Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1206/2024 25.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonunun Rustov kəndində xx.xx.1960-cı ildə doğulmuş, Şabran rayonu, Ağalıq kəndində yaşamış X3nun xx.xx.2019cu il tarixdə Xaçmaz şəhərində vəfat etməsi faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuşdur. 2000-ci ildə ailəsi, yəni valideynləri olan X10 və anası X14, digər bacı qardaşları daimi yaşamaq üçün Rustov kəndindən Şabran rayonunun Ağalıq kəndinə köçmüşlər. Valideynləri 2000-ci ildə Ağalıq kəndində yaşayış evi tikmiş və ailəsi həmin evdə yaşamağa başlamışdır. 2007-ci ildə o, rəsmi nikah bağlamaqla Xaçmaz rayonu, Gəncəli kənd sakini X4 ilə ailə həyatı qurmuş və həmin tarixdə ərinin valideynlərinə məxsus Xaçmaz rayonu Gəncəli kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin tarixdən də Xaçmaz rayonunda pasport qeydiyyatına alınmışdır. 2014-cü ildə əri ilə o, Şabran rayonunun Padar kəndində torpaq sahəsini alaraq orada yaşayış evi inşa etdirmişlər. Hazırda ailəsi həmin evdə yaşayır, onun pasport qeydiyyatı isə Xaçmaz rayonu Gəncəli kəndində qalmaqdadır. X3 2018-ci ildə vərəm xəstəliyinə tutulmuş və mütəmadi olaraq bu xəstəlikdən müalicə olunurdu. O, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Xaçmaz rayon X8 Şöbəsində stasionar qaydada müalicə olunmuş və həmin xəstəxanadan xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə X21 həkim fiziatırı F.K.Fərhadov arayış vermişdir. Lakin o, səhlənkarlıq edərək həmin arayışı vaxtında qeydiyyat şöbəsinə təqdim edərək atasının ölüm haqqında şəhadətnasini almamışdır. Atası X1 rayonunun Ağalıq kənd qəbiristanlığında dəfn edilmişdir (ərizəyə mərhum atasının qəbir üstü baş daşının şəkili əlavə olunur). Şabran rayon Ağalıq İƏD-si üzrə nümayəndə Araz İsmayılovun təsdiq etdiyi aktda da qeyd olunur ki, X10 1960-cı il təvəllüdlü Şabran rayon Ağalıq kənd sakini olmuş, o, həqiqətən də xx.xx.2019-cu il tarixində Xaçmaz rayon X8 Şöbəsində vəfat etmişdir. Akta şahid qismində Ağalıq kənd sakinləri olan X5, X7 və X18 imza atmişlar. O, atasının ölüm haqqında şəhadətnamənin verilməsi üçün atasının sağlığında rəsmi qeydiyyatda olmuş Şabran rayon qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbənin rəisi Kamran İbrahimov tərəfindən ona xx.xx.2024-cü il tarixli, 03 saylı imtina məktubu verilmişdir. Məktubda qeyd olunur ki, Sizin Şabran rayon qeydiyyat şöbəsinə ünvanladığınız ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.5 maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar atanız X6 ölümü barədə tibbi şəhadətnamə təqdim etmədiyiniz üçün onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlisiniz. O, mərhum atasının adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi müraciət etmiş, həmin idarənin direktoru Səyyaf Tağıyevin imzası ilə xx.xx.2024-cü il tarixli, 18- 1-43/3-392/2024 saylı məktubla cavab verilmişdir ki, Şabran rayonu Ağalıq kənd sakini olmuş 1960-cı il təvəllüdlü X6 xx.xx.2019cu il tarixdə vəfatı barədə “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi haqqında Xaçmaz rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat yoxdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, X3 xx.xx.2019-cu ildə rəhmətə gedib. Bununla bağlı şahidləri də vardır. O, 21 avqustda anadan olmuşdur. Anasının adı Məlakət Abid qızıdır. Şahidlərin hər üçü də dəfn mərasimində iştirak edib. Şahidlərdən biri qonşusu, biri sinif yoldaşı və biri də atasının dostudur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumluğu və ədavəti yoxdur. Ərizəçi tanıyır. Onunla qonşu olmuşlar. Əvvəl Xaçmaz rayonu, Qalağanlı kəndində yaşayıblar. Atası və anası ilə yaşayırdı. Atası Səməd ciyər xəstəliyindən vəfat edib. Ağalıq kənd qəbirstanlığında dəfn olunub. Dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır, qohumluğu və ədavətləri yoxdur. Ərizəçi tanıyır. Daha əvvəldən ailəvi gedişgəlişləri olub. Heç bir qohumluğu yoxdur. Ramilə hazırda Şabran rayonu, Padar kəndində yaşayır. Valideynlərini tanıyır. Atası Səməd xəstəxanada vəfat edib. Konstitsuyada dəfn olunub. Dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, Ərizəçi tanıyır. Onun sinif yoldaşı olub. Valideynlərini tanıyır. Atasının adı Səməddir. Nə vaxt vəfat etdiyi dəqiq yadında deyil. Dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuş, ata qrafasında X10, ana qrafasında isə X14 qeyd olunmuşdur. İş materiallarında olan evlənmə haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X10 ilə X14 xx.xx.1984-cü ildə nikaha daxil olaraq evlənmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X14 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan aktdan müəyyən olunur ki, X10 xx.xx.2019-cu il tarixində Xaçmaz şəhərində vəfat etmişdir. İş materiallarında olan Arayışdan müəyyən olunur ki, X10 1960-cı il təvəllüdlü Şabran rayon Ağalıq kənd sakini olmuş, o, həqiqətən də xx.xx.2019-cu il tarixində Xaçmaz rayon X8 Şöbəsində vəfat etmişdir. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X26 xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, 1960-cı il təvəllüdlü X6 xx.xx.2019-cu ildə vəfat etməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Şabran rayon Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının Dövlət Qeydiyyatı qaydasının 8.5 maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi, şəhadətnaməsi olmadıqda ölüm iaktı məhkəmə tərəflndər. müəyyən edilir. Bununla əlaqədar X3nun ölümü barədə tibbi şəhadətnaməni təqdim etmədiyi üçün onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X10 adlı şəxsə qəbir daşı qoyulmuşdur. İş materiallarından görünür ki, Ərizəçi X6 qızıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası 1960-cı il təvəllüdlü X10 xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhərində vəfat etmiş və Şabran rayonu Ağalıq kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun oğlu olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuş X6 xx.xx.2019cu il tarixdə Xaçmaz şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1206/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1206/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver