Məhkəmə qərarları › İş №2(067)-1015/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1015/2020

01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1015/2020 01.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2013-cü ildə vəfat etmiş X1 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, bacısı Gülşən Nəmətova xx.xx.2013-cü ildə uzun surən xəstəlikdən sonra yaşadığı ünvanda vəfat etmişdir. Bacısının vəfatı ilə əlaqədar yas mərasimi tərəfindən təşkil olunmuş, mərhumə Qobuqırağı kəndində dəfn olunmuşdur. Bacısı öldükdən sonra üzürlü səbəblərdən ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm şəhadətnaməsi alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəhadətnamə verməkdən imtina etmişlər. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi ilə sinif yoldaşıdır. Evləri də bir-birinə yaxındır. 2013-cü ildə ərizəçinin bacısının dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, ərizəçinin əmisidir. Qardaşının qızı Gülşən uzun sürən xəstəlikdən sonra yaşadığı evdə vəfat etmişdir. Gülşən ailə qurmamışdır, subay idi. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Əli Nemətovun, Eyvaz Həbibovun, Ərizəçi iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, Xaçmaz şəhəri ünvan 1 saylı ünvanda yaşamış X2 uzun sürən xəstəlikdən sonra yaşadığı ünvanda vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişlər. Mərhumə Xaçmaz rayon qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlıdığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X1 xx.xx.2081-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X2 barəsində Ümumrespublika elektron məlumatınan yoxlanılmışdır. xx.xx.2081-xx.xx.2020-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X9 xx.xx.2020-ci il tarixli 719 nömrəli məktubundan müəyyən olunur ki, X1 adına xx.xx.2013-cü il tarixdə vəfat etməsinə dair Xaçmaz MRX tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 610 nömrəli Qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, xx.xx.1981-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş X2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1999-cu ildən xx.xx.2013-cü ilədək olan dövrə aid «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə üoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü X1 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olmuş X1 ölüm faktı müəyyən edilsin. Qətnamə X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar