Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-880/2023 10.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov SadiqYaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 10 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : Ərizəçi məhkəməyə müraciət edərək 01 oktyabr 1996-cı il tarixdə Göygöl (Xanlar) rayonunun Tülallar kəndində anadan olmuş qızı X2 26 may 2000-ci il tarixdə, onun ölümünün qeyd edilmə fartinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 04 sentyabr 1996-cı il tarixdə Göygöl (Xanlar) rayonunun Tülallar kəndində anadan olmuş qızı X2 26 may 2000-ci il tarixdə Göygöl rayonunun Tülallar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X7 ilə 15 yanvar 1981-ci il il tarixli rəsimi nigahlarından 04 sentyabr 1996-cı il tarixdə Göygöl (Xanlar) rayonunun Tülallar kəndində X5 adlı uşaqları anadan omuşdur. Vüsalə beyin iflici xəstəliyindən əziyyət çəkmiş və 26 may 2000-ci ildə Göygöl rayonunun Tüllar kəndində yaşadıqları evdə vəfat etmiş və Göygöl rayonunun Tüllar kəndinin qəbristanlığında dəfn etmişlər.Vüsalə vəfat etdikdə tibb müəssisəsinə müraciət edib ölüm haqqında tibbi arayış almadıqlarından ölüm şəhadətnaməsi almaları mümkün olmamışdır. Qizi Vüsalənin ölüm şəhadətnaməsi olmadığından müəyyən hüquqularını həyata keçrə bilmir. Odur ki, həmin ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 04 sentyabr 1996-cı il tarixdə Göygöl (Xanlar) rayonunun Tülallar kəndində anadan olmuş qızı X2 26 may 2000ci il tarixdə Göygöl rayonunun Tülallar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 və X11 məhkəmə iclasında ifadə verərək həmkəndliləri Ərizəçi ilə X4 birgə nigahlarından 04 sentyabr 1996-cı il tarixdə anadan olmuş X5 adlı uşaqlarınin beyin iflici xəstəliyindən 26 may 2000-ci ildə Göygöl rayonunun Tüllar kəndində yaşadıqları evdə vəfat etməsi və Göygöl rayonunun Tüllar kəndinin qəbristanlığında dəfn edilməsi faktını təsdiq etdilər. İşdə olan İİ-JQ seriyalı 384786 nömrəli nigah şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X4 nigahları 15 yanvar 1981-ci il tarixdə Xanlar rayonunun Tülallar kənd sovetində 01 nömrə ilə qeydə alınmışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2023-cü il tarixli aryışdan görünür ki, X5 04 sentyabr 1996-cı ildə Göygöl rayonunun Tülallar kəndində anadan olmuşdur. X2 atası Ərizəçi anası isə X6r. İşə əlavə edilmiş Göygöl RPŞ-si tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə Xanlar rayonunun Tülallar kəndində anadan olmuş və Göygöl rayonunun Tülallar kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Göygöl RPŞ-si tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı 14619786 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X8 xx.xx.1962-ci ildə Xanlar rayonunun Tülallar kəndində anadan olmuş və Göygöl rayonunun Tülallar kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-M/1-301/2023 nömrəli məktubunda ölüm faktını təsdiq edən sənəd olmadığından X2 ölümünün qeydə alınmasının imkan xaricində olması göstərilmişdir. İşdə olan Göygöl rayon İHB-nın Tülallar kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-47-19/3-2/24-2023 nömrəli arayışında mərhum X2 valideyinləri Ərizəçi və X1 rayonunun Tülallar kəndində qeydiyyatdadırlar. Məhkəmə ərizəçininin etibarnamə üzrə nümayəndəsini və şahidləri dindirib, işdəki sənədləri nəzərdən keçirdikdən sonra belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, Ərizəçinın 04 sentyabr 1996-cı il tarixdə anadan olmuş qızı X5 26 may 2000-ci ildə Göygöl rayonunun Tüllar kəndində yaşadıqları evdə vəfat etmişi və Göygöl rayonunun Tüllar kəndinin qəbristanlığında dəfn olunmuşdur. Ərizəçi 04 sentyabr 1996-cı il tarixdə anadan olmuş qızı X2 ölümü haqqında şəhadətnamə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçinın 04 sentyabr 1996-cı il tarixdə Göygöl (Xanlar) rayonunun Tülallar kəndində anadan olmuş qızı X2 26 may 2000-ci il tarixdə Göygöl rayonunun Tülallar kəndində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçinın 04 sentyabr 1996-cı il tarixdə Göygöl (Xanlar) rayonunun Tülallar kəndində anadan olmuş qızı X2 26 may 2000-ci il tarixdə Göygöl rayonunun Tülallar kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə tapşırılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-880/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-880/2023
10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver