Məhkəmə qərarları › İş №2(067)-10/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-10/2023

19.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-10/2023 19.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və digərlərinə qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 aprel 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun Həsənqala kəndində yerləşən JN-0098 KOD 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların-İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətdə olan paylarının naturada ayrılması və sair barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onlara Xaçmaz rayonunun Həsənqala kəndində yerləşən JN-0098 KOD 30213078 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onların və cavabdehlərin paylı mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh1 arasında nikah pozulmuş və X1 “Əliyeva” soyadını qəbul etmişdir. Hazırda iddiaçılar Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yaşayırlar. Cavabdehlər onların qeyd edilən torpaq sahəsindən istifadələrinə mane olurlar. Bu səbəbdən də həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Torpaq sahəsindən istifadə etmələri ilə bağlı cavabdehlərlə razılığa gəlmələri mümkün deyil. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, sözü gedən torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub. Torpaq sahəsi bölünəndə isə torpaqdan istifadə etmək və texnikanın işləməsi çətinləşəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0098 KOD 30213078 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə və Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və Cavabdeh3 və İddiaçı2 mülkiyyətinə 2.61 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/379 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağa müikiyyət hüququna dair JN- 0098 kod 30213078 kodiu dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha torpaq sahəsinin sərhədiəri müəyyən edilmişdir (sxem tərtib ediiib). Torpağa müikiyyət hüququna dair JN- 0098 kod 30213078 kodiu döviət aktında göstəriimiş 2.61 ha torpaq sahəsinin sxeminə əsasən mülkiyyətçiiər arasında bərabər hissələr bölünməsi mümkündür. Mütəxəssis rəyində qeyd ediiir ki, bu sualın cavabı bölgü sxemində əksini tapmışdır. JN-0098 kod 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarının naturada ayrılması (payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) mümkündür (bölgü sxemi tərtib edilib). JN-0098 kod 30213078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarının naturada ayrılması texniki cəhətdən hansı digər variantlarda ayrılması bölgü sxemində əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-0098 nömrəli 30213078 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Həsənqala kəndində yerləşən paylı (birgə) mülkiyyətdə olan 2,61 ha torpaq sahəsinə münasibətdə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/5 və 1/5 olmaqla, birlikdə payları 2/5 hissədə müəyyən edilsin və həmin hissədə həmin torpaq sahəsindən payları naturada ayrılsın. İş üzrə mütəxəssis rəyləri üçün ödənilmiş 432 (327+105) manat məbləğində pul və ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılara verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar