Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1201/2022 07.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1975-ci ildə Xaçmaz şəhərində doğulmuş həyal yoldaşı X1 2020-ci ildə vəfal etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci ildə X7 oglu ilə rəsmi nikah əsasında evlənmişlər. Həmin nikahdan bir övladları vardır. Həyat yoldaşı Məhəmməd Əsədullayev xx.xx.2020-ci ildə heç kimə heçnə bildirmədən yoxa çıxmışdır. Onun axtarışları heç bir nəticə verməmişdir. xx.xx.2021-ci ildə Xaçmaz şəhəri Səməd Vıırgun küçəsinin yaxınlığından keçən Qudyal çay çayının kənarında insan sümükləri tapılmışdır. Aparılmış tədqiqat və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, tapılmış insan sümük fraqmentləri X2 məxsusdur. Xaçmaz Rayon Mərkəzi X11 Şəxsin xx.xx.2022-ci il tarixli 191 nömrəli arayışından görnür ki, Xaçmaz, şəhəri M.Maqamayev küçəsi 6 saylı evdə yaşamış 1975-ci il təvəllüdlü X1 ölmü barədə tibbi şəhadətnamə verilməmişdir. Maraqlı şəxs 01,03.2022-ci il tarixli 62 nömrəli məktubu ilə müəyyən olunur ki, X1 xx.xx.1975 – xx.xx.2022-ci illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Faktın müəyyən olunması birgə nikahdan doğulmuş övladları üçün ailə başçısını itirməyə görə pensiya məsələlərinin həllində lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, əri X4 ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Bir övladları var. Əri xx.xx.2020-ci ildə heç kimə heç nə demədən yoxa çıxıb. Onu nə qədər axtarsalar da, bu bir nəticə verməmişdir. xx.xx.2021-ci ildə Xaçmaz şəhəri Səməd Vurğun küçəsinin yaxınlığından keçən Qudyalçay çayının kənarında insan sümükləri tapılmışdı. Aparılan tədqiqat nəticəsində məlum oldu ki, insan sümükləri onun əri X3 məxsusdur. Ərinin ölümü barədə tibbi şəhadətnamə verilmədiyinə görə onun üçün ölüm haqqında şəhadətnamə ala bilmir. Ona görə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, X4 xx.xx.1975-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası X5, anası X6r. İş materiallarında olan AZ-İ seriyalı 445201 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 ilə Ərizəçi xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 xx.xx.2022-ci il tarixli 29/2022-MTKŞ saylı Ekspert Rəyindən müəyyən olunur ki, maddi sübut olaraq ekspertizaya təqdim edilmiş sümüklərdən 3-ü heyvan sümük fraqmentləridir. Digər sümüklər insan skalet sümüklərinə aid olub bir skeletin tərkib hissələri olması istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2022-ci il tarixli Ekspert Rəyindən müəyyən olunur ki, tətqiqata təqdim edilmiş 01 ədəd borulu sümük fraqmenti və 02 ədəd diş nümunəsi ilə X9 arasında 99.999999538% ehtimalla bioloji valideyin övlad qohumluq əlaqəsi vardır. Tətqiqata təqdim edilmiş 01 ədəd borulu sümük fraqmenti və 02 ədəd diş nümunəsi ilə X5 arasında 99.999999538% ehtimalla bioloji valideyin övlad qohumluq əlaqəsi vardır. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, X1 vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Buna görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310-cu madəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli və ərizəçinin həyat yoldaşı X1 2020-ci il tarixdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli olduğundan, məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 2020-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-1201/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1201/2022
07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver