Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1220/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Ərizəçi «Şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03 mart 1938-ci ildə doğulmuş anası X2 08 yanvar 1997-ci ildə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X4 xx.xx.1938-ci ildə Qusar rayonu, Tikən kəndində anadan olmuş, 08 yanvar 1997-ci il tarixdə Xaçmaz şəhərində yaşadıığı ünvanda vəfat edib. Onlar anasını ünvan 2iblər. Həmin vaxt, o anasının ölüm haqqında şəhadətnaməsini ala bilməyib. Ölüm haqqında şəhadətnamələri almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət edib. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibb müəssisənin müvafiq sənədi ilə həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yaşlı anası xəstəlikdən vəfat edənə qədər anasına o baxmış, vəfatından sonra evə həkim dəvət etməmişdir. Anasının ölməsi faktını onun qonşularının iştirakı ilə tərtib edilmiş və Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktlar və dəfn olunduğu qəbirstanlıqdakı qəbri də təsdiq edir. Bu barədə foto şəkilləri də ərizəsinə əlavə etmişdir. Hazırda anasının ölüm haqqında şəhadətnaməsi olmadığından anasının adına olan əmlaklarla bağlı vərəsəlik şəhadətnaməsi ala bilmir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq anası X2 08 yanvar 1997-ci ildə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən ərizəçinin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun əridir. X4 isə onun qayınanası olmuşdur. Ərinin anası, yəni onun qayınanası X4 həqiqətən 08 yanvar 1997-ci il tarixdə Xaçmaz şəhərində yaşadığı ünvanda vəfat etmiş, qohum-əqrabanın və qonşularının iştirakı ilə Xaçmaz rayonu Pirkənd adlanan kənd qəbiristanlığında dəfn edilmişdir. Hüquqi savadsızlıqdan vaxtında qayınanasının ölümü barədə həkim arayışı alınmamış və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Hazırda vərəsəlk məsələlərinin həlli ilə bağlı zərurət yarandığından qayınanasının ölüm şəhadətnaməsi tələb olunmuşdur. Bununla bağlı ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişlər. Lakin vaxtında qayınanasının ölümü barədə həkim arayışı almadıqlarından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Ona görə də onun əri hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini, əri Ərizəçi anası X2 08 yanvar 1997-ci ildə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 göstərdi ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi olaraq Nümayəndə1 Maraqlı şəxsnə müraciət edərək 08 yanvar 1997-ci ildə Xaçmaz şəhərində vəfat etmiş qayınanası X4 üçün ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin ərizəçi qayınanasının ölüm haqqında şəhadətnamə verilməsi üçün şəxsin ölümü barədə tibb müəssisəsinin arayışını təqdim edə bilmədiyindən və müəyyən edilmiş illər üzrə aparılmış yoxlama zamanı X2 ölüm akt qeydi məlumat bazasında aşkar edilmədiyindən ərizəçinin müraciətinin həlli mümkün olmamış və ərizəçiyə şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ərizəçi onun qonşusudur. X1 Şakir Dəstəbəy oğlunun anası olmuşdur. X4 həqiqətən də 1997-ci ilin 08 yanvar tarixində Xaçmaz şəhərində yaşadığı ünvanda ölmüş, qeyd olunan tarixdə mərhum ünvan 5əqrəbanın və qonşuların iştirakı ilə dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçinin digər qonşusu Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və Ərizəçi anası X2 həqiqətən də 1997-ci ilin 08 yanvar tarixində Xaçmaz şəhərində yaşadığı ünvanda vəfat etməsini və mərhumun qeyd edilən tarixdə qohumların və qonşuların iştirakı ilə Xaçmaz rayonunun Pirkənd kənd qəbirstanlığında dəfn olunmasını, mərhumun yas mərasimində şəxsən iştirak etdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, Ərizəçi Xaçmaz şəhəri, İ. Fərzəliyev küçəsi, ev 17-də qeydiyyatdadır. İş materiallarında olan V-JQ seriyalı, 435710 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi Balamətov Ərizəçi Elmira Mahmud qızı ilə 27 sentyabr 1991-ci ildə rəsmi nigah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan şahidlərin iştirakı ilə tərtib olunaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 19 iyul 2024-cü il tarixli aktdan görünür ki, Ərizəçi anası X4 həqiqətən 08 yanvar 1997-ci il tarixdə yaşadığı ünvanda vəfat etmiş və qohum-qonşuların iştirakı ilə Xaçmaz rayonunun Pirkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ərizəçinin mərhum anası X2 qəbir abidəsinin fotoşəkili çəkilmiş, qəbir daşının üzərində mərhumun soyadı, adı və atasının adı, doğulduğu və vəfat etdiyi illər həkk olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin direktoru tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli, 18-1-43/3-5371/2024 saylı məktubdan görünür ki, X2 xx.xx.1997-ci il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında Xaçmaz MRX-da heç bir məlumat yoxdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi 15 yanvar 2025-ci il tarixli, 3-16-5/8-xxxx/2025 nömrəli məktubdan görünür ki, Nümayəndə1 Qeydiyyat Şöbəsinə müraciəti ilə əlaqədar sonuncunun mərhum qayınanası X2 xx.xx.1945-xx.xx.2025-ci illər üzrə Maraqlı şəxsndə ölümünün qeydə alınıb-alınmaması yoxlanılmışdır. Lakin mərhumun Qeydiyyat Şöbəsində göstərilən illər üzrə ölüm akt qeydi tapılmamışdır. Ərizəçiyə rəsmi qaydada izah edilmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm şəhadətnaməsinin verilməsi mümkün deyildir və ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidllərin ifadəlini dinləyib, mülki iş üzrə toplanmış sənədləri hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, 03 mart 1938-ci ildə Qusar rayonunun Tikən kəndində anadan olmuş X4 Ərizəçi anası olmuşdur. Ərizəçinin anası X4 1997-ci ilin 08 yanvar tarixində Xaçmaz şəhərində yaşadığı ünvandə vəfat etmişdir. Qeyd olunan tarixdə mərhumun meyiti qohum-əqrəbanın və qonşuların iştirakı ilə Xaçmaz rayonun Pirkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Zərbaf Balamətova 08 yanvar 1997-ci ildə vəfat etməsinə baxmayaraq hüquqi savadsızlıqdan mərhumun ölümü barədə vaxtında həkim arayışı alınmamışdır. Vərəsəlik məsələlərinin həlli ilə bağlı Ərizəçi arvadı Nümayəndə1 aidiyyatı orqanlara müraciət edərkən ondan mərhum qayınanasının ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Bu səbəbdən də o, qayınanası üçün ölüm şəhadətnaməsi verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin vaxtında mərhumun ölümü barədə həkim arayışı alınmadığından və bu arayışın alınması üçün qanunla müəyyən olunmuş vaxt ötürüldüyündən qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində Ərizəçi məqsədi yalnız gələcəkdə vərəsəlik məsələlərini həll etməkdən ibarətdir. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də şəxsin vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, Ərizəçi 03 mart 1938-ci ildə doğulmuş anası X3 08 yanvar 1997-ci ildə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Göstərilərlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi 03 mart 1938-ci ildə doğulmuş anası X2 08 yanvar 1997-ci ildə Xaçmaz şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1220/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1220/2025
14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver