Məhkəmə qərarları › İş №2(066)-942/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-942/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-942/2023 10.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi etibarnamə üzrı nümayəndəsi X9in iştirakı ilə Ölüm faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 10 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : Ərizəçi məhkəməyə müraciət edərək 01 iyul 1990-cı il tarixdə anadan olmuş oğlu X11 22 dekabr 1993-cü il tarixdə Göygöl şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrı nümayəndəsi X12 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi qızıdır. Ərizəçi ilə X5 xx.xx.1985-ci il tarixli rəsmi nigahlarından 01 iyul 1990-cı il tarixdə X14 adlı uçaqları anadan olmuşdur. Tural xəstə olduğundan mütamadi olaraq müalicə olunmuş, 22 dekabr 1993-cü il tarixdə ünvan 1 ünvanda yaşadıqları evdə vəfat etmiş və ünvan 2ur. Həmin vaxt Turalın ölümü ilə bağlı başları qarışdığından həkim arayışı almamışlar. Həkim arayışı olmadığından Qeydiyyat şöbəsinə təqim edib ölüm şəhadətnaməsi almaları mümkün olmamışdır.Hazırda bəzi sənədləşmə işləri ilə əlaqədar olaraq onlardan Turalın ölüm şəhadətnaməsi tələb olunur. 01 iyul 1990-cı il tarixdə X11 ölümü qeydə alınmadığından və hazırda da ölümün qeydə alınması mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcbutiyyətində qalmışdır. Odur ki, 01 iyul 1990-cı il tarixdə anadan olmuş X11 22 dekabr 1993-cü il tarixdə Göygöl şəhərində ölməsi faktının müəyyən edilməsini barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmənin keçirilmə vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında ifadə verərək qohumu olan Ərizəçi azyaşlı övladı Turalın 3 yaşında yaşadıqları evdə vəfat etməsi faktını təsdiq etdi. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi ilə həm qohum həmdə qonşudur. Raufun oğlu Tural 3 yaşında yaşadıqları evdə vəfat etmişdir. İşdə olan AZ-T seriyalı 003164 nömrəli nigah şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X5 nigahları xx.xx.1985-ci il tarixdə Maraqlı şəxsndə 118 nömrə ilə qeydə alınmışdır.Nigah bağlandıqdan sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilmişdir. İşdə olan 167 nömrəli xx.xx.2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş Arayışdan görünür ki X14 Azərbaycan Respublikası Göygöl (keçmiş Xanlar) rayonunda xx.xx.1990-cı il tarixində anadan olmuşdur. Bu barədə Maraqlı şəxs arxivində xx.xx.1990cı il tarixli 185 nömrəli doğum haqqında aktla qeyd edilmişdir. İşə əlavə edilmiş Göygöl RPŞ-si tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Xanlar rayonu Kürdallar kəndində anadan olmuş və Göygöl şəhəri D.Verdiyev küçəsi ev 21-də qeydiyyatdadır. İşdə olan Göygöl rayon Göygöl Bələdiyyəsi tərəfindən verilmiş Arayışdan görünür ki X8 1993-cü ildə Göygöl rayonu 2 saylı qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli 3-43- 25/2-193/2023 nömrəli Arayışdan görünür ki Əliyev X4 müharibəsi vetranıdır. İşdə olan Göygöl rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-Ə/1-399/2023 nömrəli məktubdan görünür ki Maraqlı şəxs arxivində, vətəndaşlıq vəziyyəti aktlarının reyster xidmətinin arxivində yoxlama aparılmış X11 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdı. Məhkəmə ərizəçininin etibarnamə üzrə nümayəndəsini və şahidləri dindirib, işdəki sənədləri nəzərdən keçirdikdən sonra belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olur ki, X14 01 iyul 1990-cı il tarixdə anadan olmuş və 22 dekabr 1993-cü il tarixdə Göygöl şəhərində vəfat etmiş və Göygöl rayonunun 2 saylı qəbristanlığında dəfn olunmuşdur. Uşağının ölümü haqqında şəhadətnamə ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi 01 iyul 1990-cı il tarixdə Göygöl rayonunda anadan olmuş oğlu X11 22 dekabr 1993-cü il tarixdə Göygöl şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 01 iyul 1990-cı il tarixdə Göygöl rayonunda anadan olmuş oğlu X11 22 dekabr 1993-cü il tarixdə Göygöl şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə tapşırılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39- 92 İş № 2(066)-942/2023 10 iyul 2023-cü il Ərizəçi Göygöl şəhəri D.Verdiyev 21 X7 Göygöl şəhəri D.Verdiyev 21 Maraqlı şəxsnə Göygöl şəh. H.Əliyev prospekti 53 Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(066)-942/23 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar