Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1167/2021 19.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə islas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz rayonu Tel kəndində xx.xx.1915-ci ildə anadan olmuş atası X1 xx.xx.1993-cü ildə Xaçmaz rayonunun Tel kəndində vəfat etməsi faktının müəyyən olunması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X2 xx xxxxxx 1915-ci ildə Xaçmaz rayonunun Tel kəndində anadan olmuş və xx xxxxxx 1993-cü ildə həmin kənddə vəfat etmişdir, Xaçmaz rayonunun Tel kəndində kənd qəbiristanlığında da dəfn olunmuşdur. Lakin atasının vəfatı ilə bağlı həkim arayışı alınmamış və onun ölümü qeydiyyat şöbəsində qeydə alınmamışdır. Hazırda atasından miras qalmış əmlakı qızının adına keçirmək istəyir, bunun üçün isə atasının ölüm haqqında şəhadətnaməsi zəruridir. Atasının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilib. Ona görə də o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə atasının vərəm xəstəsi olduğunu, onun doğum haqqında şəhadətnaməsi, şəxsiyyətini təsdiq edən başqa heç bir sənədinin olmadığını göstərmişdir. O, özü atası vəfat edəndə Rusiya Federasiyasında yaşamışdır. Atası vəfat edəndən bir neçə ay sonra Xaçmaza geri qayıtmışdır. Onun tələbi ilə əlaqədar məhkəməyə təqdim edəcəyi sübutu, şahidləri yoxdur. Göstərilənlərlə əlaqədar ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaysan Respublikasının MPM-nin 185.5.-si maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Xaçmaz rayonunun Tel kəndində anadan olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi atası X1 ölüm haqqında arayışını almaq üçün müraciət etmiş, müraciətinə əsasən xx.xx.1940-xx.xx.2021-ci illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alınıbalınmaması yoxlanılmışdır. X2 barəsində Maraqlı şəxsndə göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, ərizəçi tərəfindən atasının şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd və onun xx.xx.1993-cü ildə Xaçmaz rayonunun Tel kəndində vəfat etməsi faktını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə ərizənin dəlillərinə münasibət bildirərək hesab edir ki, ərizənin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaysan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1167/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1167/2021
19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver