Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1105/2024 25.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X1 23 iyun 2023-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X2 xx.xx.1962-ci ildə Xaçmaz rayonu, Niyazoba kəndində anadan olaraq orada yaşamış və 23 iyun 2023-cü il tarixdə Xaçmaz, rayonu, Niyazoba kəndində vəfat etmişdir. Onlar onu Xaçmaz rayonu, Niyazoba kənd qəbiristanlığında dəfn etmişlər. Həmin vaxt hüquqi savadı olmadığı üçün atasının ölməsini təsdiq edən ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnaməni almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı Xaçmaz rayon X4 Hüquqi Şəxsinə müraciət etdikdə də atası üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi haqqında heç bir məlumat olmadığı müəyyən olunmuşdur. Atasının ölməsi faktını onun qonşuları, qohumları, qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz, rayonu, Niyazoba İƏD-si tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli akt və dəfn olunduğu qəbirstanlıqdakı qəbri də təsdiq edir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, atası X2 xx.xx.1962-ci il tarixində Xaçmaz rayonu, Nizova kəndində anadan olub və 23 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Atası xərçəng xəstəsi olub. Bununla bağlı şahidləri də vardır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumluğu və ədavətləri yoxdur. Aydını tanıyır. Niyazabad kəndində yaşayır. O, özü də orada yaşayır. Valideynlərini tanıyır. Anası Şəfiqə xanım. Atası isə Fikrətdir. Aydın anası ilə yaşayır. Atası rəhmətə gedib. Atası keçən il dünyasını dəyişib. Xərçəng xəstəliyindən vəfat edib. Niyazabad kəndindəki qəbiristanlıqda dəfn olunub. Yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qohumluğu və ədavətləri yoxdur. O, Xaçmaz rayonu, Niyazabad kəndində yaşayır. Aydın onun qonşusudur. Aydın anası ilə yaşayır. Atası rəhmətə gedib. Atasının adı Fikrət idi. Onkoloji xəstəlikdən vəfat edib. Yas mərasimində də iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1993-cu il tarixdə anadan olmuş, ata qrafasında X2, ana qrafasında isə X3 qeyd olunmuşdur. İş materiallarında olan aktdan müəyyən olunur ki, X2 xx.xx.2023-cü il tarixində Xaçmaz rayonu Niyazoba kəndində vəfat etmişdir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X11 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1962-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı məktubundan görünür ki, X2 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. Həmin şəxs barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatıynan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X2 adlı şəxsə qəbir daşı qoyulmuşdur. İş materiallarından görünür ki, Ərizəçi X1 oğludur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X2 adlı Niyazoba kəndində vəfat edib və Niyazoba kənd qəbirstanlığında dən olunub. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu Nizova kəndində vəfat etmiş və Xaçmaz rayonu Nizova kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun oğlu olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə Xaçmaz rayonu Nizova kəndində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu Niyazoba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1105/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1105/2024
25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver