Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-106/2025 05.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X13, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın özgəsinin qanunsuz istifadəsindən geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ona və ailə üzvləri X4 və X5 məxsus ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli mülkiyyət hüququna dair çıxarışda göstərilmiş sahənin cavabdehlər Cavabdeh2 Ramil oğlunun və Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarilması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, İlxıçı-Məmmədxanlı kəndində kənd təssərrufatı təyinatlı torpaq sahəsi ona və ailə üzvləri X6 və X2 adına rəsmi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 03.G5.2021-ci il tarixdə daşınmaz əmlakın 0.77 ha torpaq sahəsi verilmişdir. Rəsmi olaraq kənd təssərrufatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin adına olsa da, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsinin yarışından çox hissəsini zəbt edərək özləri üçün hər il taxıl əkib becərirlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehlərlə qonşudur. Ona aqrar islahat zamanı 77 sot torpaq sahəsi verilmişdir. Onun torpaq sahəsi cavabdehlərin torpaq sahələri arasındadır. Cavabdeh1 torpaq sahəsində 64 sot artıq çıxmışdır. Hesab etmişdir ki, Onun çatışmayan torpaq sahəsi Osmanın istifadəsindədir, bir az yeri də Cavabdeh2dır. Mütəxəssis tərəfindən ölçmə aparılıb və onun çatışmayan torpaq sahəsinin Cavabdeh1 olduğu müəyyən edilmişdir. Onun 77 sot torpaq sahəsinin 29 sotu istifadəsindədir, qalan hissəsi isə Cavabdeh1 istifadəsindədir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, o iddiaçının torpaq sahəsindən istifadə etmir. Ölçmə aparılıb və bu hal müəyyən edilib. İddianın ona dair hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 30 ildir torpaq sahəsi ona verilib və o oradan istifadə edir. İddiaçının torpaq sahəsini o zəbt etməmiş, o torpaq sahəsini anası ilə dəyişdirmiş və oranı əkmişdir. İddiaçı özü bilir onun torpaq sahəsindən kim istifadə edir. İddianın ona dair hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Məmmədxanlı kəndi ərazisində yerləşən 0.77 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə 2/4 hissə İddiaçı, ¼ hissə X3 və ¼ hissə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 356 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Məmmədxanlı kəndi ərazisində yerləşən 2.8524 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, X9, X10, X8 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 495 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində yerləşən İddiaçı Mirabi qızının, X3 və X2 mülkiyyətində (qanuni istifadəsində) olan 0.77 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və hal-hazırda istifadəsində 0.32 ha, TEKUİS-da isə 0.29 ha torpaq sahəsi təşkil edir (sxem əlavə olunur). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində yerləşən İddiaçı Mirabi qızının, X3 və X2 mülkiyyətində (qanuni istifadəsində) olan 0.77 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrində və torpaqların elektron kadastr uçot informasiya (TEKUİS) sistemində olan məlumatlarında faktiki istifadə vəziyyəti ilə kəskin uyğunsuzluq təşkil edir. Elektron kadastr uçotu sistemində iddiaçının istifadəsində 0.29 ha torpaq sahəsi kimi göstərilib. Lakin Cavabdeh1 verilmiş JN-6, JN-6A və JN-6B mülkiyyət sənədində 2.85 ha torpaq sahəsi olmağına baxmayaraq, faktiki naturada istifadəsində 3.49 ha torpaq sahəsi təşkil edir. Cavabdehin artıq istifadəsində olan 0.64 ha torpaq sahəsi şərq tərəfdə yerləşməklə, iddiaçının istifadəsində olan torpaq sahəsinə bitişikdir. Hansı hissədə və nə qədər olması sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X12 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəflərin izahatlarını, ekspert rəyini və iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh2 Ramil oğluna qarşı olan hissədə əsassız olduğundan rədd edilməlidir. Bu fakt ekspert rəyi ilə təsdiq olunur ki, Cavabdeh2 Ramil oğlu İddiaçı Mirabi qızının mülkiyyətində olan torpaq sahəsini istifadə etmir. İddiaçı ekspert rəyi ilə tanış olduqdan sonra Cavabdeh2 qarşı iddianın olmadığını bildirmişdir. İddia tələbi üzrə digər Cavabdeh1 gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə ekspert rəyinə əsasən qeyd edir ki, iddiaçının paylı mülkiyyətində olan 0,77 ha torpaq sahəsinin, onunla qonşuluqda yerləşən Cavabdeh1 paylı mülkiyyətində olan 2,8524 ha torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra məlum olmuşdur ki, cavadebhin sənədlərə əsasən 2,85 ha torpaq sahəsi olmalı olduğunu halda, istifadəsində 3,49 ha torpaq sahəsinin olmasını müəyyən edilmişdir və cavabdehin istifadəsində olan artıq 0,64 ha torpaq sahəsi şərq tərəfdən iddiaçının istifadə etdiyi 0,29 ha torpaq sahəsini ilə bitişikdir. Sənədlərə əsasən iddiaçının 0,77 ha torpaq sahəsi olsa da, onun faktiki 0,29 ha torpaqdan istifadəsi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, iddiaçının 0,48 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin artıq istifadə etdiyi 0,64 ha torpaq sahəsinin 0,48 ha hissəsi iddiaçıya aid edilməsi məhkəmə tərəfindən müəyyən edilsə də, yerdə qalan 0,16 ha torpaq sahəsi hazırki iddia tələbinin predmeti olmadığından məhkəmə tərəfindən hüquqi qiymətləndirilmir. Bununla da, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə qismən təmin olunmalı, Cavabdeh2 Ramil oğluna aid hissədə isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Məmmədxanlı kəndi ərazisində yerləşən İddiaçı paylı mülkiyyətində (qanuni istifadəsində) olan 0,77 ha torpaq sahəsinin 0,48 ha hissəsi Cavabdeh1 artıq istifadəsində olan 0.64 ha torpaq sahəsindən (şərq tərəfdə yerləşən və iddiaçının istifadəsində olan torpaq sahəsinə bitişik olan) alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq X7, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-106/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-106/2025
05.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver