Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1214/2025 11.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəəsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Xaçmaz rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 14 oktyabr 2024-cü il tarixdə onunla Maraqlı şəxs arasında uşaqlarla görüşün təmin edilməsi ilə bağlı bağlanılmış barışıq sazişinin məcburi icrası üçün barışıq saişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Şıx-haput kənd sakini Maraqlı şəxs ilə 05 oktyabr 2014-cü il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 14 avqust 2015-ci ildə X6, 18 avqust 2017-ci il tarixdə X7 və 08 iyun 2022-ci il tarixdə X2 doğulmuşdur. Uşaqla görüş tələbinə dair Maraqlı şəxs mediasiya təklifi göndərmiş, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq 14 oktyabr 2024-cü il tarixdə mediatorun iştirakı ilə aralarında barışıq sazişi imzalanmışdır. Tərəfindən 60 manat və 140 manat mediasiya xərci ödənilmişdir. Maraqlı şəxs onunla birgə nikahdan doğulan 14 avqust 2015-ci il təvəllüdlü X6, 18 avqust 2017-ci il təvəllüdlü X7, 08 iyun 2022-ci il təvəllüdlü X2 ilə hər ayın hər həftəsi 5-ci gün saat 20:00dan bazar günü saat 20:00-dək uşaqlarla görüşü təmin etməsini öhdəsinə almışdır. Öhdəliyin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmişdir. Maraqlı şəxs uşaqla görüş öhdəliklərinə əməl etməmiş, övladları ilə onun görüşünü təmin etməmişdir, bununla da, üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birgə nikahdan üç uşaqları var. Uşaqlarla görüş istədiyinə görə mediasiya prosesində maraqlı tərəflə bu barədə razılaşmışlar. Sonradan uşaqlarla görüşməyinə icazə verməmişdir. Uşaqlar onunla görüşmək istəyir, lakin anaları buna icazə vermir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxsnun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz şəhərində, Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə imzalanmış 14 oktyabr 2024-cü il tarixli, MŞQ/MT- 027/2024/01509 nömrəli barışıq sazişindən müəyyən olunur ki, mübahisənin həlli ilə bağlı tərəflər arasında danışıqlar aparılmış, danışıqlar zamanı 1-ci tərəf X4 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan doğulan 14 avqust 2015-ci il təvəllüdlü X6, 18 avqust 2017-ci il təvəllüdlü X7, 08 iyun 2022-ci il təvəllüdlü X2 ilə hər ayın hər həftəsi 5-ci gün saat 20:00dan bazar günü saat 20:00-dək uşaqlarla görüş tələb edir. 1-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X4 ilə birgə nikahdan doğulan 14 avqust 2015-ci il təvəllüdlü X6, 18 avqust 2017-ci il təvəllüdlü X7, 08 iyun 2022-ci il təvəllüdlü X2 ilə hər ayın hər həftəsi 5-ci gün saat 20:00dan bazar günü saat 20:00-dək uşaqlarla görüşü təmin etməsini öhdəsinə götürür. Öhdəliyin 10 gün müddətinə könüllü icrası olmalıdır. Tərəflər qəbul edilmiş öhdəliyə məsuliyyətlə yanaşaraq icra edəcəklərinə öhdəlik götürmüşlər. Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Sazişin 8-ci bəndinə əsasən Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Sazişin 9-cu bəndinə əsasən Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunması məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatından müəyyən olunmuşdur ki, maraqlı tərəf barışıq sazişini bağladıqdan sonra barışıq sazişinin tələblərini pozaraq ərizəçinin uşaqlari ilə görüşünü təmin etməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin məhkəmə iclasında sazişin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinin nəticəsi olaraq bağlanmış barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Xaçmaz şəhərində Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış «1-ci tərəf X4 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan doğulan 14 avqust 2015-ci il təvəllüdlü X6, 18 avqust 2017-ci il təvəllüdlü X7, 08 iyun 2022-ci il təvəllüdlü X2 ilə hər ayın hər həftəsi 5-ci gün saat 20:00-dan bazar günü saat 20:00-dək uşaqlarla görüş tələb edir. 1-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X4 ilə birgə nikahdan doğulan 14 avqust 2015-ci il təvəllüdlü X6, 18 avqust 2017-ci il təvəllüdlü X7, 08 iyun 2022-ci il təvəllüdlü X2 ilə hər ayın hər həftəsi 5-ci gün saat 20:00-dan bazar günü saat 20:00-dək uşaqlarla görüşü təmin etməsini öhdəsinə götürür. Öhdəliyin 10 gün müddətinə könüllü icrası olmalıdır.» məzmunda 14 oktyabr 2024-cü il tarixli, MŞQ/MT- 027/2024/01509 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1214/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1214/2025
11.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver