Məhkəmə qərarları › İş №2(066)-917/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-917/2023

05.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-917/2023 05.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə müraciət edərək, 11 noyabr 2021-ci il tarixdə Cavabdeh aralarında alimentin ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə el adəti ilə evlənərək ailə həyatı qurmuşdur. 19 aprel 2019-cu il tarixdə Gəncə Regional "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 28 avqust 2018-ci il tarixdə Uğur və 19 noyabr 2019-cu il tarixdə Banuçiçək adlı uşaqları anadan olmuşdur. Ərizəçi maraqlı şəxslə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da sonradan Cavabdeh ailəsi ilə maraqlanmamış, uşağın necə saxlanılması və ərizəçinin maddi vəziyyəti ilə ümumiyyətlə maraqlanmamışdır. Azyaşlı uşaqlar ərizəçinin yanında yaşamasına baxmayaraq maraqlı şəxs uşağın saxlanılması üçün köməklik etmədiyi üçün ərizəçi aliment ödəməsini təklif etmiş, lakin maraqlı şəxs münasibət bildirmədiyi üçün mediasiya orqanına müraciət etmişdir. X4 vasitəçiliyi ilə xx.xx.2021-ci il tarixdə ərizəçi və maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişi imzamışdır. Barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş Uğurun və Banuçiçəyin saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat ödəməyi Cavabdeh öhdəsinə götürmüşdür. Qeyd olunan sazişin bağlanmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh heç bir ödəniş etməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh 300 manat məbləğində aliment ödəməyə razı olmasını və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: İkinci tərəf nikahın pozulmasına etiraz etmir Saziş imzalandıqdan sonra hər ay 300 manat məbləğində vəsaiti ödəməyə, övladları X6 (xx.xx.2018) və X1 (xx.xx.2019) ananın himayəsində qalmasına razılıq verir. İkinci tərəf həftənin şənbə və bazar günləri saat 12:00-dan 19:00-dək uşaqları öz evinə aparıb sonra birinci tərəfə qaytarmağı öhdəsinə götürür. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə doğulmuşdur. Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 270245 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 414964 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə müraciət edərək, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh ilə el adəti ilə evlənərək ailə həyatı qurmuşdur. 19 aprel 2019-cu il tarixdə Gəncə Regional "Asan xidmət" mərkəzi Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 28 avqust 2018-ci il tarixdə Uğur və 19 noyabr 2019-cu il tarixdə Banuçiçək adlı uşaqları anadan olmuşdur. Ərizəçi maraqlı şəxslə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da sonradan Cavabdeh ailəsi ilə maraqlanmamış, uşağın necə saxlanılması və ərizəçinin maddi vəziyyəti ilə ümumiyyətlə maraqlanmamışdır. Azyaşlı uşaqlar ərizəçinin yanında yaşamasına baxmayaraq maraqlı şəxs uşağın saxlanılması üçün köməklik etmədiyi üçün ərizəçi aliment ödəməsini təklif etmiş, lakin maraqlı şəxs münasibət bildirmədiyi üçün mediasiya orqanına müraciət etmişdir. X4 vasitəçiliyi ilə xx.xx.2021-ci il tarixdə ərizəçi və maraqlı şəxs alimentin ödənilməsinə dair barışıq sazişi imzamışdır. Barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş Uğurun və Banuçiçəyin saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat ödəməyi Cavabdeh öhdəsinə götürmüşdür. Qeyd olunan sazişin bağlanmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh heç bir ödəniş etməmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə sazişin şərtləri ilə bağlı qeyd edir ki, saziş – İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: İkinci tərəf nikahın pozulmasına etiraz etmir Saziş imzalandıqdan sonra hər ay 300 manat məbləğində vəsaiti ödəməyə, övladları X6 (xx.xx.2018) və X1 (xx.xx.2019) ananın himayəsində qalmasına razılıq verir. İkinci tərəf həftənin şənbə və bazar günləri saat 12:00-dan 19:00-dək uşaqları öz evinə aparıb sonra birinci tərəfə qaytarmağı öhdəsinə götürməsi tələbi– şərtləri ilə bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanunazidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İkinci tərəf nikahın pozulmasına etiraz etmir Saziş imzalandıqdan sonra hər ay 300 manat məbləğində vəsaiti ödəməyə, övladları X6 (xx.xx.2018) və X1 (xx.xx.2019) ananın himayəsində qalmasına razılıq verir. İkinci tərəf həftənin şənbə və bazar günləri saat 12:00-dan 19:00-dək uşaqları öz evinə aparıb sonra birinci tərəfə qaytarmağı öhdəsinə götürməsi tələbi. Alimentin tutulma müddəti “Barışıq Sazişinin” bağlandığı gündən, yəni 11 noybar 2021ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. İş № 2(066)-917/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 05 iyun 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İkinci tərəf nikahın pozulmasına etiraz etmir Saziş imzalandıqdan sonra hər ay 300 manat məbləğində vəsaiti ödəməyə, övladları X6 (xx.xx.2018) və X1 (xx.xx.2019) ananın himayəsində qalmasına razılıq verir. İkinci tərəf həftənin şənbə və bazar günləri saat 12:00-dan 19:00-dək uşaqları öz evinə aparıb sonra birinci tərəfə qaytarmağı öhdəsinə götürməsi tələbi. Alimentin tutulma müddəti “Barışıq Sazişinin” bağlandığı gündən, yəni 11 noybar 2021ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar