Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1205/2021 03.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X3nın 20 aprel 2021-ci ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 600 kv metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi mərhum X3na məxsus olmuşdur. X3 20.04.1983-cü il tarixdə vəfat etmiş və Xaçmaz rayon, Canaxır kənd qəbiristanlığında dəfn edilmişdir. Onun vəfatından sonra qeyd olunan yaşayış evi mərhum həyat yoldaşı X2 və istifadəsində olmuşdur, yəni miras həyat yoldaşı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həyat yoldaşı X15 24.04.2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra da miras qalmış evi və əmlakı o, idarə edir və hazırda da həmin evdə yaşayır. Yaşayış evi ilə əlaqədar hər hansı mübahisə mövcud deyildir. Mərhum qaynanasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə mirasla əlaqədar vərəsəlik haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. ünvan 1 ünvanında 600 kv metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi mərhum X3na məxsus olması adına işlənmiş 03 iyul 1962-ci il tarixli rəsmi AKT, yaşayış evinin texniki pasportu və sxemi, habelə torpaq sahəsinin ayrılmasını təsdiq edən müvafiq arayışlarla təsdiq olunur. Mərhum qaynanasının adına ölüm haqqında şəhadətnamənin işlənməməsi Maraqlı şəxs 20.12.2019-cu il tarixli arayışı ilə təsdiqini tapır. Göstərilənlərə əsasən 1901-ci ildə keçmiş Qonaqkənd rayonunun Aydınkəndində doğulmuş X5 20.04.1983-cü il tarixdə vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X19 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X3 20 aprel 1983-cü il vəfat etmişdir. X4 rayonu Canaxır kənd qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Özü 1937-ci ildə anadan olub və mərhum Güleydə Novruzovanı da tanıyırdı. Güleydə 30 ildən artıq müddətdir ki, rəhmətə gedib. O, yas mərasimində iştirak etmişdir. X4 rayonu Canaxır kənd qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin X3 20 aprel 1983-cü il vəfat etmişdir. X4 rayonu Canaxır kənd qəbirstanlığında kənd camaatının iştirakı ilə dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 ilə Ərizəçi 28 avqust 1980-cı il tarixdə nikah bağlamışlar. İş materiallarında olan 16 iyul 2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 24.04.2013-cü il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 2 ünvanında yaşayanlar Ərizəçidır. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin 27 dekabr 2019-cu il tarixli 449 nömrəli arayışdan görünür ki, X16 barəsində Quba rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan Aktdan müəyyən olunur ki, 1901-ci ildə anadan olmuş X7 20 aprel 1983-cü il tarixdə vəfat etmiş və Xaçmaz rayonunun Canaxır kənd qəbristanlığında dəfn olunmuşdur. Aktı tərtib edən şəxslər dəfndə iştirak etmişlər. İş materiallarında olan AZ-İ seriyalı, 617812 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin əri X16 24 aprel 2013-cü il tarixdə Xaçmaz rayonunda vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 20 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, X7 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıbalınmaması yoxlanılmışdır. X7 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X25 24.04.2021-ci il tarixli 728 nömrəli məktubundan müəyyən olunur ki, Birliyin Xaçmaz rayon şöbəsində mərhum X7 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 ölüm faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. 1901-ci ildə anadan olmuş X5 20 aprel 2021-ci il tarixdə Xaçmaz rayonunda vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1205/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1205/2021
03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver