Məhkəmə qərarları › İş №2(066)-95/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-95/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-95/2025 19.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh Fərhad qızına qarşı “əşyaların evdən çıxarılıb iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Fərhad qızına qarşı “əşyaların evdən çıxarılıb iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərhad qızına məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6-nın ərazisində yerləşən evdən iddiaçıya məxsus əşyaların evdən çıxarılıb ona verilməsini, əşyalar olmadığı halda onların əvəzinə 8521 (səkkiz min beş yüz iyirmi bir) manat və ödəmiş olduğu 105 (yüz beş) manat (iyirmi bir) qəpik dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh Fərhad qızına qarşı “əşyaların evdən çıxarılıb iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar