Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-976/2023 28.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 13 sentyabr 2014-cü il tarixdə qarşılıqlı razılaşmaya gələrək aralarında bağlanmış akt əsasında cavabdehin mərhum gəlini X3 aldığı və Göygöl rayonunun Tülallar kəndində yerləşən mülkün mülkiyyətinə verilməsi, yaxud da 15.000 mant məbləğində kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2014-cü il tarixdə qarşılıqlı razılaşmaya gələrək aralarında bağlanmış akt əsasında cavabdehin mərhum gəlini X3 aldığı və Göygöl rayonunun Tülallar kəndində yerləşən mülkün mülkiyyətinə verilməsi, yaxud da 15.000 mant məbləğində kompensasiya verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü (İnsan və vətəndaş hüquqlarının azadlıqlarının əsas prinsipi), 25-ci (Bərabərlik hüququ), 26-cı (İnsan və Vətəndaş quqlarının və azadlıqlarının müdafiəsi), 29 (Mülkiyyət hüququ), 52-ci (Vətəndaşlıq ququ), 53-cü (Vətəndaşlıq hüququnun təminatı) və 60-cı (Hüquq və azadalıqların məhkəmə təminatı) maddələrinin tələblərini, Azərbaycan Respublikası MMnin 385, 390, 425, 448, 462 və 560-cı maddələrinin, Azərbaycan Respublikası MPM-nin 4.1, 6, 9.3, 14.2, 77.1 və 80-ci maddələrinin tələblərini əldə rəhbər tutaraq iddiaçı məhkəməyə bildirir ki, iddiaçı olaraq özü əslən Göygöl rayonunun Tülallar kəndində doğulmuş, həmin kənddə orta təhsilə yiyələnmişdir. Həmin kənddə ailə qurmuş, övladları da həmin kənddə anadan olublar. Kənddə dədə-baba mülkləri olsa da, Sovetlər Birliyi dağılandan sonra, isahatlaşmaya start verilərkən kollektiv təsərrüfat olan 8 mart adına kolxoz ləğv edildiyi üçün kolxozun hesabına yaranmış iş yerləri ixtisara düşmüş, kənddə iş yerlərinin məhdudlaşması nəticəsində aram-aram kənd sakinlərinin böyük əksəriyyəti kəndi tərk etmək məcburiyyətində qalmışlar. Kəndlərində yaşamağı davam etdirən sakinlər əsasən heyvandarlıq təsərrüfatını inkişaf etdirmək məqsədilə kənddə qalmağa üstünlük vermişlər. Belə olduğu halda Tüallar kəndində evlər öz dəyərini itirməyə başlamış, olduqca ucuzlaşma prosesi getmişdir. Məhz bu məqamda evlərin olduqca ucuz qiymətə satılması nəzərə alınaraq maldarlığı, qoyunçuluğu inkişaf etdirmək məqsədilə oğlu üçün həmkəndlisi mərhum X5 mülkiyyətində olmuş (hazırda həmin mülk cavabdeh Yamənin qayınanası Cavabdeh mülkiyyətindədir) evi qarşılıqlı razılaşmaya gələrək cavabdehin gəlinindən 500 (beş yüz) AZN-ə iddiaçı almışdır. Bundan ötrü qonşuların şahidliyi və imzaları ilə mərhum ev sahibi X16, Yamənin oğlu X13 və özünün iştirakları ilə 13 sentyabr 2014-cü ildə akt tərtib olunmuşdur. X1 Göygöl rayonunun Tülallar kəndində yerləşən evini iddiaçıya satdığını elan etmiş, nə zaman gərək olsa rəsmi dairələrdə sənədləşmə aparmağa hazır olduğunu ona bildirmişdir. Dədə-babadan mehriban həmkəndli, qonşu olduqlarından, bir-birilərinin xeyrinə şərinə yaradıqlarından, bir-birilərinə etibar, etimad göstərdiklərindən sənədləşmənin müddətini müəyyənləşdirməmişlər. Elə oldu ki, cavabdehin gəlini sağalmaz xəstəliyə tutuldu, çox dəhşətli hadisələr baş verdi. Cavabdeh gəlini Yamən Hüseynova da, onun oğlu Hüseynov Ramizdə, cavabdehin oğlu Yamənin əri Məzahir Hüseynov da öldülər. Məhz bundan sonra iddiaçı çox peşman oldu ki, ona evi satanlar onu əmin edib vaxtı uzadıblar. Onların faciəvu ölümü işlərini alt-üst etdi. Ona görə də iddia tələbini ədalət məhkəməsinə aşağıdakı hallarla əsaslandırır. 1) İddiaçıya evi satan X16 öldükdən sonra mübahisə predmetinə çevrilən evi Cavabdeh öz adına sənədləşdirmişdir. Bundan sonra iddiaçı evini cavabdehdən tələb etsə də o, bundan imtina etmişdir ki, ev artıq onundur, heç kimə satmır. İddiaçı 2014-cü ildən ta indiki dövrə qədər ev alqı-satqısı üçün verdiyi pulu bank krediti faizi səviyyəsində hesabladı ki, 500 azn son 9 ildə nə qədər faiz əmələ gətirib. Bankda faiz dərəcəsi yüksək olsa da, o 10 faizlə hesabladı. 500 manatın illik faizi 600 AZN edir, sonra 500 AZN 1220 azn-ə bərabərdir. Onu da 1100 manat əsas borcun üzərinə gəldikdə 2320 AZN olur. 2320 AZN-in illik faizi 2784 manat edər, onun da üzərinə 2320 AZN əsas borcu gəldikdə 5104 (beş min yüz dörd) manat olur. 4-cü ildə 5104 AZN-in faiz borcu 6120 azn olur. Üstünə əsas borcu, yəni 5104 manatı gəldikdə 11224 manat edər. 5-ci il 11224 (on bir min iki yüz iyirmi dörd) manatın illik faiz borcu 13464 manata bərabərdir. Əsas borcla faiz borcunu cəmləyəndə 24688 (iyirmi dörd min altı yüz səksən səkkiz) manata bərabərdir. Onlar iddiaçını 9 il aldadaraq mülkünə yiyələniblər. Sonra məlum olub ki, cavabdeh tərəf nəyə görə evdən beş əlli yapışıbdır. Səbəbi bundan ibarətdir ki, AzərGold MMC Tülallar kəndində mülklərin dəyərini ödəyib kəndin sahibinə çevrilib. Məsələ burasındadır ki, cavabdeh Hüseynovanın mülkiyyətində (əslində iddiaçının mülküdür) olan Tülallar kəndində yerləşən evin dəyərini Azərgold MMC Qumruya ödəyib. Cavabdehə cəmiyyət 60 min azn pul vermişdir. 2) Bu məsələni iddiaçı biləndə cavabdehin nəvəsi, mərhum Yamən Hüseynovanın qayını cavabdehin oğlu X27 ona 500 (beş yüz) manat pul təqdim etmişdir ki, 500 manatı da sonra verəcəkdir. İddiaçı puldan imtina edib bildirmişdir ki, “Azərgold MMC sizə 60000 (altmış min) pul verib, əslində mənim evimi satibsınız, ona görə də ən azı mənə 15 min manat məbləğində pul verməlisiniz”. Onlar bu təklifdən imtina etmişlər. 3) Cavabdehin gəlini Hüseynova Yamən, Yamənin mərhum oğlu Hüseynov Ramiz qonşuların iştirakı ilə aralarında bağlanmış akta imza atıblar. Əlavə olaraq aktın sonunda Hüseynova Yamən yazıb imza atıb ki, evimi İddiaçı satdım. Buradan belə nəticə çıxır ki, cavabdeh tərəflə aralarında əqd bağlanmış hesab olunub. Bir də ki, cavabdehin öz üzərinə götürdüyü öhdəlik vardır. Cavabdeh tərəflə aralarında 7 nəfərin imzası ilə bağlanmış akt məhkəmə tərəfindən müqaviləyə bərabər hesab olunmalıdır. Göygöl rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(066)-941/2023 saylı qərardadında göstərilir ki, məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hazırkı işdən görünür ki, cavabdeh Ağdam rayonu, Qalayolçular kəndində qeydiyyatdadır. Odur ki, iddiaçı hazırkı tələblə aidiyyatı üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə, yəni Ağdam rayon Məhkəməsinə müraciət etməlidir. Məhkəməyə qəti şəkildə bildirir ki, Cavabdeh anadan olduğu gündən indiki vaxta qədər Ağdamın üzünü belə görməyib. Bu yalan məlumat məhkəməyə haradan daxil olub? Cavabdeh 1933-cü ildə Göygöl rayonunun (keçmiş Xanlar) Tülallar kəndində anadan olub, həmin kənddə böyüyüb və hal-hazırda həmin kənddə yaşayır, Göygöl rayonunun pasport qeydiyyatındadır. Bu barədə Göygöl rayon İHB-nin Tülallar kənd İnzibati dairəsi üzrə nümayəndəsi Y. S. Məmmədovun xx.xx.2023-cü il tarixli, 5-47-19/3-2/32/2023 saylı arayışı da mövcuddur ki, məhkəməyə təqdim etmək üçün ona verilmişdir. Arayış iddia ərizəsinə əlavə olunur. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, İddiaçı Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "13 sentyabr 2014-cü il tarixdə qarşılıqlı razılaşmaya gələrək aralarında bağlanmış akt əsasında cavabdehin mərhum gəlini X3 aldığı, Göygöl rayonu Tülallar kəndində yerləşən mülkün mülkiyyətinə verilməsi, yaxud da 15000 manat məbləğində kompensasiya tələbinə dair" iddiasının təmin edilməsini xahiş etmişdir. Nəzərə çatdırır ki, Göygöl Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(066)-1124/2020 saylı qətnaməsi ilə JN-029F KOD 50800048 nömrəli "Torpağın Mülkiyyətə Verilməsinə Dair" şəhadəmədə və JN-0056 KOD 50800048 nömrəli "Torpağa mülkiyyət Hüququna Dair" Dövlət Aktında yazılmış X18 yazısının və 31 may 2014-cu il tarixdə Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən X19 qeydinin X14 məxsus olması faktı müəyyən edilmiş, X6, X7, X9, X4, X10 miras qalan Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 29.9 kv.m olan yaşayış evini, eləcə də 4.26 ha pay torpaq sahəsini Cavabdeh vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilmiş və Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 29.9 kv.m olan yaşayış evini, eləcə də 4.26 ha pay torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Gəncə "ASAN" Xidmət Mərkəzinin notariat ofisinin 16 avqust 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən Göygöl rayonu Tülallar kəndində yerlən 25.5 kv.m fərdi yaşayış evini və evin yerləşdiyi 0.27 ha torpaq sahəsini oğlu X20 bağışlamışdır. Hədiyyə oğlu tərəfindən qəbul olunmuş və 0.27 ha torpaq sahəsi evlə birlikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satılmışdır və hal-hazırda da həmin şirkət dövlətin xeyrinə qızıl tədarükü ilə məşğul olur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, onun oğlu X21 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Oğlunun həyat yoldaşı X16 xx.xx.2017-ci ildə vəfat etmişdir. Onların uşaqları X17 xx.xx.2003-cü ildə, oğlanları X22 xx.xx.2008-ci ildə və X23 xx.xx.2018-ci ildə vəfat etmişlər. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya Göygöl rayonu Tülallar kəndində oğlu Məzahirə məxsus olan ev X8 mülkiyyətində olmuş və hal-hazırda Cavabdeh mülkiyyətindədir. Məzahirin vəfatından sonra miras əmlaka dair rəsmi sənədləşdirmə aparılamamış və ümumiyyətlə mərhum gəlini Yamənin adına həmin kənddə torpaq sahəsi və ev olmamışdır. Qanun üzrə birinci növbə vərəsə olaraq o, məhkəməyə müraciət edərək vərəsəlik hüququnu tanıtmış və daşınmaz əmlaka dair çıxarış əldə edərək həmin əmlakı oğlu X20 rəsmi qaydada bağışlamışdır. Oğlu Zahir də həmin əmlakı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satmışdır. Mərhum Yamən onun gəlini olub və onun 2014-cü ildə evi və torpaq sahəsini satmağa hüquqi səlahiyyəti olmayıb və iddiaçının Yamənlə öz aralarında bağladığı alqı-satqı aktı saxtadır. Onu da nəzərə çatdırır ki, mərhum Yamənin övladları vəfat etdiyindən onlardan vərəsə qalmayıb. Yuxarıdakılara əsasən ona qarşı qaldırılan iddia tələbini əsassız hesab edir və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, 2014-cü ildə Tülallar kəndində yerləşən evi Yamən Hüseynovadan almasını, sonradan Yamənin vəfat etməsini, onun vəfat etməsinə görə ondan evə dair heç bir sənəd ala bilməməsini bildirdi və göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X28 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməməsini, iddianın əsassız olduğunu, belə ki, Yamən Hüseynovanın onun qardaşının yoldaşı olmasını, mirası anasının qəbul etməsini, iddiaçının bu iddianı qaldırmaq hüququ olmamasını, iddiaçının evə dair pul verdiyi adamların dünyasını dəyişməsini və həmçinin bu işlə bağlı qətnamə olmasını bildirdi və göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Tülallar kənd İinzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin İddiaçı verdiyi 07 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Göygöl (Xanlar) rayonunun Tülallar kəndində 1933-cü ild anadan olub, həmin kənddə böyüyüb və hal-hazırda Tülallar kəndində qeydiyyatdadır. Göygöl şəhərində yaşayır. İş materiallarında olan ev satan X16, oğlu X23, ev alan İddiaçı, ev satanın qonşusu X24, qonşu X30 və qonşu X11 tərəfindən 13 sentyabr 2014-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, alqı satqıda iştirak edən X31 aktı tərtib edir ondan ötrü ki, Göygöl rayon Tülallar kəndində adına məxsus olmuş mərhum X12 adına olan yaşayış evini onun həyat yoldaşı X16 və oğlu X13 iştirakı ilə hər ikisinin razılığı yolu ilə ev alan İddiaçı 500 (beş yüz) manata 13 sentyabr 2014-cü il tarixdə satdılar. İş materiallarında olan Göygöl rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(066)-1124/2020 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh mülkiyyət hüququ üzrə mirası qəbul etmə faktının və hüquqmüəyyənedici sənədlərin ölmüş şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, JN-029F KOD 50800048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamədə və JN-0056 KOD 50800048 nömrpəli “Torpağa Mülkiyyət Hüququna dair”Dövlət Aktında yazılmış X18 yazısının və 31 may 2014-cü il tarixdə Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən X19 qeydinin X14 məxsus olması faktının müəyyən edilməsi, X6, X3, X9, X4, X10 miras qalan Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 29.9 kvm olan yaşayış evini, eləcə də 4.26 ha pay torpaq sahəsini Cavabdeh vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi, Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 hektar həyətyanı torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 29.9 kvm olan yaşayış evini, eləcədə 4.26 ha pay torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(066)-1124/2020 saylı əlavə qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, JN- 029F KOD 50800048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamədə və JN-0056 KOD 50800048 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair”Dövlət Aktında yazılmış X18 yazısının və 31 may 2014-cü il tarixdə Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən X19 qeydinin X14 məxsus olması faktının müəyyən edilməsi, X6, X3, X9, X4, X10 miras qalan Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsini və eləcə də 4.26 ha pay torpaq sahəsini Cavabdeh vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi və Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha. həyətyanı torpaq sahəsi və eləcə də 4.26 ha pay torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl rayon Prokurorluğunun 14 aprel 2023-cü il tarixli İddiaçı ünvanlamış məktubundan görünür ki, həmkəndlisi Zahir adlı şəxslə aralarında olan mülk mübahisəsi ilə əlaqədar müraciəti əsasında Göygöl rayon Məhkəməsində aparılmış mülki iş üzrə məhkəmə tərəfindən qeyri-obyektiv qərar qəbul edilməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciətə baxılmışdır. Müraciət əsasında ona izah edilir ki, göstərdiyi xüsusatlar üzrə mübahisənin predmet və xarakteri mülki mübahisə xarakterli olduğundan Mülki Prosessual Məcəllənin 4 və 6-cı maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması ona bildirilmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı ildə anadan olmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, İddiaçı Tülallar kəndində yerləşən evə dair Cavabdeh ailə üzvləri ilə öz aralarında akt tərtib etmişlər. Sözügedən aktdan da görünür ki, evi satan şəxs X16 göstərilmişdir. Halbuki Y.Hüseynovanın həmin vaxt evi satmaq üçün hüquqi səlahiyyəti olmamışdır. Həmçinin məhkəmənin 05 oktyabr 2020-ci il tarixli 2 (066)-1124/2020 saylı əlavə qətnaməsindən görünür ki, X6, X3, X9, X4, X10 miras qalan Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi və eləcə də 4.26 ha pay torpaq sahəsinə dair Cavabdeh vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilmiş və Göygöl rayonu Tülallar kəndində yerləşən 0.27 ha. həyətyanı torpaq sahəsi və 4.26 ha pay torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh özünün mülkiyyətinə verilmiş Göygöl rayonunun Tülallar kəndində 0.27 ha torpaq sahəsində yerləşən 25.5 kv.m fərdi yaşayış evini oğlu X20 bağışlamışdır. Oğlu isə həmin mübahisəli evi və həmin evin yerləşdiyi 0.27 ha torpaq sahəsini "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə satmışdır. Cavabdehin oğlu X21, onun həyat yoldaşı X16, onların uşaqları X17, X22 və X23 vəfat etmişlər. Bundan da aydın olur ki, İddiaçı mübahisəli Tülallar kəndində yerləşən evə dair (miras əmlaka) aidiyyəti olmayan şəxslə aralarında akt tərtib etmişlər. Cavabdeh isə vəfat edən ailə üzvlərinin vərəsəsi olaraq sözügedən fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik qaydasında mirası qəbul etməsi və mirasın mülkiyyətinə verilməsi barədə 2020-ci ildə məhkəməyə ərizə ilə müraciət etmiş və onun ərizəsi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümümi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvercilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq nəticəyə gəlir ki, iddiaçının məhkəmə iclasında 13 sentyabr 2014-cü il tarixdə qarşılıqlı razılaşmaya gələrək aralarında bağlanmış akt əsasında cavabdehin mərhum gəlini X3 aldığı və Göygöl rayonunun Tülallar kəndində yerləşən mülkün mülkiyyətinə verilməsi, yaxud da 15.000 mant məbləğində kompensasiya verilməsi barədə iddia ərizəsinin heç bir hüquqi əsası olmamasına görə və İddiaçı iddianı əsaslandıran hər hansı sübutu təqdim edə bilmədiyindən hazırkı iddia ərizəsi təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul iddia təmin edilmədiyinə görə iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı 13 sentyabr 2014-cü il tarixdə qarşılıqlı razılaşmaya gələrək aralarında bağlanmış akt əsasında cavabdehin mərhum gəlini X3 aldığı və Göygöl rayonunun Tülallar kəndində yerləşən mülkün mülkiyyətinə verilməsi, yaxud da 15.000 manat məbləğində kompensasiya verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-976/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-976/2023
28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver