Məhkəmə qərarları › İş №2(066)-990/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-990/2025

18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-990/2025 18.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.Ərizəçi xx.xx.1979-cu il tarixdə X5 adlı qızının doğulduğunu, xx.xx.1979-cu il tarixdə öldüyünü, lakin ölüm faktı ilə bağlı hər hansı qeyd aparılmadığını bildirmişdir. Məhkəmədə icraat: 2.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 mart 1979-cu ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı X4 04 sentyabr 1979-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1977-ci ilin fevral ayının 14-də X6 ilə rəsmi nikaha daxil olaraq bir təsərrüfatı idarə ediblər. Mərhum əri X6 ilə rəsmi nikahdan 07 mart 1979-cu il tarixdə qızı X5 anadan olmuşdur. Könül Musayeva 04 sentyabr 1979-cu il tarixdə xəstəliyi ilə əlaqədar qəfildan vəfat edib. Könül Musayev azyaşlı olduğu üçün onu qəbirstanlıqda dəfn ediblər, lakin heç bir el adəti üzrə dəfn mərasimi keçirilməyib, həmçinin başdaşı qoyulmayıb. Həmin günü qohum qardaşlar dəfnə gəliblər, dəfnə toplaşan ağsaqqallar məsləhət ediblər ki, Könül Müsayeva azyaşlıdır, yəni onun 5 ay 26 gün yaşı var, ona dəfn, başdaşı düşmür, bu günahdı. Bu səbəbdən Könül Musayeva dəfn və başdaşı qoyulmadan torpağa tapşırılıb. Həmin vaxtdan hal-hazıra kimi onun ölümü ilə bağlı heç bir sənədləşdirmə aparılmasına ehtiyyac olmamışdır. Bu səbəbdən də Könül Musayevaya ölüm haqqında şəhadətnamə lazım olmamışdır. Hal-hazırda mərhum əri X6 vəfat etmişdir, ondan pay torpaq miras qalmışdır. O, əri X6 vəfat etdikdən sonra ondan miras qalmış torpaq üzərində vərəsəlik hüququnu həyata keçirərək, mirası qanun üzrə qəbul edərək sahiblik və istifadə hüquqlarını həyata keçirir. Lakin mirasın sərəncam hüquqlarının həyata keçirilməsi üçün notariat ofisinə müraciət edib, həmin vaxt onun birinci növbəli vərəsəsi X5 barədə məlumat olması sənəddə göstərilib. X1 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-M/l-19/2025 saylı cavab məktubunda, ölümün qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilimişdir. O, məcbur qalaraq, aidiyyəti üzrə məhkəməyə müraciət edib. 4.Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Teyyub qızı ifadəsində göstərdi ki, Ərizəçi ilə həm qohumdur, həm də qonşu. Onun 4 övladı olub. Böyük qızı 6 aylıq olanda zəhərlənərək ölüb. Dəfn olunub, uşaq olduğu üçün başdaşı qoyulmayıb. Onun qəbri hər hansı məlum şəxsin qəbrinin yanında deyil. 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi dörd uşağı olub. Könül böyük uşaq olub. 6 aylıq olanda durduğu yerdə ölüb. O vaxtı dəfn mərasimi olmayıb, uşaq qəbirstanlıqda bastırılıb. Hazırda Ərizəçi 3 uşağı var. Tətbiq edilən hüquq: 8.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

10. Maraqlı şəxs 15 yanvar 2025-ci il tarixli, 3-16-5/8-M/1-19/2025 saylı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun X4 ölüm haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə ərizəsinə baxılmış, bununla əlaqədar Göygöl rayon qeydiyyat arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, ölüm faktını təsdiq edən sənəd olmadığından onun müraciəti tərəflərindən təmin edilməmişdir. Bununla bağlı ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. 11.İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X9 12 iyun 2025-ci il tarixli, 18-1-42/2-M-46-xx-xx/2025 saylı arayışından görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş X4 xx.xx.1979-cu il tarixdə ölməsi haqqında Göygöl Rayon Mərkəzi Xəstaxanasının arxiv sənədlərində heç bir məlumat yoxdur. 12.İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 14 yanvar 1977-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. 13.İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. 14.İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Göygöl rayonunda doğulmuşdur. X3, anası Ərizəçidır.

15. İş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.1979-cu il tarixdə ölmüş və Göygöl şəhər qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt mərhumun ölməsi barədə qeyd aparılmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun anası olan ərizəçiyə vərəsəlik işi üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

17. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X4 ölməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X4 ölməsi faktı müəyyən edilməlidir.

18. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Göygöl rayonunda doğulmuş X4 xx.xx.1979-cu il tarixdə Göygöl şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar