Məhkəmə qərarları › İş №2(067)-1111/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1111/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1111/2022 14.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 14 iyul 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş bacısı X3 xx.xx.1999-cu il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, valideynləri vəfat etmişdir. xx.xx.1994-cü ildə anadan olmuş X4 bacısıdır. Bacısı körpə yaşlarında ikən xəstəliyə düçar olmuş və xəstəlikdən xx.xx.1999-cu ildə yaşadığı Xaçmaz rayonunun Çarxı kəndində vəfat etmişdir və Çarxı kənd qəbristanlığında dəfn edilmişdir. Savadsızlıqdan vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda valideynləri vəfat etmişdir. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, Məkkə qonşuları olmuş, uşaq xəstələnmiş və onu Bakıya xəstəxanaya aparmışlar. Uşağın 5 yaşı olmuş və o xəstəlikdən ölmüşdür. Uşaq valideynləri ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, Məkkə ərizəçinin bacısı olub, həm də qonşu olmuşlar. Uşaq xəstəlikdən vəfat edib. Yas mərasimlərində iştirak etmişdir. İş materiallarından görünür ki, ərizəçi X3 qohumudur. İş materiallarında olan Fərrux Mehtizadənin, Səkinə Məmmədovanın və Gülbacı Mehdiyevanın iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X4 xx.xx.1994-cü ildə anadan olmuş, xx.xx.1999-cu il tarixdə vəfat etmiş və Çarxı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X4 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X13 xx.xx.2022-ci il tarixli 96 nömrəli məktubundan müəyyən olunur ki, 1994-cü il təvəllüdlü X3 vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 adlı şəxsə qəbir daşı qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X8 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş X3 xx.xx.1999-cu il tarixdə Xaçmaz rayonunun Çarxı kəndində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar