Məhkəmə qərarları › İş №2(067)-1112/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1112/2022

27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1112/2022 27.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X2 xx.xx.2021-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 25 noyabr 2021-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Armudpadar kəndində vəfat etmişdir. Lakin onun səhlənkarlığı, savadsızlığı və qanunu bilmədiyindən vaxtında X1 üçün ölümü barədə həkim arayışı almamışdır. X1 25 noyabr 2021-ci il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat Orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından anasının ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən ölüm şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Xəstəxanada bu barədə müraciət etmiş, lakin tibbi arayışın verilməsi mümkün olmamışdır. X1 25 noyabr 2021-ci il tarixdə vəfat edib və yaşadığı Xaçmaz rayonunun Armudpadar kənd camaatının iştirakı ilə kənd qəhrstanlığında dəfn edilmişdir. Göstərilən səbəblərdən X2 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, X1 xx.xx.2021-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Armudpadar kəndində vəfat edib və səhəri gün anasını kənd qəbristanlığında dəfn etmişlər. Anası vəfat edərkən həkim çağırmadığına görə sonradan onun üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Xaçmaz Qeydiyyat şöbəsinə müraciət edəndə, həkim arayışı olmadığına görə anası üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilib. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Anası xx.xx.2021-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Armudpadar kəndində evdə vəfat edib. Anası qoca idi və elə ölümü də bu səbəbdən baş verib. Anasını Xaçmaz rayonunun Armudpadar kənd qəbristanlığında dəfn etmişdir. Aktı kənd sakinləri imzalayıblar. Onlardan birini şahid qismində məhkəməyə təqdim etmişdir. Anası vəfat edəndə özünü itirdiyinə görə həkim çağırmamışdır. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi tanışıdır, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. O ərizəçinin evinin qonşuluğundan torpaq sahəsi almışdır və orada ev tikir. Bilir ki, ərizəçinin X1 xx.xx.2021-ci il tarixdə yaşadığı Xaçmaz rayonunun Armudpadar kəndində evdə vəfat edib və səhəri gün onu kənd qəbristanlığında dəfn etmişlər. O 3 ildir ki, ərizəçinin evinin qonşuluğundan torpaq sahəsi almışdır və orada ev tikir, hələ ki, evinə köçməmişdir. O şəxsən X3 tanımışdır. X5 qocalığı səbəbindən vəfat edib. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Xaçmaz rayonu, Padar kəndində anadan olmuşdur. Onun atası X9, anası X4r. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi mərhum X1nın xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin X1nın xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səmədzadə Sərxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar