Məhkəmə qərarları › İş №2(067)-1181/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1181/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1181/2023 04.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 05 may 1994-cü il tarixə Xaçmaz rayonunun Yeni-həyat qəsəbəsində anadan olan X1nın 12 noyabr 1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 05 may 1994-cü il tarixdə Xaçmaz rayonunun Yeni-həyat qəsəbəsində anadan olmuşdur. Lakin qızı Ələdinov a Çiçək Madin qızı 12 noyabr 1994-cü il tarixdə yaşadığı Xaçmaz rayonunun Yeni-həyat qəsəbəsində vəfat etmişdir. Lakin onun səhlənkarlığı və qanunu bilmədiyindən vaxtında qızının, X4 üçün ölümü barədə həkim arayışı almamışdır. X1 12 noyabr 1994-cü il tarixdə vəfat etməsinə baxmayaraq onun ölümü Qeydiyyat orqanında qeydiyyata alınmamışdır. Zərurət yarandığından X1 üçün ölüm haqqında şəhadətnaməsini almaqdan ötəri, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həkim arayışı alınmadığından və bu arayışın alınması üçün tərəfindən müəyyən olunmuş müddət ötürüldüyündən, ölüm şəhadətnaməsinin verilməsindən imtina edildi və məhkəməyə müraciət etməyi tövsüyyə edildi. Bir daha qeyd edir ki, X1 12 noyabr 1994-cü il tarixdə vəfat edib və yaşadığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində kənd camaatının iştirakı ilə kənd qəbrstanlığında dəfn edilmişdir, (aktı ərizəsinə əlavə edir). Bildirmək istəyir ki, X1 6 aylıq uşaq olduğu üçün onun üçün baş daşı quraşdırmamışıq. Göstərilən səbəblərdən X2 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanları müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun qızı Çiçək 5-6 aylığında vəfat edib. O, qızı öləndən sonra doğum haqqında şəhadətnaməsini alıb Pirquluoba kənd icra nümayəndəliyinə getmişdir və onlara qızının öldüyünü bildirmişdir. Doğum haqqında şəhadətnaməni alıb baxmışlar, demişlər çıx get, o, da getmşdir. İndi isə məlum olur ki, qızının ölüm haqqında şəhadətnaməsi yoxdur. Onun şahidləri qonşularıdır. Onlar qızının öldüyünü təsdiq edə bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, Madinlə 50 ildir qonşudur və sinif yoldaşı olmuşlar. Onunla qohumluqları yoxdur, münasibətləri yaxşıdır. Madinin qızı 1994-cü ildə doğulub, 5-6 aylığında da ölüb. Dəfndə iştirak etmişdir. Ərizəçinin qızının xx.xx.1994-cü ildə vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xıdır oğlu ifadə verərək göstərmişdir ki, ərizəçi qonşusudur, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. O, Madinlə anadan olandan qonşudur. Madinin qızı 5-6 aylığında da ölüb, amma nədən ölüb bilmir. Dəfndə iştirak etmişdir. Ərizəçinin qızının xx.xx.1994-cü ildə vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, ərizəçi qonşusudur, onunla qohumluğu yoxdur, münasibətləri yaxşıdır. O, Madinlə 60 ildir qonşudur. Madinin qızı 1994-cü ildə doğulub, 5-6 aylığında da ölüb, nədən ölüb bilmir. Dəfndə iştirak etmişdir. Ərizəçinin qızının xx.xx.1994-cü ildə vəfat etməsini təsdiq edir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Xaçmaz rayon Nərəcan kəndində şahidlərin iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ərizəçinin X1 12 noyabr 1994-cü ildə vəfat etmiş və Xaçmaz rayonunun Yeni-Həyat qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 14 fevral 2023-cü il tarixli №05/Q-81/69 saylı arayışdan müəyyən olunur ki, X4 xx.xx.1994-cü ildə Xaçmaz rayon, Yeni-Həyat qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçia ünvanladığı 14 fevral 2023-cü il tarixli №16 saylı məktubundan görünür ki, X2 xx.xx.1994 -xx.xx.2023-cü illər üzrə Maraqlı şəxs üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X4 barəsində Ümumrespublika elektron məlumatı ilə yoxlanılmış, xx.xx.1994 -xx.xx.2023-cü illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X7 16 fevral 2023-cü il tarixli №MİŞ-6-43/2-509/2023 nömrəli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsi sakini olmuş xx.xx.1994-cü il təvəllüdlü X2 xx.xx.1994-cü il tarixdə vəfatı barədə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi haqqında Xaçmaz RMXda heç bir məlumat yoxdur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, 1994-cü ildə Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsində anadan olmuş X2 xx.xx.1994-cü ildə vəfat etməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 1994-cü ildə Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsində anadan olmuş X2 xx.xx.1994-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1994-cü ildə Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsində anadan olmuş X2 xx.xx.1994-cü ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar