Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1133/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi Xeyrbala oğlunun iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxx 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, nənəsi X2 xx.xx.1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası Xeyirbala Buliyev xx.xx.1983cü ildə vəfat etmişdir. Atasının anası, yəni onun nənəsi X4r. O, da xx.xx.1984-cü ildə vəfat etmişdir. Lakin nənəsinin vəfatından sonra bu barədə həkim arayışı alınmamış və onun ölümü Qeydiyyat şöbəsində qeydə alınmamışdır. Nənəsinin vəfat etməsini qonşuları və qohumları təsdiq edə bilərlər. Hazırda nənəsindən miras qalmış əmlakın sənədləşdirilməsi ilə əlaqədar onun ölüm haqqında şəhadətnaməsi zəruridir. Nənəsinin ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Xaçmaz Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə onun ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, nənəsinin ölüm səbəbi onun qocalığı ilə əlaqədar olmuşdur. Bununla əlaqədar nənəsi xx.xx.1984-cü ildə yaşadığı Bostançı kəndində vəfat etmiş və qohum, qonşuların iştirakı ilə Bostançı kənd qəbristanlığında dəfn edilmişdir. Ərizəsində göstərilən halları şahidləri təsdiq edə bilərlər. Qeyd olunanlarla əlaqədar ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki, ərizəçi qapı qouşusudur, qohumluqları yoxdur, münasibətləri yaxşıdır. Ərizəçinin nənəsı X6 olmuşdur. O, xx.xx.1984-cü ildə vəfat etmiş, və Xaçmaz rayonunun Bostançı kənd qəbiristanlığında dəfn edilmişdir. O, ərizəçinin nənəsı X2 dəfn və yas mərasimlərində iştirak etmişdir. X6 qocalığı ilə əlaqədar vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur, qohumluqları yoxdur, münasibətləri yaxşıdır. X6 ərizəçinin nənəsı olmuşdur. O, xx.xx.1984-cü ildə vəfat edib və onu Xaçmaz rayonunun Bostançı kənd qəbristanlığında dəfn etmişlər. O, ərizəçinin nənəsı X2 dəfn və yas mərasimlərində iştirak etdiyini göstərmişdir. Ərizəçinin nənəsi X6 qocalığı ilə əlaqədar vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, 1936-cı ildə anadan olmuş X7 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan İİ-ЖГ seriyalı 407024 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1983-cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-il tarixli arayışdan müəyyən olunur ki, X5 anası X4r. X7 1936-cı ildən 1983-cü il tarixədək Xaçmaz rayonunun Bostançı kəndində yaşamışdır. İş materiallarında olan xx.xx.2021-il tarixli arayışdan müəyyən olunur ki, X3 doğum təvəllüdü 1905-ci il kimi, ölüm tarixi isə 1984-cü il kimi qeyd edilmişdir. X1 rayonunun Bostançı kənd sakini olmaqla, 1905-ci ildən 1984-cü il tarixədək həmin kənddə yaşamışdır. İş materiallarında olan xx.xx.2021-il tarixli arayışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Bostançı kənd sakini X2 ölümündən sonra onun yaxın qohumu və vərəsəsi olaraq nəvəsi Ərizəçi qalmışdır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Xaçmaz rayonunun Bostançı kəndində anadan olmaqla, həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, X2 ölümünün qeydə alınıb-alınmaması xx.xx.1945-xx.xx.2021-ci illər üzrə Maraqlı şəxsndə yoxlanılmış, X6 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan qəbrin fotoşəklindən müəyyən olunur ki, X6 xx.xx.1984-cü ildə vəfat etmişdir. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi nənəsi X2 xx.xx.1984-cü il tarixdə vəfat etməsi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin nənəsi X2 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizəçiyə X2 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi üçün zəruri olduğundan, bu fakt hüquqi əhəmiyyətli olmaqla məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin nənəsi X2 xx.xx.1984-cü ildə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X2 xx.xx.1984-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1133/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1133/2021
19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver