tarixdə Cavabdeh və İddiaçı tərəfindən şahidlər X5 və X2 iştirakları ilə tərtib olunub imzalanmış aktda Cavabdeh Xanlar rayonunun Qızılqaya qəsəbəsində yerləşən 0.21 sot torpaq sahəsini (JN-0197) İddiaçı 300 ABŞ dollara satdığı göstərilmişdir. İşdə olan Göygöl RİHB-nın Üçtəpə kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 345a nömrəli arayışında İddiaçı Göygöl rayonu Üçtəpə kəndində müvəqqəti yaşadığı göstərilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1943-cü ildə anadan olmuşdur Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmədə müəyyən olur ki, Cavabdeh mülkiyyətində olan 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2003-cü ilin iyun ayında İddiaçı 300 ABŞ dollarına satılmış və torpaq sahə həmin vaxtdan sonuncunun istifadəsindədir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0197 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında 25 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və qəbul edilmiş qətnamə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh adına olan 0,21 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün əsas hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-244 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən Torpağa Mülkiyyət hüququna dair JN-0197 KOD 50806088 nömrəli Dövlət Aktına əsasən Cavabdeh mülkiyyətində olan 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında 25 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin Qəbul edilmiş qətnamə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən Cavabdeh adına olan 0,21 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün əsas hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-806/2023
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-806/2023
07.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver