Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1116/2022 18.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunmasına” dair ərizəsi üzrə mülki işə 18 mart 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 22.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinin məcburi icrasını təmin etmək üçün, barışıq sazişinin təsdiq olunmasına, 20000 manat məbləğində pulun Maraqlı şəxs tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.12.2021-ci il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 2.1 bəndinə əsasən Ərizəçi özünə məxsus olan “X4” minik markalı 27BN449 dövlət qeydiyyat nişanlı avtomobili təmir etmək məqsədilə Maraqlı şəxs təhvil verir. 2.1.1. Məmmədov X1 Ərizəçiçə məxsus olan “X4” minik markalı 27BN449 dövlət qeydiyyat nişanlı avtomobili təhvil alaraq avtomobildə olan bütün nasazlıqları təmir-bərpa edəcəyini öz öhdəsinə götürür. İkinci tərəf bəyan edir və öhdəsinə götürür ki, avtomobildə olan bütün nasazlıqlar və çatışmayan və ya işləməyən ehtiyat hissələrindən xəbərdardır, avtomobilin təmir-bərpası, saz vəziyyətə gətirilməsi üçün əlavə olaraq birinci tərəfdən hər hansı bir vəsait tələb etməyəcəkdir. 2.1.2 ikinci tərəf avtomobili 18.01.2022-ci il tarixədək tam təmir-bərpa edib saz vəziyyətdə birinci tərəfə təhvil verəcəkdir. 2.1.3. ikinci tərəf (icraçı) bu sazişin 2 və 3-cü bəndlərində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi və ya tam yerinə yetirmədiyi halda avtomobili dərhal birinci tərəfə (sifarişçiyə) təhvil verəcək və əlavə olaraq 20000 manat pulu birinci tərəfə ödəyəcəkdir. 2.1.4. Avtomobil tərəflər arasında bağlanan təhvil təslim aktı əsasında təhvil alınacaq və təhvil veriləcəkdir. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda qismən təsdiq olunmaqla, ərizə qismən təmin olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 22.12.2021-ci il tarixli barışıq sazişi (2.1 bəndinə əsasən Ərizəçi özünə məxsus olan “X4” minik markalı 27BN449 dövlət qeydiyyat nişanlı avtomobili təmir etmək məqsədilə Maraqlı şəxs təhvil verir. 2.1.1. Məmmədov X1 Ərizəçiçə məxsus olan “X4” minik markalı 27BN449 dövlət qeydiyyat nişanlı avtomobili təhvil alaraq avtomobildə olan bütün nasazlıqları təmir-bərpa edəcəyini öz öhdəsinə götürür. İkinci tərəf bəyan edir və öhdəsinə götürür ki, avtomobildə olan bütün nasazlıqlar və çatışmayan və ya işləməyən ehtiyat hissələrindən xəbərdardır, avtomobilin təmir-bərpası, saz vəziyyətə gətirilməsi üçün əlavə olaraq birinci tərəfdən hər hansı bir vəsait tələb etməyəcəkdir. 2.1.2 ikinci tərəf avtomobili 18.01.2022-ci il tarixədək tam təmir-bərpa edib saz vəziyyətdə birinci tərəfə təhvil verəcəkdir. 2.1.3. ikinci tərəf (icraçı) bu sazişin 2 və 3-cü bəndlərində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi və ya tam yerinə yetirmədiyi halda avtomobili dərhal birinci tərəfə (sifarişçiyə) təhvil verəcək və əlavə olaraq 20000 manat pulu birinci tərəfə ödəyəcəkdir. 2.1.4. Avtomobil tərəflər arasında bağlanan təhvil təslim aktı əsasında təhvil alınacaq və təhvil veriləcəkdir) təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1116/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1116/2022
18.03.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver